Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Napuka
Napuka (fr. Napuka) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). == Coğrafiya == Üçbucaq formasına malikdir. Uzunluğu 7 km, eni isə 3,5 km təşkil edir. Atollun sahəsi 8 km²-dir. Daxilində laqun vardır. Laqunun daxilində isə 32 elədə iri olmayan ada vardır. Laqunun eni 3 km, uzunluğu isə 9 km-dir. == Tarixi == Napuka ilk dəfə 7 iyun 1765-ci ildə ingilis dənizçisi Con Bayron tərəfindən kəşf edilmişdir. XX əsrin əvvəllərindən adada kokos palması plantasiyası yetişdirilirdi.
Natura
Natura (latın:natura – təbiət) — təsviri sənətdə – təsvir prosesində rəssam və ya heykəltəraşın bilavasitə müşahidə etdiyi gerçəkliyin real obyektləri (insan, əşya, landşaft). Sənətkarın maddi aləmə münasibəti və yaradıcılıq məqsədi naturanın seçilməsində və onun təsvirində təzahür edir. Bilavasitə naturadan istifadə etməklə portret, mənzərə, natürmort və s. əsərlər yaradılır. Digər janrlara aid əsərlər üçün köməkçi etüd, eskiz və rəsmlər yaradılarkən bilavasitə naturadan istifadə edilə bilər. == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 165.
Naxodka
Naxodka — Rusiyanın Primorsk diyarında şəhər.
Amuda
Amuda (ərəb. عامودا‎‎, kürd. Amûdê) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin Əl-Qamışlı rayonunun Amuda nahiyəsində şəhər. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 26.821 nəfərdir.Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Suriya Demokratik Qüvvələrinin idarəsi altındadır. == Coğrafiya == Amuda Suriyanın Türkiyə ilə olan sərhədində, Əl-Həsəkə şəhərinin 83 kilometr (52 mil) şimalında, Əl-Qamışlı şəhərinin 31 kilometr (19 mil) şərqində, Əl-Qamışlı ilə Rəsulayn arasındakı yolun üzərində yerləşir. Amuda dəniz səviyyəsindən 461 metr yüksəklikdə yerləşir. == Əhali == 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 26.821 nəfərdir. Şəhər əhalisinin 90%-ni kürdlər və yezidilər təşkil edir. Həmçinin, şəhərdə əhəmiyyətli bir ərəb icması, eləcə də bir aysor ailəsi yaşayır.
Axura
Axura — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Keçmiş adı Yeni Axura olmuşdur. Axura adlı yaşayış məntəqəsinin adı ilk dəfə VII əsrə aid mənbədə çəkilir. 1840-cı il iyunun 20-də güclü zəlzələ nəticəsində Ağrı dağının ətəyində yerləşən Axura kəndi dağılmış, kəndin əhalisi indiki əraziyə köçərək Yeni Axura kəndinin əsasını qoymuşdur. Sonralar oykonimin birinci komponenti düşmüş, kənd Axura adlandırılmışdır. == Əhalisi == Əhalisi 1571 nəfərdir. === Tanınmış şəxlər === Muxtar İmanov — AMEA Folklor İnstitutunun direktoru Məhəmməd İsmayılov — iş adamı.
Noxud
Noxud (Cicer arietinum L. ) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Qauda
Qauda (nid. Gouda) Niderlandın qərbində Cənubi Hollandiya əyalətində yerləşən şəhərdir. Bu şəhər dünyada qauda pendiri ilə məşhurdur.
Floran Maluda
Floran Maluda (fr. Florent Malouda; d. 13 iyun 1980) — Çelsi tərəfindən Fransanın Lion komandadan transfer edilmiştir. Sürətli, texniki bacarıqlı və yaxşı zərbələr çıxaran bir futbolçudur.Fransa milli futbol komandası ilə 2006 FİFA Dünya Kubokunda oynadığı futbol ilə adamları heyran etdi.
Florent Maluda
Floran Maluda (fr. Florent Malouda; d. 13 iyun 1980) — Çelsi tərəfindən Fransanın Lion komandadan transfer edilmiştir. Sürətli, texniki bacarıqlı və yaxşı zərbələr çıxaran bir futbolçudur.Fransa milli futbol komandası ilə 2006 FİFA Dünya Kubokunda oynadığı futbol ilə adamları heyran etdi.
Göyərçin noxudu
Göyərçin noxudu (lat. Cajanus cajan) — paxlakimilər fəsiləsinin kayanus cinsinə aid bitki növü.
