Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ədəhim Niftəliyev
Ədəhim Niftəliyev (7 sentyabr 1976-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan milli futbol komandasında müdafiəçi kimi çıxış edən keçmiş peşəkar Azərbaycanlı futbolçudur. Niftəliyev bir müddət İran təmsilçilərindən olan Mes Kerman klubunda çıxış etmişdir.
Nədim
Nədim (Əhməd Nədim; 1681[…], Konstantinopol – 1730[…], Konstantinopol) — Osmanlı şairi. == Həyatı == Nədim 1681-ci ildə Konstantinopolda doğulmuşdur. 1730-cu ildə Konstantinopolda vəfat etmiş, Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur. Osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur. AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda osmanlı ədəbiyyatının klassiki Nədiminin əlyazmaları qorunur.
Uorren qədəhi
Uorren qədəhi (ing. Warren Cup) – b.e.-nın 5–15-ci illərinə aid olan gümüş qədəhdir. Qədəh üzərində iki eynicinsli əlaqə səhnəsi təsvir edilmişdir. Qədəhin Yəhudi müharibəsi dövrünə aid olan və Fələstin ərazisindən aşkarlanmış dəfinədən əldə edilməsi güman olunur. Qədəh 1999-cu ildə Britaniya muzeyi tərəfindən 1.8 milyon funt sterlinqə alınmışdır ki, bu da o zaman üçün muzeyin ən bahalı birdəfəlik alışıdır. Qədəh adətən Yuililər-Klavdilər sülaləsi dövrünə (b.e. I əsri) aid edilsə də, bu tarixləndirməyə şübhəylə yanşanlar da vardır. Qədəh ilk müasir sahibi olan Edvard Perri Uorrenin adı ilə adlandırılmışdır. Uorren öz sənət kolleksiyası ilə məşhur olmuş, onun kolleksiyasına Rodenin "Öpüş" və Kranaxın "Adəm və Həvva" əsərləri də daxil olmuşdur. == Tarixi == === Uorren tərəfindən alınması === Uorren qədəhi Romada art-dilerdən 1911-ci ildə, £2,000 qiymətinə almışdır.
Vorren qədəhi

Kədərim (film, 2015)
4.1 şəhər motivləri kinoalmanaxı xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə aldığı beş qısametrajlı filmdən ibarətdir. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və Adarifilms tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Gülzar Qurbanova, Cavanşir Hadıyev, Roman Şulqa, Əli Nəsib, Teymur Nadir, Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov, Zemfira Sadıqova, Əlibəy Məmmədli, Əbdül Mahmudov, Dilarə Kazımova, Rövşən Vəliyev, Azər Aydəmir, Əbdül Mahmudov və Aqil M. Quliyev ifa edirlər.
İbn Nədim
Əbül Fərəc Mühəmməd ibn İshaq ibn Mühəmməd ibn İshaq İbn ən-Nədim — bioqraf, biblioqraf. == Həyatı == «Fihrist»də olan məlumata görə Ən-Nədimiin təqribən 935-ci ildə Bağdadda anadan olmuşdur. Atasının kitab dükanı olduğundan o, uşaq yaşlarından kitab ticarəti və kitabların üzünün köçürülməsi ilə məşğul olmuşdur. Bu məşğuliyyət onda biblioqrafik işə və kitabşünaslığa maraq oyatmışdır. Belə güman edirlər ki, o, 990-cı ildə «Fihrist» əsərini bitirdikdən sonra vəfat etmişdir. Ən-Nədiminin atası kitab taciri olmuşdur. Müəllifin ömrünün çox hissəsini Bağdadda keçirməsi və oranın kitab bazarı ilə tanış olması «Fihrist»in coğrafi əhatəsini müəyyənləşdirir. Əsərdə Çinin, Hindistanın, Fransanın, rusların və b. yazı nümunələrindən bəhs olunur.
