Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nürgüd
Nürgüt — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna daxil olan bir kənd. Rayonun mərkəzinin şimal-qərbində, Ordubad düzündədir. [Nürgüt] bələdiyyəsinin tərkibindədir. Gilan çayının hər iki sahilində Zəngəzur silsiləsinin cənub şərq yamaclarında yerləşən və tarixən çox qədim olan kənd. Dağlıq ərazidə yerləşdiyinə görə Nürgüt ((nou qut)yeni qala ) adlanır. Tədqiqatçıların fikrinə görə kəndin adı Nouqut sözünün təhrif olunmuş variantıdır.Oykonim fars dilindəki nou (təzə, yeni) və qut "kənd, şəhər və qala" komponentlərindən düzəlib "yeni kənd" mənasındadır.Hələ qədim dövrlərdən Nürgütdə Türk tayfaları olan kəngərlilərin məskunlaşdığı məlum olmuşdur Həmçinin Nürgüt sözünün digər bir mənası da "nur" işıq "qut" qutlamaq,bayram etmək mənasını veririr . Yəni Günəşin doğuşun qutlayıb bayram etmək Əhalisi 176 nəfərdir (2009). Əhalisi arıçılıq,əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi ,kitabxanası ,tib məntəqəsi , kənd mərkəzi və klubu var.