Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Narsis Yameoqo
Narsis Yameoqo (19 noyabr 1980, Uaqaduqu) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş Burkina-Faso yarımmüdafiəçisi == Karyerası == 1980-ci ilə təvəllüdlü Yameoqo Portuqaliyanın məşhur "Portu" klubunun yetirməsi hesab olunur. O, 1989-91-ci illərdə bu komandanın müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib. 1999-cu ildə vətəninə yollanıb və iki mövsüm "ASFA Yennega" klubunda çıxış edib. Ardınca Seneqala üz tutaraq "Janna D'Ark"la anlaşıb. 2003-cü ildə Portuqaliyaya qayıdıb. Bir mövsüm "Braqa"nın heyətində olub. Bu müddətdə Portuqliya çempionatında 4 oyun keçirməyə imkan tapıb. 2004-cü ildə Portuqaliyanın aşağı dəstə təmsilçisi "Portimonense" transfer olunub. 2006-cı ilə qədər bu klubda çıxış etdikdən sonra başqa bir aşağı dəstə təmsilçisi – "Olhanense"yə keçib. Onun növbəti dayanacağı isə Portuqaliyanın "Ribeirao" klubu olub.