Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Navay-E Asatid
Navay-E Asatid — Alireza Eftekhari ilk albomu.
Havay
Havay (ing. Hawaii) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Honolulu şəhəridir. == Coğrafi Mövqeyi == Havay arxipelaqı Sakit okeanın mərkəzində 3300 kilometr uzunluğunda böyük bir əyri yaradan, ada və riflərdən ibarətdir. Arxipelaq şərqdə Havay adasında başlayır və təxminən 180-ci meridianda yerləşən Kure atolunda bitir. Havay arxipelaqı 8 böyük adadan təşkil olunub. Bunlar ştatın 99 %-ni təşkil edən Oahu, Havay, Maui, Kauai, Lanai, Molokai, Niihau və Kahoolave adalarıdır. Əhalinin böyük hissəsi elə bu adalarda yaşayır. Sahəsi 8150 km2 olan Havay adası ölkənin 2/3-ni təşkil edir. Yerli əhali bu adanı sadəcə olaraq "Böyük Ada" adlandırır.
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. == Coğrafiya == Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. == Tarix == Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. == Mənbə == Donald J. Orth. Dictionary of Alaska Place Names.
Narva
Narva (est. Narva, alm. Narwa‎, rus. keç. Ругодив) — Estoniyada şəhər. İda-Virumaa vilayətin inzibati mərkəzidir. == Əhali == == İqlim == == Qalereya == === Partnyor şəhərlər === İsveç Karlskoga Danimarka Tinglev Ukrayna Donetsk Finlandiya Lahti Rusiya İvanqorod Estoniya Pyarnu == Web links == Offizielle Internetpräsenz der Stadt Narvaer Kolleg der Universität Tartu Das Narvamuseum (estn./russ./en.) Stadtansicht, nach J. B. v. Fischer: Versuch einer Naturgeschichte von Livland, 2.
Avey
Avey kilsəsi — Qazax rayonu ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən abidə. Avey Ağstafa FK — 1990-cı ildə Ağstafada yaranmış futbol klubu. Avey (dağ) — Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.
Avva
Avva və ya Aba (ivr.-aram. אבא, yun. ἀββᾶ) – arami-süryani dilində "ata". İvritcə אב (av), ərəbcə أب (abu), amharca አባት (abat) sözləri ilə eyni mənanı daşıyır. == Xristianlıqda == İlk dəfə olaraq, rahiblərə hörmətlə müraciət forması olaraq, abba sözü Suriyalı Efremin yazılarında rast gəlinir. Süryani, Qibti, Efiopiya kilsələrində "abun" ("atamız") şəklində olan söz kahinlərə, rahiblərə və yepiskoplara aid edilir. Fransada "avva" istənilən katolik keşişə aid edilən tituldur . == İstinadlar == == Xarici keçidlər == Богословско-литургический словарь Игум. Иннокентий (Павлов). Авва // Православная энциклопедия.
NAVI
NAVI — Artsyom Lukyanyenka (vokalist və gitaraçı), Kseniya Juk (vokalist), Alyaksandr Tabolski (gitaraçı), Uladzislav Çaşçavik (bassist) və Uladzimir Beherdən (təbilçi) ibarət Belaruslu musiqi qrupu. Onlar Belarusu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Yaranma tarixçəsi == === Başlanğıc === NAVI qrupu 2013-cü ildə Artsyom Lukyanyenka və Kseniya Juk tərəfindən Belarusun paytaxtı Minskdə yaranmışdır. Onların ilk mahnısı olan "Abdymi myane" həmin ilin yayında təqdim edilmişdir. Belarusda radio hitə çevrilən mahnı qrupun karyerasının başlanğıcı olmuşdur. === Lovi və Soncam sahretyja (2014) === 2014-cü ildə NAVI qrupunun Lovi və Soncam sahretyja adlı ilk iki albomları işıq üzü görmüşdür. Qrupun musiqi faəliyyəti bir neçə rus, belarus və ukraynalı musiqiçiləri tərəfindən müsbət qiymətləndirilmişdir. Daha sonra qrup ardıcıl olaraq bir çox Belarus telekanallarında çıxış etməyə başlamış, ölkənin Minsk, Qrodno və Qomel şəhərlərində ilk konsertlərini vermişdirlər. NAVI qrupu eyni zamanda Milad ərəfəsində Moskvanın Dövlət Akademik Böyük Teatrında çıxış etmişdir. 2014-cü ildə qrup Belarusun Drujba, Musical evenings in Mir Castle festivallarında və Polşanın Halfway festivalında da çıxış etmişdir.
