Tatsuya Nakaday (仲代 達矢?, 13 dekabr 1932, Tokio[d]) — Yaponiya aktyoru və rejissoru.
Tatsuya Nakaday | |
---|---|
yap. 仲代達矢 | |
Doğum tarixi | 13 dekabr 1932 (91 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, seyyu, müğənni |
Fəaliyyət illəri | 1954-cü ildən |
Boyu | 178 sm[1] |
Çəkisi | 75 kq[1] |
Mükafatları | |
IMDb | ID0619938 |
Vikianbarda əlaqəli mediafayllar |
1932-ci ilin dekabr ayının 13-də Tokio şəhərində Motohisa Nakaday (仲代 元久?) adı ilə dünyaya gəlib.
Nakaday çox kasıb bir ailədə dünyaya gəldiyi üçün ali təhsil ala bilməmişdi və aktyor olmağa qərar vermişdi. O, Amerika filmlərini izləyir, Con Ueyn və Marlon Brando kimi aktyorlara pərəstiş edirdi.
Günlərin birində, Tokioda geyim mağazasında kargüzarlıq edən bir gənc Masaki Kobayaşinin diqqətini cəlb edir və "Qalın divarlar arxasında" ("Qalın divarlı otaq"/ "Qalın divar") filmində baş rolu ifa etmək üçün dəvət alır. Beləcə, çox illər davam edəcək dostluğun başlanğıcı qoyulur.[2]
1954-cü ildə Nakaday "Yeddi samuray" filmində bir neçə saniyəlik şəhərdə gəzən samuray obrazını canlandıraraq qarşımıza çıxır. Texniki olaraq "Yeddi samuray" filmi onun debütü hesab olunur. Çünki "Qalın divar" filminin buraxılması (release) mübahisli məsələlərin nəticəsində 3 il müddətinə saxlanılır. Bir aktyor kimi onun böyük uğuru Kobayaşinin rejissorluğu ilə ekranlaşdırılan "Qara nehr" filmində canlandırdığı gənc bir yakuza – Co obrazı ilə gəlir. Nakaday 1960-cı illərdə Kobayaşi ilə işləməyə davam edir və "Harakiri"dəki yaşlı ronin Hanşiro Tsuqumo roluna görə ilk "Blue Ribbon" mükafatını qazanır.
Nakaday Masaki Kobayaşi ilə birgə "Harakiri", "Kvaydan", "Samuray üsyanı" və "İnsan yaşamının şərtləri" trilogiyası kimi şah əsərlər də daxil olmaqla 11 film ərsəyə gətirir. Karyerası dövründə Nakaday Yaponiyanın məşhur rejissorlarının filmlərində rol alıb. O, Kihaçi Okamotonun (岡本 喜八) (o cümlədən, məşhur "Taleyin qılıncı", "Öldür!") 9, Qoşa Hideonun (五社 英雄) 9 ("Qoyokin"), İçikava Konun (市川崑) 6 ("Alov", "Açar"), Akira Kurosavanın 6 ("Cangüdən", "Cəsur samuray", "Cənnət və cəhənnəm", "Döyüşçünün kölgəsi" (影武者 ⌈Kagemuşa⌉), "Ran"), Mikio Narusenin (成瀬 巳喜男) 5 ("Qadın pilləkənla qalxanda") və Hiroşi Teşiqaharanın (勅使河原 宏) 2 filmində ("Yadın üzü") çəkilmişdir. Bunun başlıca səbəbi isə o idi ki, Nakadai Yaponiya kino sənayesinin heç bir nəhəng şirkəti ilə uzunmüddətli layihələrini imzalamır və istədiyi təklifi qəbul etməkdə sərbəst idi.[2]
O, Koci Yakuşo, Mayumi Vakamura, Toru Masuoka, Azusa Vatanabe, Kenişi Takito və s. kimi gələcək perspektivli gənc aktyorların müəllimidir.