Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Növbələnmə
Növbələnmə (ing. interlacing ~ ru. чередование ~ tr.örgülü tarama) – rastr darama displeyində istifadə olunan texnologiya; burada elektron şüası elektron görüntüsünün bütün tək sətirlərini bir keçiddə, bütün cüt sətirləri isə növbəti keçiddə təzələyir. Növbələnmə ekranın fosfor örtüyünün görüntünü qısa zaman müddətində “saxlamaq” xassəsinə, eləcə də insan gözünün işığın parlaqlığındakı sezilməyən fərqlərin ortalanması və ya qatışdırılması bacarığına əsaslanır. Növbələnmədə təkcə ekranda əks etdirilən sətirlərin sayı iki dəfə azalmır, həm də zaman vahidində ekrana verilən (çıxarılan) informasiyanın həcmi iki dəfə azalır. Yəni, əgər ekranın şaquli açılış tezliyi 60 Hs isə, onda ekranın hər bir ayrıca sətri yalnız saniyədə 30 dəfə yenilənir, ancaq, bununla belə, yenilənmə tempinin bir saniyədə 60 dövrə ekvivalentliyi təmin edilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnterlivinq, növbələnmə
İnterlivinq, növbələnmə ( ing. interleaving ~ ru. интерливинг, чередование ~ tr. araya ekleme) – diskdə ardıcıl oxunan sektorların yanaşı yerləşməsinin vacib olmamasına əsaslanan təşkilat forması. Disk (xüsusən, sərt disk), adətən, elə sürətlə fırlanır ki, oxuma-yazma başcığı növbəti sektorun üzərində olanadək kompüter əvvəlki sektorun verilənlərini emal edib qurtara bilmir. Ona görə də ardıcıl oxunan sektorların elə yerləşməsindən istifadə olunur ki, kompüter verilənləri emal etməyə hazır olduqda lazım olan sektorun həmin an başçığın yanında olması ehtimalı böyük olsun. Məsələn, növbələnməsi 1-1 (arada heç bir sektor yoxdur) olan adi ardıcıllığın (1, 2, 3) əvəzinə, sektorları 3-1 növbələnməsi ilə (1, 12, 7, 2, 13, 8, 3, ...) yerləşdirmək olar (bu zaman ardıcıl sektorların arasında iki başqa sektor olur). Növbələnmə lazım olan sektorun orta gözləmə zamanını azaltmaqla, verilənlərə erişməni sürətləndirir. Sektorların növbələnməsi diski formatlayan utilit vasitəsilə, diskin verilmiş kompüterdə istifadəsi üçün təşkil olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Növləşmə
Növləşmə, Bioloji Növ Tərifi daxilində, sonradan "ortaq əcdad" olaraq xatırlanacaq olan bir qrup canlının, müxtəlif mexanizmlər daxilində bir-birləriylə cütləşə bilməyəcək qədər dəyişmələri nəticəsində, öz içlərində cütləşə bilən ancaq digər canlı qruplarıyla məhsuldar döllər verə bilməyən, iki və ya daha çox yeni canlı qrupunun meydana gəlməsi deməkdir. Təbiət, davamlı olaraq dəyişir. Qitələr hərəkət edər, mövsümlər dəyişir, külək və axıntılar istiqamət dəyişdirir, quraqlıq müşahidə olunur və daha minlərlə bu cür dəyişən təbii hadisələr baş verir. Bu dəyişmələr əsnasında, müəyyən bölgələrdə yaşayan canlılar bir-birlərindən ayrı düşə bilərlər və ya bir növ içərisindəki canlılardan bəziləri başqa bölgələrə köç etmək məcburiyyətində qalarkən, bir qismi hal-hazırda var olduqları bölgədə qala bilərlər. Ssenariləri sonsuz sayda diversifikasiya edə bilərik. Bir-birindən ayrılan bu populyasiyalar fərqli seçmə təzyiqləri təsirində, nəsillər boyu öz içlərində, amma bir-birləriylə cütləşməyəcək şəkildə törəyirlər və həyatlarını davam etdirirlər. İlk mühitdən, yeni və quraq mühitə keçən canlılar üzərində yuxarıda bəhs etdiyimiz kimi sıx bir seçmə təzyiqi meydana gəlir və davamlı olaraq populyasiyada müəyyən fərdlər üstünlüklü mövqedə olur və seçilir. Digərləri isə məğlub olur. Nəsillər boyu bu seçmə davam edir və yeni mühitdəki siçanlar, yavaş-yavaş o mühitə daha çox adaptasiya olacaq şəkildə (daha doğrusu daha çox adaptasiya olanların seçilməsi nəticəsində) fərqlənirlər. Bu Təkamüldür.