B-Nasty
Alexander Barnes (Pert, Qərbi Avstraliya, Avstraliya, iyul 10, 1992), kimi tanınır B-Nasty, Avstraliyalı reper və hip-hop kollektivinin üzvüdür Wu-Tang Clan Affiliates.
Ceyms Naçvey
Ceyms Naxtvey (ing. James Nachtwey; d. 14 mart, 1948, ABŞ) — ABŞ fotojurnalisti və hərbi fotoqrafı. == Həyatı == Ceyms Naçvey 14 mart 1948-ci ildə ABŞ-də anadan olub. İş həyatına 1976-cı ildə "Albuquerque" qəzetində fotoqraf kimi başalamış və 1980-ci ildən Nyu-Yorka köçərək karyerasını müstəqil fotoqraf kimi davam etdirib. Həyatının uzun illərini Salvador, Nikaraqua, Qvatemala, Livan, Qəzzə, İsrail, İndoneziya, Tayland, Əfqanıstan, Somali, Sudan, Ruanda, Çeçenistan, Bosniya və Kososva kimi kritik nöqtələrdə baş verən konfliktləri və müharibələri dünyaya göstərmək üçün çalışan fotoqraf bir neçə dəfə qaynar bölgələrdə xəsarət də alıb. == Haqqında == 2001-ci ildə İsveçrəli kinorejissor Kristian Frey (ing. Christian Frei) fotoqraf Ceyms Naxtvey haqqında "Müharibə fotoqrafı" (ing. War photographer) adlı sənədli film çəkib. Film bir dəfə "Oskar" mükafatına namizəd göstərilib və altı dəfə başqa nüfuzlu mükafatlara layiq görülüb.
Edanyilber Navas
Edanyilber Xose Navas Alayon (21 yanvar 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Araqua klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Navas öz peşəkar karyerasında debütünü 2016 Venesuela Kubokunda Tukanes de Amazonas klubuna qarşı oyunda etmişdir. Navas liqada debütünü isə Estudiantes de Merida klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.
HammAli & Navai
HammAli & Navai — Azərbaycanlı repçilər HammAli (Aleksandr (Sadiq) Əliyev) və Navai-dən (Nəvai Bəkirov) ibarət olan Rusiya rep dueti. == Tarix == Qrup 2016-cı ildə yaradılıb. İlk birgə mahnı "День в календаре" idi. Duet 3 albom buraxdı: 2018-ci ildə “JANAVI” və “JANAVI: Autotomy” və 2021-ci ildə “Когда хорошему человеку плохо”. Qrup, Bahh Tee və JONY də daxil olmaqla, digər sənətçilərlə birgə treklər buraxır. Nəvai 2021-ci ilin aprel ayında qrup mövcudluğuna son qoyub. Duetin dağılması ilə bağlı birgə bəyanata baxmayaraq, həmin ilin yayında qrup yeni mahnılar buraxmağa davam etdi.
Havay (Hurand)
Havay (fars. هواي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 743 nəfər yaşayır (167 ailə).
Havay (dairə)
Havay rayonu — Amerika Birləşmiş Ştatlarının Havay ştatında yer alan bir rayondur. Dairənin əhalisi 2010-cu il hesablamasına görə 185,079 nəfərdir. Rayonun mərkəzi Hilo şəhəridir. Havay dairəsinin meri vəzifəsinin 2016-cı ildən bəri bu vəzifəyə gələn Harri Kimdir. Qanunvericilik orqanı doqquz nəfərdən ibarət Havay Dairə Şurasına məxsusdur. == Coğrafiyası == ABŞ əhalinin siyahıyaalınması bürosuna əsasən dairənin ümumi sahəsi 13,174 km²-dir ki: 10 433 km² — quru sahəsi 2742 km² (6,66 %) — su sahəsi əhatə edir. == Dairənin quruluşu == Dairə ştatın ərazisinin 62,7%-ni tutur və bu ABŞ-daki ən böyük göstəricilərdən biridir.
Havay adaları
Havay adaları (ing. Hawaiian Islands, həmçinin Sendviç adaları adı ilə tanınır) – 24 adadan və atolldan, eyni zamanda Sakit okeanın şimalında (19°-29° şimal enliklərində) yerləşən çox sayda xırda adalardan ibarət arxipelaq. Vulkanik mənşəlidir. Arxipelaq öz adını ən böyük adası olan Havayinin adından almışdır. Adaların böyük hissəsi ABŞ-nin 50-ci ştatını təşkil edir. Paytaxtı Honolulu şəhəridir. Honolulu həmçinin adanın ən böyük şəhəridir. Adalar 3600 km məsafəni əhatə edir. Adalar tropik siklonun təsiri altındadır və may ayından oktyabradək daha çox yağıntı müşahidə olunur. Amma günəşli saatlar bu yağışları hiss etdirmir.
