Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tatsuya Nakaday
Tatsuya Nakaday (仲代 達矢, 13 dekabr 1932, Tokio[d]) — Yaponiya aktyoru və rejissoru. == Həyatı == === İlk illəri === 1932-ci ilin dekabr ayının 13-də Tokio şəhərində Motohisa Nakaday (仲代 元久) adı ilə dünyaya gəlib. Nakaday çox kasıb bir ailədə dünyaya gəldiyi üçün ali təhsil ala bilməmişdi və aktyor olmağa qərar vermişdi. O, Amerika filmlərini izləyir, Con Ueyn və Marlon Brando kimi aktyorlara pərəstiş edirdi. Günlərin birində, Tokioda geyim mağazasında kargüzarlıq edən bir gənc Masaki Kobayaşinin diqqətini cəlb edir və "Qalın divarlar arxasında" ("Qalın divarlı otaq"/ "Qalın divar") filmində baş rolu ifa etmək üçün dəvət alır. Beləcə, çox illər davam edəcək dostluğun başlanğıcı qoyulur. === 1954–hazırda === 1954-cü ildə Nakaday "Yeddi samuray" filmində bir neçə saniyəlik şəhərdə gəzən samuray obrazını canlandıraraq qarşımıza çıxır. Texniki olaraq "Yeddi samuray" filmi onun debütü hesab olunur. Çünki "Qalın divar" filminin buraxılması (release) mübahisli məsələlərin nəticəsində 3 il müddətinə saxlanılır. Bir aktyor kimi onun böyük uğuru Kobayaşinin rejissorluğu ilə ekranlaşdırılan "Qara nehr" filmində canlandırdığı gənc bir yakuza – Co obrazı ilə gəlir.
World naked bike ride
Ümumdünya Çılpaq Veloyürüş (ing. World Naked Bike Ride (WNBR)) - özündə kütləvi beynəlxalq velosiped yarışı təşkil edir. Yarışda iştirak edən insanlar paltarsız (və ya üzərində geyimin minimal miqdarında), əzələ gücü ilə idarə olunan nəqliyyat vasitələrində hərəkət edirlər (başlıca olaraq Velosiped ilə, lakin rolik və skeytdən də çox istifadə olunur). Yarışın keçirilmə məqsədi - «təmiz, təhlükəsiz və müsbət-bədən dünyasını» insanlara tanış etmək və məlumatlandırmaqdır. Yarışın dress-kodunu «Nə qədər cəsarətlisən, bir o qədər də çılpaqsan» sloqanı ilə təsvir etmək olar. Tam və ya və qismən çılpaqlıq dəstəklənir, lakin yürüş zamanı bu məcburi sayılmır. Bundan başqa, intim orqanlarını örtmək məcburi deyil - məhz bu seçim azadlığı Ümumdünya Çılpaq Veloyürüşü digər təşkilat növlərinin keçirdiyi fəaliyyətlərindən fərqləndirir. Yürüşə əyləncəli və maraqlı atmosfer yaratmaq, Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək, həmçinin müşahidəçilərin təxəyyülünü həyəcanlandırmaq məqsədilə iştirakçılar arasında ekspressiv üslubda kreativlik dəstəklənir. Məsələn Bodi-art - kostyum, hand-made velosiped, bumboks, horn və sirenalar kimi özünüifadənin ümumi forması sayılır. == Tarix == Ümumdünya Çılpaq Veloyürüş fərqli təşkilatlatlar tərəfindən 2004-cü ildən keçirilməyə başlamışdı.