Kento Masuda
Kento Masuda (yap. 増田顕人 (Katori İyun 29, 1973 doğulan, Chiba, Yaponiya) — nyu eyc və caz üslublarında ifaçılıq edən yapon pianoçu və bəstəkar. St. Sylvester ordeni Knights olan "Maestro". Masuda də Qeydiyyatın Arts & Milli Elmlər Akademiyasının (Recording Academy) üzvüdür və Kawai beynəlxalq bir aparıcı pianist.
Mitihiro Yasuda
Mitihiro Yasuda (d. 20 dekabr 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 1 qol vurub.
Miçio Yasuda
Miçio Yasuda (d. 10 noyabr 1949) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nayada (peyk)
Nayada (yun. Ναϊάδ-ες) və ya Neptun III— Neptunun daxili peyklərindən biri. Peykə Yunan mifalogiyasıda Nimfa növü olan Nayadanın adı verilib. == Tarix == Nayada Voyacer 2 zondu tərəfindən şəkilləri çəkillməzdən əvvəl Sentyabrın ortalarında kəşf edilmişdir.Peyk ilk olaraq S/1989 N 6 adlandırılmışdır.Bu kəşf 29 Sentyabr 1989-cu il də açıqlanmışdır..Adı isə 16 sentyabr 1991-ci il də verilmişdir. == Fiziki xarakteristikaları == Nayada düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. == Orbital xarakteristikaları == Nayadanın orbiti Neptunun buludlarının yuxarı təbəqəsi üzərində təxminən 23,500 km məsafədə fırlanır.Nayadanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin == Araşdırma == Voyacer 2 dən sonra Neptun sistemi yerüstü rəsədxanalar və Habbl teleskopu vasitəsi ilə geniş şəkildə öyrənilib.2002-2003-cü illərdə sistem adaptiv optika istifadə edərək Kek teleskopu vasitəsi ilə müşahidə olunmuş və ən böyük dörd daxili peyk asanlıqla aşkar edilmişdir.Talassa bəzi şəkillərin emalı nəticəsində tapılsa da,Nayadanın yeri müəyyən edilməmişdir.Habbl bütün məlum olan peykləri aşkar etmək imkanına malikdir və mümkün yeni peyklər və daha çoxu Voyacer 2 zondu tərəfindən tapılıb.8 Oktyabr 2013-cü ildə SETİ İnstitutu açıqladı ki,Nayada 2004-ci ilə aid arxivdəki Habbl şəkillərində yerləşmişdir.Araşdırmalardan sonra Nayadanın gözlənilən mövqeyindən 80 dərəcə aşağıda yerləşdiyi məlum olmuşdur.
Nayuha Toyoda
Nayuha Toyoda (d. 15 sentyabr 1986) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 22 oyun keçirib.
Pablo Neruda
Pablo Neruda (isp. Pablo Neruda — əsas adı yerinə qəbul edilən ləqəbi; doğum adı: Rikardo Elieser Neftali Reyes Basoalto, isp. Ricardo Eliécer Neftalí Reyes Basoalto; 12 iyul 1904[…] – 23 sentyabr 1973[…], Santyaqo, Çili) — Çili şairi, diplomat, siyasi xadim, Çili Respublikası Senatının senatoru (1941-1949), Çili Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1958-1973), Çilinin Fransadakı səfiri (1970-1972), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1971). == Həyatı == Əsl adı Rikardo Elieser Neftali Reyes Basoalto olan Çili şairi və diplomatı Pablo Neruda ölkənin mərkəzi hissəsində, Parral adlı kiçik şəhərdə doğulmuşdu. Şeir yazmağa on yaşında başlamışdı. Atası daha ciddi işlə məşğul olmasını istədiyindən Neftali Rikardo sirrinin açılmaması üçün şeirlərini Pablo Neruda təxəllüsü ilə çap etdirmişdi. Deyilənə görə, Pablo adı məşhur fransız şairi Pol (ispanca Pablo) Valerinin, Neruda soyadı isə çex şairi Yan Nerudanın soyadından götürülmüşdü. Sonralar bu ədəbi təxəllüs şairin həqiqi adına çevrilmişdi. Məşhur Çili şairəsi, ölkənin ilk Nobel laureatı Qabriela Mistralla tanışlıq gənc poeziya həvəskarının gələcək ədəbi bioqrafiyasında mühüm rol oynamışdı. 1921-ci ildə Pablo Santyaqo pedaqoji institutunun fransız dili bölümünə daxil olsa da, paytaxtın mədəni həyatı onu institut məşğələlərindən daha çox cəlb edirdi.