Havay adası
Havay adası (ing. Island of Hawaiʻi;Havayca:mokupuni o Hawai‘i) ABŞ-nin Havay əyalətində ada və rayon, Havay adalarının ən böyük adasıdır. Mərkəzi Hilo şəhəridir.
Havay antisiklonu
Havay antisiklonu- Daimi subtropik antisiklonlardan biridir.Sakit okeanın şimal hissəsində subtropik və tropik enliklərdə yerləşir.Havay antisiklonun Mərkəzi Havay adalarından şimalda yerləşir və burada yanvarda təzyiq 764 mm iyulda 768mm-ə bərabərdir.
Havay silsiləsi
Havay silsiləsi — vulkan məşəlli sualtı silsilə. Sakit okeanda yerləşir və cənub-qərbdən Şimali Sakitokean çökəkliyi ilə əhatələnir. Silsilənin ən hündür nöqtələri Havay adalarıdır. Dünyanın ən hündür fəaliyyətdə olan vulkanları burada yerləşir. Uzunluğu 5 000 km, ən enli yeri 750 kilometrdir. Səthə olan dərinliyi 2000 — 4000 metr arasında dəyişir. Ən dayaz yeri 15 metrdir. Ümumi hündürlüyü 5500 metrdir. Əsasən üzəri lil və gum suxurları ilə örtülüdür. == Ədəbiyyat == Краткая географическая энциклопедия, Том 5/Гл.ред.
Havva Məmmədova
Həvva İsa qızı Məmmədova (15 may 1958, Xanərəb, Bərdə rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, professor və tarix elmləri doktoru. == Həyatı == 1958-ci il mayın 15-də Bərdə rayonunun Xanərəb kəndində anadan olmuşdur. Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. 1980–1990-cı illərdə Xankəndi şəhərində orta məktəbdə müəllim işləmişdir. 1993-cü ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş laborant, baş müəllim, metodist vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müəllimidir. Tarix elmləri namizədidir. 6 kitabın və 40 elmi məqalənin müəllifidir. === Ailəsi === Evlidir, 3 övladı var. == İctimai-siyasi fəaliyyəti == Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədridir.
Honolulu (Havay)
Honolulu — ABŞ-nin Havay ştatında şəhər. Honolulu dünyanın ən böyük şəhəridir. “Hawaii” əyalətində 1907-ci ildə çıxarılmış bir qanuna görə Honolulu şəhəri və Honolulu İnzibati Bölgəsi (County) eyni yeri ifadə edər. Bu inzibati bölgə, Honolulu şəhərinin olduğu Oahu adasının geri qalanının yanında, Böyük Okeanda 2400 km boyunca uzanan Şimal-qərb “Hawaii” adalarının qalanını da əhatə edir. Bu da Honolulunun 5509 km² ilə ən böyük sahəyə sahib şəhər olduğu deməkdir. Amma bu şəhərin əhalisi sayı yalnızca 876.156 nəfərdır. Şəhərin 72 % dəniz suyu ilə örtülüdür. Honolulu Havay əyalətinin paytaxtıdır, amma Havay adasında deyil. Çox daha kiçik, amma əhali sıxlığı daha çox olan Oahu adasında yerləşir. Havay Takımadasındaki adalar dünyanın ən böyük dağ silsiləsinin çıxıntı edən təpələrdir.
