Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məmuniyə
Məmuniyə — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,337 nəfər və 4,672 ailədən ibarət idi.
Səmədiyə
Səmədiyə (fars. صمدیه‎, ing. Samadia) və ya Zəndabad (fars. زندآباد‎, ing. Zandabad) Şərqi Azərbaycan ostanında olan Əhər şəhrinə tabe olan bir kənddir. Kəndin adı 1936-cı ilinədək Səmədiyə və ondan bu ələ İran Akademiyası və kəndin Xanların əliilə adı Zəndabada çöndü. Bu kəndin önəmli məhsulları buğda və arpadır. kəndin əhalisi Əkinçiliyə baxırlar. Kənd bir dağ-daşlıq ərazidə yerləşir. Kəndin bütün əhalisi Azərbaycan türkləridir və Azərbaycan Türkcəsində danışırlar.
Nəzəriyə
Nəzəriyyə (yun. θεωρία — baxmaq, araşdırmaq və tədqiq etmək). Geniş mənada – müəyyən bir hadisənin şərhinə və izahına yönəldilmiş baxışlar, ideyalar, təsəvvürlər kompleksi. Dar, xüsusi mənada – gerçəkliyin nəzəriyyə obyekti olan sahəsinin qanunauyğunluqları və mühüm əlaqələri haqqında tam təsəvvür yaradan elmi biliyin ən yüksək, inkişaf etmiş təşkil forması. Təcrübəni, ictimai praktikanı ümumiləşdirən, təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarını əks etdirən elmi baxışlar, ideyalar sistemi, təlim. Hər hansı bir elm sahəsinin nəticə və qaydalarının ümumiləşdirilməsi. Hər hansı bir şeyə şəxsi baxış. Nəzəriyyə ideya və prinsiplərin təlimi və təkmil sistemidir. Elmi təşkil edən ümumiləşdirilmiş qaydaların məcmusudur. O sintetik birlikdir, onun içərisində əvvəlki anlayışlar əvvəlki muxtariyyətlərini itirərək vahid pinsipin tərkib hissəsi olurlar..
Naməniya qəzası
Nömaniyyə qəzası (ərəb. قضاء النعمانية‎) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Nömaniyyə şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.116 km² ərazini əhatə edir. İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Nömaniyyə nahiyyəsi (ərəbcə: ناحية النعمانية) və Ahrər nahiyyəsi (ərəbcə: ناحية الاحرار). 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 107.618 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Nömaniyyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 11,78%-ni təşkil edirdi. Qəzada əhali əsasən ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar.
Marksist nəzəriyə
Marksizm — sinif münasibətləri və sosial konflikti anlamaq üçün tarixi inkişafın materialist interpretasiyasını istifadə edən sosioiqtisadi analiz metodudur, həmçinin sosial transformasiyanı təhlil etmək üçün dialektik perspektivdir. 19-cu əsr Alman filosofları Karl Marks və Fridrix Engelsin əsərlərindən başlanğıcını götürür. Marksizm zaman keçdikcə müxtəlif qollara və düşüncə məktəblərinə çevrildiyinə görə hazırda qəti bir marksist nəzəriyyə yoxdur. Bəzi marksist düşüncə məktəbləri klassik marksizmin digər aspektlərini rədd edərkən və ya dəyişdirərkən müəyyən cəhətlərinə daha çox diqqət yetirir. Bəzi məktəblər ziddiyyətli nəticələrə gətirib çıxardan marksist anlayışları və qeyri-marksist anlayışları birləşdirməyə çalışdılar. Tarixi və dialektik materializmin bütün marksist düşüncə məktəblərinin təməl konsepsiyaları kimi tanınmasına doğru bir hərəkətin olduğu iddia edilmişdir. Bu fikir tarixin yalnız istehsal üsulu ilə deyil, həm də şüur və iradə ilə müəyyənləşdiyini iddia edən Ernesto Laklau və Şantal Muf kimi bəzi postmarksistlər tərəfindən rədd edilir. Marksizm antropologiya, arxeologiya, sənət nəzəriyyəsi, kriminologiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, təhsil, etika, kino nəzəriyyəsi, coğrafiya, tarixşünaslıq, ədəbiyyatşünaslıq, media tədqiqatları, fəlsəfə, siyasi elm, elm, psixologiya, elm araşdırmaları, sosiologiya, şəhərsalma və teatr da daxil olmaqla bir çox sahəyə nüfuz edərək qlobal akademiyalara böyük təsir göstərmişdir. == İcmal == Marksizm insanın maddi ehtiyaclarını ödəmək üçün tələb olunan maddi şərtləri və iqtisadi fəaliyyətləri təhlil edərək hər hansı bir cəmiyyət daxilindəki sosial fenomeni izah etməyə çalışır. Marksizm görə, iqtisadi təşkilat forması və ya istehsal üsulunu daha geniş ictimai münasibətlər, siyasi qurumlar, hüquq sistemləri, mədəni sistemlər, estetik və ideologiyalar daxil olmaqla bütün digər sosial fenomonlərə təsir göstərir.
Nemeziya
Qədim Yunanıstanda qurdağzı nemeziya adlandırılırdı. Sonradan bu ad vətəni Cənubi Afrika olan bitkilərə verilmişdir. Məlum olan 30 növdən dekorativ gülçülükdə iki növdən və növlərarası hibridlərdən geniş istifadə olunur. Hibrid nemezia (N.x.hubrida) ürəkşəkilli nemeziya və rəngbərəng nemeziyanın çarpazlaşdırılması nəticəsində alınmışdır. Hündürlüyü 60 sm olan budaqlı bitkidir. Müxtəlif rəngli çiçəklər (diametri 2 sm-ə qədər) zoğların uclarında salxım çiçək qrupunda toplanmışdır. Hibrid nemeziyadan əlavə gülçülükdə digər iki növdən də istifadə edilir: ürəkşəkilli nemeziya (N.strumosa) və rəngbərəng nemeziya (N.versicolor). Ürəkşəkilli nemeziyanın güllərinin mahmızı yoxdur, ağzı sallaqdır, rəngbərəng nemeziyanın isə xırda çiçəkləri və uzun mahmızları vardır. İlk cücərtilərdən sonra nemeziyanı iki dəfə seyrəltmək lazımdır. Bitkinin uzun müddət çiçəkləməsi üçün iyulun axırında onun yuxarı hissəsini kəsirlər.