Tadatoşi Masuda
Tadatoşi Masuda (d. 25 dekabr 1973) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Yan Neruda
Yan Neruda (çex. Jan Nepomuk Neruda, 9 iyul 1834[…], Praqa, Bohemiya tacı torpaqları[d][…] – 22 avqust 1891[…], Praqa, Sisleytaniya[…])—Çexiya yazıçısı, şairi. == Həyatı == Neruda Yan 1934-cü il iyul ayının 9-da Praqa şəhərində anadan olmuşdur. Neruda Akademik gimnaziyanı qurtarmış, Praqa Universitetində oxumuş, orada fəlsəfə və hüquq fakültələrində mühazirələr dinləmişdir. Bir neçə il Praqa idarələrində işləmiş, gimnaziyada alman dilindən dərs demişdir. Onun ilk şeirləri 50-ci illərin əvvəllərində çap olunmuşdur. "Qəbristanlıq çiçəkləri" (1857), "Şeirlər kitabı" (1868), "Kosmik nəğmələr"(1878), "Balladalar və romanslar" (1883), "Övliya cüməsi nəğmələri" (1896) və s. kitabların müəllifidir. Vətənpərvərlik və sosial azadlıq duyğularının tərənnümü, xalq gücünə inam poeziyasının ideya məzmunudur. Nerudanın familiyasını çili şairi Pablo Neruda ozünə təxəllüs seçmişdir.
Yem noxudu
Yem noxudu, Əkin lərgəsi (lat. Vicia sativa) – lərgə cinsinə aid bitki növü. == Sinonim == Vicia alba Moench Vicia bacla Moench Vicia bobartii E. Forster Vicia communis Rouy Vicia cornigera St.-Amans Vicia cornigera Chaub. Vicia cosentini Guss. Vicia cuneata Gren. & Godr. Vicia erythosperma Rchb. Vicia glabra Schleich. Vicia globosa Retz. Vicia intermedia Viv.
Çikaşi Masuda
Çikaşi Masuda (d. 19 iyun 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Əkin noxudu
Əkin noxudu[mənbə göstərin] (lat. Pisum sativum) — paxlakimilər fəsiləsinə aid bitki növü.
Xuda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. == Anlam == Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Naxa
Naxa (lat. Silurus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin naxakimilər dəstəsinin naxalar fəsiləsinə aid heyvan cinsi. Müxtəlif növlərinin uzunluğu 35 sm-lə 5 m arasında dəyişir. == Növləri == Cinsə 14 növ daxildir.
Axura nekropolları
Axura nekropolları — Şərur rayonunda Axura kəndinin şərq qurtaracağında dəmir dövrünün sonuna aid arxeoloji abidə. == I Ахurа nеkrоpоlu == Nеkrоpоl Ахurа kəndinin şərq qurtаrаcığındа "Yuхаrı bulаq", "Tеymurun bаğı" аdlаnаn sаhənin yахınlığındа yеrləşir. Ахurаçаyın sаğ sаhilində yеrləşdiyindən nеkrоpоlun bir hissəsini sеl sulаrı yuyub dаğıtmışdır. Sаlаmаt qаlmış hissənin sаhəsi 150 х 100 mеtrdir. Bаşdаşılаrı nəhəng dаşlаrdаn ibаrət оlub kоnusvаri fоrmаlıdır. Tədricən kiçilmiş hissədə diаmеtri 20 х 25 sm оlаn dеşik аçılmışdır. Görünür, dаşlаrа bu hissədən ip bаğlаnmış və sürümə üsulu ilə qəbirstаnlığа gətirilmişdir. Nеkrоpоldа iki tоrpаq qəbir tədqiq еdilmişdir. Qəbirlərin dərinliyi 1,5 mеtr, uzunluğu isə 1,85 m-dir. Оnlаrın hər ikisində kişi sklеti аşkаr оlunmuşdur.
Axura çayı
Axuraçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda çay. == Haqqında == Axura çayı Şərqi Arpaçayın sol qoludur. Mənbəyini Keçəltəpə dağından, 2460 metr yüksəklikdən alır. Qabaqlıçay da adlanır. Üzərində Axura körpüsü vardır. Mənbələrdə axur/akur/akuru sözləri "əhatə olunmuş, bəndə salınmış; sakit, səssiz, yavaş, sərbəst" mənalarını ifadə edir. Çayın ikinci adı da həmin mənaya uyğun gəlir.