Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Murtuzaqulu xan Bayat
Murtuzaqulu xan Teymur paşa oğlu Bayat (1863–1923) — Maku xanı, sərdar, İqbaləssəltənə. Murtuzaqulu xan Teymur paşa oğlu 1863-cü ildə Maku şəhərində doğulmuşdu. O, 1923-cü ildə ölüb. Hakimiyyətə gəldiyi an xanlıq zəifləyirdi. Əmiləri Hacı İsmayıl, Hacı Mahmud, Bəhlul, İbrahim və İshaq onun yerinə hakimiyyətə gəlmək istəyirdi. 1913-cü ildə almanlar Murtuzaqulu xan Bayatı Rusiya əleyhinə mübarizəyə qoşmaq istəyirdilər. O, Berlinə getmiş danışıqlar aparmışdı. Rusiyanın Tehrandakı səfiri Korostevets Makudakı rus konsuldan sərdara bildirməyi xahiş etmişdi ki, əgər o, öz xəyanətini davam etdirərsə, gələcəkdə xanlığını itirmək və ciddi surətdə cəzalanmaq təhlükəsinə məruz qalacaqdır. Buna baxmayaraq sərdar Rusiya əleyhinə öz fəaliyyətini davam etdirirdi. Ona görə də Murtuzaqulu xan oğlu Abbas paşa ilə bərabər 25 iyul 1914-cü ildə Rusiyaya sürgün edildi.
Murtuzaqulu xan Hidayət
Murtuzaqulu xan Əliqulu xan oğlu Hidayət (1856-1911)—İran Milli Məclisinin sədri. Murtuzaqulu xan Əliqulu xan oğlu 1856-cı ildə Tehran şəhərində doğulmuşdu. Mükəmməl təhsil almışdı. Səniəddövlə ləqəbini daşıyırdı. Murtuzaqulu xan Hidayət ilk İran Milli Məclisinin sədri olmuşdu.
Murtuzaqulu xan Qacar
Murtuzaqulu xan Qacar (1750 və ya 1755–1800) — Ağaməhəmməd şah Qacarın qardaşı, avantürist, şahlığa iddialı. Məhəmmədhəsən xanın üçüncü oğlu Murtuzaqulu xan (anası Zəhra xanım Hüseyn xan qızı Dəvəli) Astrabad ətrafında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə Ağaməhəmməd xana xidmət etmişdi. Sonra qardaşından üz döndərmişdi. Murtuzaqulu xan səltənət iddiasında idi. 1787-ci ilin dekabrında о, Qubalı Fətəli xan, Talış Mir Mustafa xan və Bakılı Şeyxəli xanın köməyi ilə Gilana yürüş edib, Rəşt hakimi Süleyman xanı məğlub etdi. 1788-ci ildə 6 minlik şah ordusuna müqavimət göstərə bilmədiyi üçün о Rəşti tərk edib, Ənzəliyə çəkilməyə məcbur olur. Murtuzaqulu xan yeni qüvvə toplamaq üçün 1789-cu ildə Şamaxıya gəldi və Rusiyadan yardım istədi. Şirvan və Talış xanlarının və Xəzər dənizinin cənub sahilindəki Rusiya gəmilərinin yardımı ilə 1790-cı ildə о, yenə də Rəşti aldı.
Murtuzaqulu xan Pörnək-Türkman
Murtuzaqulu xan Pörnək-Türkman (?-1587) — Türkman elinin Pörnək oymağından olan qızılbaş sərkərdəsi. Murtuzaqulu bəy Mənsur bəy oğlu Təbriz şəhərində anadan olmuşdu. Şahdan öncə sultan, sonra xan ünvanı almışdı. Murtuzaqulu хan Sultan Şah Məhəmməd Хudabəndə Səfəvinin hakimiyyəti dönəmində Məşhəd (Хorasan) əyalətinin hakimi idi. Əliqulu xan Şamlı 1581-ci ildə xanlar-xanı titulunu qəbul edib, Abbas mirzəni «şah» elan etmişdi və Xorasandakı bütün Ustaclı və Şamlılar onun ətrafında birləşmişdilər. Bu zaman Məşhədin, yəni Xorasanın yarısının bəylərbəyi olan Murtuzaqulu xan Pörnək-Türkman Əliqulu xanla hesablaşmırdı. Halbuki, o bütün Xorasanın valisi Abbas mirzəyə, həm də onun lələsi və Herat əmir əl-ümərası Əliqulu xana tabe olmalı idi. Onların arasındakı narazılıqlar əvvəl qeyd olunduğu kimi Mirzə Salmanın təhriki ilə daha da artmış və 1582-1583-cü illərdə Ustaclı və Şamlılarla Türkman, Təkəlilər arasında savaşa səbəb olmuşdu. Bu çəkişmələrə son qoymağa çalışan Məhəmməd Xudabəndə də Herata gəlmiş və nahayət çəkişmələrə son qoyulmuş və Əliqulu xan şaha itaət etdiyini bildirmişdi. Əliqulu xanın xahişinə görə Abdulla xan Ustaclının nəvəsi Salman xan Məşhədə hakim təyin edilmiş və Murtuzaqulu xan Türkman Astrabada göndərilmiş, Damğan, Bəstam, Hezarcərib də ona verilmişdir.
