Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naz
Naz və ya cilvə — şirin görünmək üçün davranılan rəftar və davranışlar.
Naz Aydemir
Naz Aydemir – Türkiyə milli voleybol komandasının əsas toppaylayıcısı. Red Bull şirkətinin Türkiyədə reklam müqaviləsi imzaladığı 7 idmançıdan biridir. Türkiyə milli komandasının və Qalatasarayın basketbolçusu Cenk Akyolun həyat yoldaşıdır. Həmçinin voleybolçu dünyaca məşhur alman futbolçu İlkay Gündoğanla da qohumdur. Eczacıbaşının aşağı yaş qruplarında başladığı voleybol karyerasına on beş yaşında yüksəldiyi Eczacıbaşı A (əsas) komandası ilə davam etdi. Cəmi on beş yaşında peşəkar karyerasına başlayan voleybolçu 2005-06 sezonunda Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi və bunu bacara bilən ən gənc türk voleybolçu oldu. Buradakı çıxışıyla 2008 Pekin Olimpiya Oyunlarının seçmə mərhələsində çıxış edən Türkiyə millisinin heyətinə ilk dəfə çağrılan voleybolçu seçmə mərhələdəki oyunu ilə millidəki yerini də möhkəmləndirdi. Həmin il gənclərin Avropa çempionatında "Ən dəyərli oyunçu" mükafatını qazanır və göstərdiyi oyunla Türkiyənin aparıcı voleybol klublarının diqqətini çəkməyə başlayırdı. 2009-10 sezonunu Fənərbaxçada keçirən Naz burada CEV Çempionlar Liqasının ikinciliyini qazanmışdır. Bunun yanında Türkiyə çempionatını, kubokunu və superkubokunu da qalibi ola bilmişdir.
Naz Aydəmir
Naz Aydemir – Türkiyə milli voleybol komandasının əsas toppaylayıcısı. Red Bull şirkətinin Türkiyədə reklam müqaviləsi imzaladığı 7 idmançıdan biridir. Türkiyə milli komandasının və Qalatasarayın basketbolçusu Cenk Akyolun həyat yoldaşıdır. Həmçinin voleybolçu dünyaca məşhur alman futbolçu İlkay Gündoğanla da qohumdur. Eczacıbaşının aşağı yaş qruplarında başladığı voleybol karyerasına on beş yaşında yüksəldiyi Eczacıbaşı A (əsas) komandası ilə davam etdi. Cəmi on beş yaşında peşəkar karyerasına başlayan voleybolçu 2005-06 sezonunda Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi və bunu bacara bilən ən gənc türk voleybolçu oldu. Buradakı çıxışıyla 2008 Pekin Olimpiya Oyunlarının seçmə mərhələsində çıxış edən Türkiyə millisinin heyətinə ilk dəfə çağrılan voleybolçu seçmə mərhələdəki oyunu ilə millidəki yerini də möhkəmləndirdi. Həmin il gənclərin Avropa çempionatında "Ən dəyərli oyunçu" mükafatını qazanır və göstərdiyi oyunla Türkiyənin aparıcı voleybol klublarının diqqətini çəkməyə başlayırdı. 2009-10 sezonunu Fənərbaxçada keçirən Naz burada CEV Çempionlar Liqasının ikinciliyini qazanmışdır. Bunun yanında Türkiyə çempionatını, kubokunu və superkubokunu da qalibi ola bilmişdir.
Səpili naz
Sərilən naz
Yığcam naz
Yığcam naz (lat. Genista compacta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. İtaliya və Cənub-Şərqi Avropada yayılmışdır. Bu növ Böyük Qafqaz dağlarından orta qurşağa kimi daşlı yamaclarda bitir. Hündürlüyü 30-50 sm-ə qədər olan, sürünən gövdəli, həmişəyaşıl yarpaqları olan koldur. Bu bitkinin yarpaqları uzunsov-ellipsvari, uzunluğu 2,5 sm-ə qədərdir. Yarpaqların aşağı hissəsi yumşaq tükcüklərlə örtülmüşdür. Sarı rəngli oturaq çiçəkləri iyun-iyul aylarında budaqların uc və ya qoltuq hissələrində salxımlar əmələ gətirir. Çiçəkləmə müddəti 40-65 gündür. Çiçəkləri zərif, nazik kasayarpaqları ilə örtülmüşdür.