Məhəbbətim mənim, kədərim mənim
"Məhəbbətim mənim, kədərim mənim" (rus. Любовь моя, печаль моя) — SSRİ və Türkiyənin birgə istehsalı olan film. == Məzmun == Şərq hökmdar qadını Məhin Banu bacısı Şirini ölümcül xəstəlikdən xilas etmək üçün öz gözəlliyini qurban verir. Şirin rəssam Fərhadla rastlaşır. Onlar bir-birini sevməyə başlayırlar. Lakin Məhin Banu hər ikisini çox sevdiyi üçün onları ayırır. == Film haqqında == Film Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Nazim Hikmət Ssenari müəllifi: Əjdər İbrahimov Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Konstantin Petriçenko Quruluşçu rəssamlar: Boris Nemeçek, Boris Blank, Vladimir Kirs Bəstəkar: Murad Kajlayev Səs rejissoru: Olqa Burkova Geyim rəssamı: Olqa Kruçinina Şeirlərindən istifadə olunmuş şair: Nizami Gəncəvi === Rollarda === == İstinadlar == == Mənbə == Tağızadə, Ş. "Qəribə adam" Bakıda çəkiləcəkdir. [Azərbaycan SSR xalq artisti Əjdər İbrahimovun Nazim Hikmətin "Məhəbbət əfsanəsi" əsərinin motivləri əsasında "Məhəbbətim mənim, kədərim mənim" Sovet-Türkiyə filminin çəkiləcəyi haqqında] //Bakı.- 1979.- 25 aprel. Кино: Энциклопедический словарь / Гл.
Mahmud Nədim Paşa
Mahmud Nədim Paşa (d. 1818 - ö. 14 may 1883) — Sultan Əbdüləzizin səltənətində 2 dəfə - ümumlikdə 1 il 7 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Rusyönümlü siyasəti səbəbilə "Nədimov" ləqəbi qazanmışdır. == Həyatı == 1818-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Bağdad hakimlərindən Gürcü Mehmed Nəcib Paşadır. Təhsilini tamamladıqdan sonra 1831-ci ildə sədarət məktubdarı olaraq xidmətə alındı. Qısa müddətliyinə sərdar Bursalı Səid Paşaya divan katibi oldu. Bir il Bağdadda atasının yanında qaldıqdan sonra 1841-ci ilin fevralında bu dəfə sədarət məktubdarının müavini təyin edildi. Bu vəzifədə ikən dövrün mühüm dövlət adamlarından Mustafa Rəşid Paşanın diqqətini çəkdi və onun ilk sədarətində ikinci dərəcəli sədarət məktubdarı təyin olundu (mart 1847).
Mahmud Nədim Xəndək
Mahmud Nədim Xəndək (türk. Mahmut Nedim Hendek) (d. 1880, Qafqaz dağları - ö. 1920, Xəndək, Sakarya) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1901-ci ildə hərbi məktəbi bitirdikdən sonra 5-ci ordunun əmrinə verildi. 1914-cü ildə Hərbi Akademiyanı bitirdi. Birinci Dünya müharibəsində Şərq cəbhəsində mübarizə aparmışdı. “Müharibə” medalı və Məcidiyyə ordeni ilə təltif edilmişdi. 1919-cu ildə 24-cü bölmə komandirliyinə təyin edildi. 9 Avqust 1927-də Nazirlər Kabinetinin qərarı ilə "İstiqlaliyyət" medalı ilə mükafatlandırıldı.
İbn ən-Nədim
Əbül Fərəc Mühəmməd ibn İshaq ibn Mühəmməd ibn İshaq İbn ən-Nədim — bioqraf, biblioqraf. == Həyatı == «Fihrist»də olan məlumata görə Ən-Nədimiin təqribən 935-ci ildə Bağdadda anadan olmuşdur. Atasının kitab dükanı olduğundan o, uşaq yaşlarından kitab ticarəti və kitabların üzünün köçürülməsi ilə məşğul olmuşdur. Bu məşğuliyyət onda biblioqrafik işə və kitabşünaslığa maraq oyatmışdır. Belə güman edirlər ki, o, 990-cı ildə «Fihrist» əsərini bitirdikdən sonra vəfat etmişdir. Ən-Nədiminin atası kitab taciri olmuşdur. Müəllifin ömrünün çox hissəsini Bağdadda keçirməsi və oranın kitab bazarı ilə tanış olması «Fihrist»in coğrafi əhatəsini müəyyənləşdirir. Əsərdə Çinin, Hindistanın, Fransanın, rusların və b. yazı nümunələrindən bəhs olunur.
