Поиск по словарям.

OBASTAN VİKİ
Nəhrəvan döyüşü
Nəhrəvan döyüşü (ərəb. معركة النهروان‎, Ma’rakat an-Nahrawān) — 658-ci il iyulun 16-da xəlifə Əli ibn Əbu Talibin ordusu ilə “xarici” üsyançı qrup arasında baş vermiş döyüş. Bu döyüş, Əli ilə Suriyanın üsyançı valisi Müaviyə ibn Əbu Süfyan arasında olan Birinci Fitnə zamanı məsələni sülh yolu ilə həll etmək cəhdinin nəticəsi idi. Beləki ki, Əlinin ordusundakı bir sıra döyüşçülər xəlifəni Allah yolunda xəyanət etməkdə ittiham edərək qiyam qaldırır. Sonralar bəzi mənbələrə görə, “xaricilər”, yəni “gedənlər” ləqəbli bu döyüşçülər dinc əhaliyə qarşı zorakılıq hərəkətləri edərək Əlini əsas qüvvələrini üsyanı yatırmağa yönəltməyə məcbur etmişlər. Əlinin ordusundan say baxımından xeyli az olan üsyançılar onun qoşunları tərəfindən mühasirəyə alınaraq tamamilə məğlub edilirlər. Onların əksəriyyəti döyüşdə öldürülür. == Döyüş öncəsi == 656-cı ildə xilafətin başçısı kimi əvvəllər qəbul edilmiş mübahisəli qərarlara görə üsyançılar üçüncü saleh xəlifə Osmanı öldürdülər. Mədinə sakinləri və Osmanın İraqdakı bəzi keçmiş sadiq təbəələri Məhəmməd peyğəmbərin kürəkəni və əmisi oğlu Əli ibn Əbu Talibi onun varisi elan etdilər. Lakin belə bir varislik peyğəmbərin bəzi səhabələrinin, xüsusən də Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvamın və Aişənin etirazına səbəb olur.
Möhrətağ
Kiçik Qarabəy (əvvəlki adı: Möhrətağ) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Möhrətağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Möhrətağ kəndi Kiçik Qarabəy kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == XIX əsrdə Cavanşir qəzasında Böyük Qarabəy və Kicik Qarabəy adlı iki kənd qeydə alınmışdır. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri Kicik Qarabəy kəndində məskunlaşaraq kəndi Möhrətağ (palçıqdan tikilmış barılı məhəllə) adlandırmışdılar. 1992-ci ildə kəndin keçmış adı bərpa edildi. == Tarixi == Kiçik Qarabəy kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kiçik Qarabəy kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.