Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nərcis
Nərcis (ərəb. نرجس‎) — İmam Həsən əl-Əskərinin (232-260 hicri, 846-874 qəməri) həyat yoldaşı və İslamın on iki imam şiəliyi əqidəsində sonuncu imamın anasıdır. Onun adı kitablarda müxtəlif variantlarda, Fatimə, Nərcis, Reyhanə, Məryəm ibn Zeyd əl-Ələviyyə, Səqil və Səvsan kimi qeyd edilib. Bir sıra mənbələrdə isə o, öz krallığından Ərəbistana hicrət edə bilmək üçün özünü köləliyə vuran “Roma (Bizans) şahzadəsi” kimi təqdim edilib. Məhəmməd Əli Əmir-Muizzi “İran Ensiklopediyası”nda belə bir fikir irəli sürmüşdür ki, sonuncu variant “şübhəsiz ki, əfsanə və övliyanamədir”. İbn Babaveyhin rəvayətinə əsasən, Nərcis yuxusunda İsanın anası Məryəmi və Məhəmmədin qızı Fatiməni görərək İslamı qəbul etmişdir. == Adı == Son dövrün pakistanlı sələfilərindən Ehsan İlahi Zahir və habelə müasir sələfilərdən olan Qalib İvaci İmam Mehdinin anasının adı barədə olan ixtilafları onun anadan olması məsələsinin zəif olduğuna dəlil hesab ediblər. Ehsan İlahi Zahir yazır: اختلف في اسم الجارية التي قالوا انّها ولدته، فقال قائلهم: انّ اسمها نرجس، وقيل: اسمها صقيل أو صيقل، وقيل: حكيمة، وقيل غير ذلك. Onu dünyaya gətirən kənizin adı haqqında ixtilaflar var. Bəziləri deyiblər ki onun adı Nərcis olub, digərləri isə onun adının Suqeyl, Seyqəl, Həkimə və sair olduğunu deyiblər.
Nargis (jurnal)
Nargis (azərb. Nərgiz‎) — 13 dekabr 2012-ci ildən etibarən Nargis nəşriyyat evində dərc olunan dəb və incəsənət haqqında konseptual jurnaldır. == Haqqında == Nargis jurnalının ilk sayının təqdimatı 2013-cü il yanvarın 13-də M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, jurnalın adını daşıdığı professor Nərgiz Paşayevanın doğum günü keçirilib. Təqdimatda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.Jurnalın həm çap, həm də üç dildə elektron versiyası mövcuddur: rus, azərbaycan və ingilis. == Beynəlxalq nəşrlər == Nargis jurnalının Gürcüstan versiyasının rəsmi təqdimatı 22 dekabr 2014-cü il tarixində Tbilisidə keçirilmişdir. Nargis Georgia-nın baş redaktoru model və Tbilisi Moda Həftəsinin təşkilatçısı Tako Çheidzedir, üz qapağının əsas qəhrəmanı isə Gürcüstanın ilk birinci xanımı Maka Çiçua idi. == Daimi bölmələr == Dəb – dəbli illüstrasiyalar, fotosessiyalar, sənayenin dizaynerləri və insayderləri ilə müsahibələr, moda trendlərinin icmalı və s. məlumatlardan ibarətdir. Mədəniyyət – hesabatlar, mədəniyyət və incəsənət xadimləri ilə müsahibələr və s. təşkil edir.
Narsis Yameoqo
Narsis Yameoqo (19 noyabr 1980, Uaqaduqu) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş Burkina-Faso yarımmüdafiəçisi == Karyerası == 1980-ci ilə təvəllüdlü Yameoqo Portuqaliyanın məşhur "Portu" klubunun yetirməsi hesab olunur. O, 1989-91-ci illərdə bu komandanın müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib. 1999-cu ildə vətəninə yollanıb və iki mövsüm "ASFA Yennega" klubunda çıxış edib. Ardınca Seneqala üz tutaraq "Janna D'Ark"la anlaşıb. 2003-cü ildə Portuqaliyaya qayıdıb. Bir mövsüm "Braqa"nın heyətində olub. Bu müddətdə Portuqliya çempionatında 4 oyun keçirməyə imkan tapıb. 2004-cü ildə Portuqaliyanın aşağı dəstə təmsilçisi "Portimonense" transfer olunub. 2006-cı ilə qədər bu klubda çıxış etdikdən sonra başqa bir aşağı dəstə təmsilçisi – "Olhanense"yə keçib. Onun növbəti dayanacağı isə Portuqaliyanın "Ribeirao" klubu olub.