Kenci Kavay
Kenci Kavay (23 aprel 1957, Tokio) — yapon bəstəkarı. == Həyatı == Kenci Kavay 23 aprel 1957-ci ildə Yaponiyanın Tokio şəhərində anadan olub.Uşaqlığından musiqiylə məşğul olurdu. Tokio Universitetini bitirib. == Animasiyada işləri == «Mobile Suit Gundam 00» «A-Ko the Versus» (OVA) «Aka-chan to Boku» «Blue Seed» (teleserial) «Blue Seed» (OVA) «Burn Up!» «Corrector Yui» «D4 Princess» «Dai-Guard» «Dark Myth» «Devilman» «Death Note» «Eyeshield 21» (tammetrajlı film) «Fate/stay night» «Ghost in the Shell» (tammetrajlı film) «Ghost in the Shell 2: Innocence» «Gunparade March» «Guystars — Fractions of The Earth» «Hime-chan’s Ribbon» «Higashi no Eden» «Higurashi no Naku Koro ni» «Higurashi no Naku Koro ni Kai» «Hyper Police» «Iczelion» «Irresponsible Captain Tylor» «Jinki:Extend» «Joker Game» «Kurogane Communication» «Luna Varga» «Maison Ikkoku» «Mermaid Forest» «Metal Fighter Miku» «Mighty Space Miners» «Mini Pato» «Mob Psycho 100» «Musha Maru Den Two» «Otogi Zoshi» «Patlabor» (OVA) «Patlabor» (телесериал) «Patlabor 1» (tammetrajlı film) «Patlabor 2» (tammetrajlı film) «Patlabor WXIII» (tammetrajlı film) «Ranma ½» (OVA) «Ranma ½» (teleserial) «Ranma ½: Big Trouble in Nekonron, China» (tammetrajlı film) «Rave Master» «Rune Soldier» «Samurai Pizza Cats» «SD Gundam Musha, Knight, Commando» «Sky Crawlers» (2008, tammetrajlı film) «Sorcerer Hunters» (teleserial) «Sorcerer Hunters» (OVA) «Starship Operators» «UFO Princess Valkyrie» «UFO Princess Valkyrie 2» «Vampire Princess Miyu» (OVA) «Vampire Princess Miyu» (teleserial) «Windy Tales» «YAT Anshin! Uchu Ryokou» «YAT Anshin!
Kensuke Naqay
Kensuke Naqay (d. 5 mart 1989) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Keylor Navas
Keylor Navas (15 dekabr 1986[…]) —Kosta-Rikalı peşəkar futbolçu, Real Madrid klubunun qapıçısı. Keylor Navas peşəkar karyerasına Kosta-Rikanın Saprissa futbol kulubunda 2005-ci ildə başlayıb. 5 ildən sonra İspaniyanın Albbasete klubuna transfer olunub. 2 il sonra icarə əsasında İspaiyanın Levante klubuna keçib. Navasın oyununu bəyənən Levante Navası alır. O öz oyunu ilə hətta Real Madrid kulubunun diqqətini də çəkir. Nəhayət 2014-cü ildə Reala transfer olunur. Hazırda Real Madrid futbol klubunun qapısını qoruyur. == Real Madrid == 2014-cü ildə Real Madrid FK onu öz heyətinə qatıb.
May Narva
May Narva (est. Mai Narva; doğ. 22 oktyabr 1999, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2014). == Həyatı == May Narva şahmatçılar ailəsində anadan olub. O, eston şahmatçılar Boris Rıtovun və Merike Rıtovanın nəvəsi, FİDE ustası Yaan Narvanın və qadınlar arasında şahmat üzrə Estoniya çempionu Regina Narvanın isə qızıdır. Üç dəfə qadınlar arasında şahmat üzrə Estoniya çempionatlarında qalib olub: 2014, 2016 (əlavə turnirdən sonra), 2017. 2014-cü ildə Batumidə U16 yaş qrupunda qızlar arasında Avropa çempionu olub. 2015-ci ildə Karpaçda Estoniyanın qızlardan ibarət komandasının heyətində U18 yaş qrupunda Avropa komanda birinciliyinin qalibi olub. Estoniyanı şahmat olimpiadalarında təmsil etmişdir (2014, 2016).
Risako Kavay
Risako Kavay (d. 21 noyabr 1994) — Yaponiyanı təmsil edən qadın güləşçi. Risako Kavay 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların qızıl medalını qazandı. Kavay həmdə 2015-ci ildə Las-Veqas şəhərində Dünya Çempionatının gümüş medalını qazandı. == Karyerası == Risako Kavay birinci ciddi uğurunu 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində qazandı. Kavay Dünya Çempionatının yalnızca finalında Monqolustan güləşçisi Soronzonboldin Battsetseqa uduzdu və gümüş medal qazandı. Risako Kavay bir il sonra isə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında ciddi nailiyyətə imza atdı. Kavay birinci görüşdə Polşa güləşçisi Monika Mixaliki 5:0, ikinci görüşdə Latviyalı Anastasiya Qriqoryevanı 8:2, üçüncü görüşdə isə Rusiya nümayəndəsi İnna Trajukovanı 10:0 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Risako Kavay Belarus güləşçisi Mariya Mamaşuku 6:0 hesabı ilə məğlub etdi və XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.