Murtuzaqulu xan Qovanlı-Qacar
Murtuzaqulu xan Qacar (1750 və ya 1755–1800) — Ağaməhəmməd şah Qacarın qardaşı, avantürist, şahlığa iddialı. Məhəmmədhəsən xanın üçüncü oğlu Murtuzaqulu xan (anası Zəhra xanım Hüseyn xan qızı Dəvəli) Astrabad ətrafında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə Ağaməhəmməd xana xidmət etmişdi. Sonra qardaşından üz döndərmişdi. Murtuzaqulu xan səltənət iddiasında idi. 1787-ci ilin dekabrında о, Qubalı Fətəli xan, Talış Mir Mustafa xan və Bakılı Şeyxəli xanın köməyi ilə Gilana yürüş edib, Rəşt hakimi Süleyman xanı məğlub etdi. 1788-ci ildə 6 minlik şah ordusuna müqavimət göstərə bilmədiyi üçün о Rəşti tərk edib, Ənzəliyə çəkilməyə məcbur olur. Murtuzaqulu xan yeni qüvvə toplamaq üçün 1789-cu ildə Şamaxıya gəldi və Rusiyadan yardım istədi. Şirvan və Talış xanlarının və Xəzər dənizinin cənub sahilindəki Rusiya gəmilərinin yardımı ilə 1790-cı ildə о, yenə də Rəşti aldı.
İqbalüssəltənə Murtuzaqulu xan Bayat (kitab)
Murtuzqala
Murtuz qala — Balakən rayonunun Mahamalar kəndi ərazisində XVIII-XIX əsrə aid tarixi abidə. El arasında “Murtuz qala” adlandırılan tarixi abidə Balakən rayonunun Mahamalar kəndi ərazisindədir. Balakən çayın sağ sahilində, çox hündür olmayan sərt süxurlu qaya üzərində tikilən qala-ev hündür qala divarları ilə əhatə olunmuşdur. Ətraf ərazidən hündür olması ilə seçilən bu yer strateji cəhətdən çox əlverişli mövqeyə malikdir. Mühasirə zamanı bu qalada uzun müddət qorunmaq mümkün idi. “Murtuz qala”nın əhəmiyyətini daha aydın təsəvvür etmək üçün, qalanın sahibi və onun tikildiyi dövrlə bağlı qısa tarixi icmala ehtiyac vardır. XIX yüzilliyin ortalarında Qafqazda uzun müddət (əsrin 20-60-cı illərində) rus işğalçılarına qarşı müqavimət göstərmiş müsəlman əhalisinə təzyiq daha da artırılmışdır, bu isə yeni həyəcanlara və üsyanlara səbəb olmuşdu. Rusiya hakim dairələrinin Qafqaz əhalisini zorla xristianlaşdırma siyasəti vəziyyəti xeyli gərginləşdirmişdi. Azərbaycanın şimal-qərb bölgəsində mübariz insanlar silahlı dəstələr yaradır və çar məmurlarına qarşı uğurlu döyüşlər aparırdılar. Zorla xristianlaşdırmaya məruz qalmış insanlar yenidən islama qayıdırdılar.
Murtazaqulu xan Ziyadoğlu
Murtazaqulu xan Ziyadoğlu — Türkman Qacar tayfasınım qolu olan Ziyadoğlu ailəsinə mənsub olan Səfəvi imperiyası hərbi xadimi. Murtazaqulu xan Ziyadoğlu 1651-ci ildən etibarən Səfəvi Gürcüstanının bir hissəsi olan Kaxetinin hakimi təyin edilmişdir. Elə həmin ildən etibarən o, eyni zamanda mərkəzi Gəncədə yerləşən Qarabağ bəylərbəyliyinin də idarəçiliyini öz üzərinə götürdü. O dövrdə Gürcüstanın idarəsi Qarabağa tabe etdirilmişdi. Çox gümanki, Murtəzaqulu xanın bu iki vilayəti idarə etməsi də bununla əlaqəli olmuşdur. Beləliklə o, həm Qarabağ bəylərbəyliyinin, həm də Kaxetin hakimi olaraq xidmət etməyə başladı. O, 1664-cü ilə qədər Qarabağ bəylərbəyi olsa da, Kaxeti neçənci ilə qədər idarə etməsi bəlli deyil. O, Qacar tayfasının Ziyadoğlu qolundan idi. ​ Qarabağ bəylərbəyliyi Ziyadoğluları Bournoutian, George. From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813.