Məhəbbətim, kədərim mənim (film, 1978)
"Məhəbbətim mənim, kədərim mənim" (rus. Любовь моя, печаль моя) — SSRİ və Türkiyənin birgə istehsalı olan film. == Məzmun == Şərq hökmdar qadını Məhin Banu bacısı Şirini ölümcül xəstəlikdən xilas etmək üçün öz gözəlliyini qurban verir. Şirin rəssam Fərhadla rastlaşır. Onlar bir-birini sevməyə başlayırlar. Lakin Məhin Banu hər ikisini çox sevdiyi üçün onları ayırır. == Film haqqında == Film Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Nazim Hikmət Ssenari müəllifi: Əjdər İbrahimov Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Konstantin Petriçenko Quruluşçu rəssamlar: Boris Nemeçek, Boris Blank, Vladimir Kirs Bəstəkar: Murad Kajlayev Səs rejissoru: Olqa Burkova Geyim rəssamı: Olqa Kruçinina Şeirlərindən istifadə olunmuş şair: Nizami Gəncəvi === Rollarda === == İstinadlar == == Mənbə == Tağızadə, Ş. "Qəribə adam" Bakıda çəkiləcəkdir. [Azərbaycan SSR xalq artisti Əjdər İbrahimovun Nazim Hikmətin "Məhəbbət əfsanəsi" əsərinin motivləri əsasında "Məhəbbətim mənim, kədərim mənim" Sovet-Türkiyə filminin çəkiləcəyi haqqında] //Bakı.- 1979.- 25 aprel. Кино: Энциклопедический словарь / Гл.
Harri Potter və Alov Qədəhi
Harri Potter və Alov Qədəhi — roman
Məhəbbətim mənim, kədərim mənim (film, 1978)

Harri Potter və Alov Qədəhi (dəqiqləşdirmə)
Harri Potter və Alov Qədəhi — roman
Harri Potter və Alov Qədəhi (roman)
Harri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan dördüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda dördüncü ili və sirli şəkildə "Üç Sehrbaz Turniri"nə qatılması təsvir olunur. Kitab Böyük Britaniyada "Bloomsbury", ABŞ-də isə "Scholastic" nəşriyyatı tərəfindən 8 iyul 2000-ci ildə nəşr olunmuşdur. Bu roman Harri Potter seriyasından olan əsərlər arasında hər iki ölkədə də eyni vaxtda çıxarılmış ilk kitabdır. Əsər Harri Potter romanları arasında Hüqo mükafatına layiq görülmüş yeganə kitabdır. 18 noyabr 2005-ci ildə, roman əsasında çəkilmiş film və "Electronic Arts" tərəfindən hazırlanmış videooyun təqdim edilmişdir. == Məzmunu == Heç kim yaşamayan iqamətgahın (təxminən əlli il əvvəl həmin iqamətgahda Reddllar ailəsi yaşayırdı. Onlar naməlum şəraitdə, naməlum şəxs tərəfindən öldürülmüşdülər) bağbanı Frenk Brays gecə iqamətgahın otaqlarından birində işıq yandığını görür. Evə girən bağban Lord Voldemort və Piter Pettiqryunun söhbətinə şahid olur.
Harri Potter və Alov Qədəhi (film)
Herri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — 2005-ci ildə Mayk Nyuelin rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ və Böyük Britaniya fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından dördüncü film olan “Alov Qədəhi”nin ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Devid Heyman etmişdir. Filmdə Harri Potterin Hoqvartsda dördüncü tədris ili, Alov Qədəhi tərəfindən seçilərək "Üç Sehrbaz turniri"ndə iştirakı və daha sonra baş verən hadisələr təsvir olunur. "Alov Qədəhi", Harri Potter filmlər seriyasından olan ilk filmdir ki, ABŞ-də PG-13, Birləşmiş Krallıqda isə 12A yaş məhdudiyyət sertifikatı almışdır. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Robbi Koltreyn, Maykl Qembon, Ralf Fayns, Alan Rikman və Robert Pettinson kimi ulduz aktyorlar da rol almışlar. “Harri Potter və Azkaban Məhbusu” filminin sikveli olan filmdəki hadisələr “Harri Potter və Simurq Ordeni” filmində davam etdirilir. Filmin çəkilişlərinə 2004-cü ildə başlanılmışdır.