Sövdələşmə qabiliyyəti
Sövdələşmə qabiliyyəti — mübahisəli situasiyada olan tərəflərin bir-birinə təsir göstərmək qabiliyyəti. Əgər hər iki tərəf debatda bərabər şəraitdə olarsa, o zaman onlar bərabər sövdələşmə qabiliyyətinə malik olarlar. Bu, tərəflərin ölçüsü və gücü, mövcud alternativlər və ünsiyyət kimi amillərdən asılıdır. Sövdələşmə qabiliyyəti əmək haqqı, qiymətlər və bazar strukturu kimi iqtisadi nəticələrə təsir göstərə bilər. Buna dövlət tənzimlənməsi və elmi-texniki tərəqqi kimi xarici amillər təsir edir. Sövdələşmə qabiliyyəti konsepsiyasının ardıcıl təhlil üçün mühüm əhəmiyyət kəsb etdiyi bir sıra sahələr var. Bunlara oyun nəzəriyyəsi, əmək iqtisadiyyatı, kollektiv sövdələşmələr, diplomatik danışıqlar, məhkəmə çəkişmələrinin həlli, sığortanın qiyməti və ümumilikdə istənilən danışıqlar daxildir. Sövdələşmə qabiliyyətinün bir neçə formulları hazırlanmışdır. Amerikalı iqtisadçı Nil Volverton Çemberlenə görə, A-nın sövdələşmə qabiliyyətinü B-nin A-nın şərtləri ilə razılaşmadığı halda yaranacaq xərclərin A-nın şərtləri ilə razılaşdığı halda yaranacaq xərclərə nisbəti kimi izah etmək mümkündür. A ilə fikir ayrılığının B üçün yaradacaq nisbətən yüksək həmcdəki xərci o deməkdir ki, A-nın sövdələşmə qabiliyyəti güclüdür.
Xam sövdələşmə (film, 1986)
Xam sövdələşmə (ing. Raw Deal) — 1986-cı ildə Con İrvin tərəfindən çəkilmiş ABŞ filmidir. Xam sövdələşmə — Internet Movie Database saytında.
İblislə sövdələşmə (film, 2006)
İblislə sövdələşmə (ing. The Covenant) — ABŞ istehsalı olan fantastika, döyüş və qorxu janrlı film. Rejissor Renni Harlinin lentə aldığı bu film 2006-cı ildə işıq üzü görüb. Baş rollara Stiven Streyt, Sebastian Sten, Tobi Heminqvey və Laura Hemsey çəkiliblər. Film ABŞ və dünyada 8 sentyabr 2006-cı ildə təqdim olunub. 1692-ci ildə Massaçusets İpsviç kaloniyasında sirli qüvvələrə sahib 5 ailə sahib olduqları gücləri sirr tutacaqlarına dair and içmişdilər. Lakin aralarından bir ailənin bu sirri pozması nəticəsində digər ailələr tərəfindən aralarından uzaqlaşdırıldı, yalnız o günə qədər... Seçilmiş yaxşı məktəb olan Spencer Akademiyasının dört gənc tələbəsi əjdadlarından qalan bu güclərə sahibdirlər. Hər biri 1600-cü illərdə İpsviç Koloniyasında yaşayan ailələrin mirascısı olaraq həmin xüsusi qüvvələrlə birlikdə dünyaya gəliblər. Uşaqlıqdan bəri birlikdə böyüyüblər.