Mürtəzaqulu Bayat
Mürtəzaqulu xan Abbasqulu xan oğlu Bayat Şəhamüssəltənə (1890-1958) — İranın baş naziri. Mürtəzaqulu Bayat 1890-cı ildə İranın Ərak şəhərində, oğuz türklərindən biri olan Bayat qəbiləsinin zadəgan ailəsində anadan olmuşdur. Atası Bayat tayfasının rəislərindən biri, bölgənin tanınmış və hörmətli sakini Hacı Abbasqulu xan Şahəm Əl-mülk Əraki idi. Mürtəzaqulu Bayat 1958-ci ildə Tehran şəhərində vəfat edib. Mürtəzaqulu Bayat Azərbaycanda vali vəzifəsində çalışmışdı. Mehdi Fərruxinin Azərbaycandakı olaylardan qorxuya düşüb bura vali gəlmək fıkrindən tam yayındıqdan sonra antiazərbaycançılığı ilə şahpərəstlər içərisində şöhrət tapan Mürtəzaqulu Bayat M.Fərruxinin yerinə 1945-ci ilin oktyabrında Azərbaycana vali təyin olunur. M.Fərruxidən fərqli olaraq M.Bayat "diplomatiyaya" əl ataraq, S.C.Pişəvəri və onun rəhbərlikdə olan məsləkdaşları ilə "dil" tapmağa çalışdı. Bu məqsədlə o, S.C.Pişəvərini dialoqa çağırdı. Bir müddət valini əvəz etmiş və sonra Təbrizdə maliyyə işləri üzrə məsul olan Dövlətşahini S.C.Pişəvərinin yanına göndərir. Dialoq üçün razılıq əldə edildi.
Mürşüdqulu xan
Mürşüdqulu xan (Dekkan sultanlıqları – 30 iyun 1727, Mürşüdabad[d]) — 1717–1727-ci illərdə Benqalın nəvvabı. Hindistanda Böyük Moğol imperiyasının zəiflədiyi dönəmdə Benqal dövlətinin hökmdarı oldu. O, Babur xanədanı üzvlərinə vergi ödəməyi dayandırıb ölkəsini müstəqil elan etdi. Öz adına Mürşüdabad adlı şəhər saldırıb paytaxt elan etdi. Uğurlu hərbi yürüşlər edib, Bihar və Orissanı da ələ keçirdi. İqtisadiyyatı inkişaf etdirmək üçün bəzi tədbirlər həyata keçirdi. Getdikcə güclənən ingilis təhlükəsini duyub, Fransa ilə yaxınlaşdı. Mürşüdqulu xan 30 iyun 1727-ci ildə vəfat etdi.
Mürtəzaqulu sultan Şamlu
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür. Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi. Rübai: Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti. İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti". Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir.
Mürtəzaqulu xan Şamlı

Mürşüdqulu xan Ustaclı
Mürşüdqulu xan Şahqulu sultan oğlu Çavuşlu-Ustaclı (?-1587) — qızılbaş əmiri, I Şah Abbas Səfəvinin lələsi, dövlət vəkili. Mürşüdqulu xan Ustaclı elinin Xorasan qrupundandır. O, Herat hakimi Əliqulu xan Şamlı ilə əlaqəyə girərək Məşhəd hakimi Murtuzaqulu xan Pörnək-Türkmana qarşı savaş açdılar. Səs-səda saraya çatdı. Türkman əmirləri şahın hüzuruna gedərək Şamlı və Ustaclı əmirlərini qiyamda suçladılar. Şamlı əmirlərinə nifrət bəsləyən, daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan vəzir Mirzə Salman da türkmanların tərəfini saxladı. Əliqulu xan Şamlıdan sonra I Şah Abbas Səfəvinin lələsi olmuşdu. Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illərində Xorasanda da sabitlik pozulur. Şah Məhəmməd Xudabəndə oğlu Abbas mirzənin tərbiyəçisi və Xorasan hakimi Əliqulu xan Şamlını Herat hakimi təyin etmişdi. Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə ittifaqa girərək, Qəzvində yerləşən mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edir.