Harri Potter və Alov Qədəhi (film, 2005)

Harri Potter və Alov Qədəhi (film musiqisi)
"Harri Potter və Alov Qədəhi" filminin 15 noyabr 2005-ci ildə çıxarılmış musiqi albomudur. Film musiqisi Patrik Doyl tərəfindən yazılmış və London Simfonik Orkestrı tərəfindən ifa edilmişdir. == Musiqi == Əvvəlki üç Harri Potter filmindən fərqli olaraq, Con Vilyams dördüncü filmin musiqisinin yazılmasında iştirak edə bilməmişdir. Buna görə də, bəstəkar kürsüsünə Patrik Doyl dəvət edilmişdir. Con Vilyams isə "Ulduz müharibələri. III Epizod: Sithin qisası", "Geyşanın memuarları", "Münhen" və Stiven Spilberqin "Dünyaların savaşı" remeykinin film musiqisi üzərində çalışmışdır. Ceyms Şermanın rejissorluğu ilə London Simfonik Orkestrı tərəfindən ifa edilmiş film musiqisinə üç yeni mövzu daxildir: bunlardan biri Üç Sehrbaz Turnirini, digəri Lord Voldemortu, üçüncüsü isə Harri Potterin Ço Çanqa aşiq olmasını əks etdirir. Film musiqisinə məşhur "Hedwig's Theme"nin qısa işlənməsi də daxildir. Südrik Diqqoriin ölümü "The Death of Cedric" adlı mövzu ilə qeyd edilmişdir. Albom "Billboard 200" hit paradına səkkizinci, "Top Soundtracks Chart" hit-paradına isə dördüncü yerdən daxil olmuşdur.
Müqəddəs Nedeli kafedralı
Müqəddəs Nedeli kafedralı (bolq. Църква Света Неделя) — Bolqar Pravoslav Kilsəsinin Sofiya Metropoliyasının kafedralı. Kilsə Balkanlarda Müqəddəs Nedeli olaraq tanınan Nikomedialı müqəddəs şəhid Kiriakinin adını daşıyır. Müqəddəs Nedeli məbədi X əsrdə inşa edilib. XVIII əsrdən isə şəhərin əsas kilsəsi olub. Müqəddəs bina əsrlər boyu dağıdılıb və dəfələrlə yenidən qurulub. Məbədin indiki binası Sofiyanın görməli yerləri arasındadır. O, məşhur Bolqarıstan memarlıq cütlüyü Vasilyov-Tsolov tərəfindən layihələndirilib. Serb kralı Stefan Uros II Milutinin qalıqları kilsədə saxlanılır. == Tarixi == Kafedralin ilk illərinin tarixi az məlumdur.
Mustafa Nedim Yamalı
Mustafa Nedim Yamalı (1961, Ədirnə ili) — stomatoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Mustafa Nedim Yamalı 1961-ci ildə Ədirnə ilində anadan olub. Ankara Universiteti Stomatologiya Bölməsindən məzun olub. Mədəniyyət, incəsənət və ədəbiyyat sahələrində fəaliyyət göstərən fondlarda çalışıb. 2001-ci ildə AK Parti Ankara il şöbəsinin qurucularından olub və uzun illər şöbənin İdarə Heyətinin üzvü olub. 2014-2018-ci illərdə isə AK Parti Ankara il şöbəsinin sədri olub. 2019-cu ildə Gələcək Partiyasının qurucularından və İdarə Heyətinin üzvü olub. 2023-cü il mayın 14-də Gələcək Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Səadət və Gələcək Partiyalarından ibarət TBMM qrupunun təsis edilməsi üçün 6 iyul 2023-cü ildə hüquqi olaraq Səadət Partiyasının üzvü olub.