Çiçəklənən naz
Çiçəklənən naz (lat. Genista florida) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. Piriney yarımadasında yayılmışdır. Hündürlüyü 1,5 m olan, çubuqvari gövdəli, yarpağını tökən, bəzən yerə sərilmiş kolcuq, yarımkol və ya koldur. Zoğları şırımlı və tüklü, qabığının rəngi yaşıldır. Yarpaq düzülüşü növbəli, bəzi hallarda qarşılıqlı və qönçəvaridir. Yarpaqları sadə, kənarı tam, bəzən üçbölümlü olub, uzunluğu 20 mm-dir. Möhkəm kök sisteminə malikdir. Çiçək tumurcuqları yarpaqların qoltuğunda örtülmüş, görünəndir. Qızılı rəngli çiçəkləri sadə salxımlarda toplanır.
Çubuqlu naz
Çubuqlu naz (lat. Genista flagellaris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. Qafqazın endemik növüdür. Böyük Qafqaz dağlarında, aşağı qurşaqda, quru dağ yamaclarında bitir. Uzunluğu 15-30 sm, qalınlığı 2 mm olan, nazik və zəif budaqlı kollardır. Yarpaqları uzunsov, ensiz-neştərvari, 15x1-2 mm, yarpaqaltlıqları çox xırdadır. Çiçəkləri sarı, qısa saplaqlı, kasacığı yapışıq, tükcüklü, pərləri xətvari-neştərvari, qalxanı enli yumurtavari, 10x8 mm, apeksi yumru, bünövrəsi ürəkvaridir. Paxlaları yapışıq, tükcüklü, xətvari-uzunsov, 18-22 x 4 mm-dir. İşıqsevən bitkidir, xüsusən daşlı-qayalı yerlərdə əkilmək üçün qiymətlidir. Torpağa tələbkar deyildir.
Naz (bitki)
Naz (lat. Genista) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Naz (cins)
Naz (lat. Genista) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Naz (dəqiqləşdirmə)
Naz — şirin görünmək üçün davranılan rəftar və davranışlar.
Nəmə
Nəmə — türk mifologiyasında xeyir və ya şər xüsusiyyətlərə sahib ruh, mücərrəd varlıq. Karaneme adlı bir növü çox təhlükəli olaraq görülər. Növləri aşağıdakılardır: Aru Neme: xeyir ruhu. Kara Neme: şər ruhu. (Nə / Na / Ye / Ya) kökündən törəmişdir. Monqolcada qarışdırmaq, əlavə etmək mənaları ehtiva edir. Nə, ney kimi bir varlığı sual yolu ilə işarə edən sözlərlə eyni kökdən gəlir. Qədim monqolcada Nama / Neme / nomu, qədim türk dilində cumsan / Yomsa, buryatcada Nomo, Moqur dilində nomu sözləri ilə tunquscada Nume, mançjur dilində nəm istilik, səssizlik, yüngüllük bildirir. Nime isə tunqus dilində buynuz anlayışı ilə də əlaqəlidir. Monqol Neme (Türkçe Yemə / Ceme) artma, çoxalmaq mənaları daşıyır.
Rəmə
Rəmə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qoşabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Rəmə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 151 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qəmər
Qəmər — Azərbaycan qadın adı. Qəmər Almaszadə — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). Qəmər bəyim Şeyda — azərbaycanlı şairə və dramaturq. Qəmər Salamzadə — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. Qəmər Adıgözəlova — həkim, professor. Qəmər Əmiraslanova — əməkdar həkim. Qəmər Topuriya — Azərbaycan-sovet teatr aktrisası Qəmər Ağaoğlu — Qarabağ xanları nəslindən olan incəsənət xadimi. Qəmər Məmmədova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000) Qəmər İmamverdiyeva — Qəhrəman ana Qəmər Cavadlı — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru.
Qəmzə
Qəmzə — bəzi insanların gülümsədikləri zaman yanaqlarında altdakı ət səbəbiylə çıxan dəridə görünən çuxurlar. Ölü hüceyrələr səbəbindən yanaqda çökmə meydana gəlir. Ümumən, qəmzələr cəmiyyətlərdə cəlbedici görünür. Körpələr tez-tez qəmzəlidirlər, daha sonra əzələlərin yaşın irəlləməsi ilə birlikdə uzanmasıyla çox vaxt yox olur və ya naməlum olurlar. Nəticə etibarıyla, yetkinlərə görə, qəmzələr ümumən xoşluq və məsumiyyət simgələridir. Qəmzə irsi xarakter daşıyır və basqın genlərlə daşınır. Eyni zamanda qız adıdır.
Qəm
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Məmə zəlzələsi
Məmə zəlzələsi (ing. Boobquake) — İranda dəhşətli zəlzələ meydana gəldikdən sonra 2010-cu ildə iranlı din alimi höccətülislam Kazım Siddiki zəlzələlərə qadınların dekolteli geyinməsi səbəb olduğunu bildirmişdi. Bunun ardınca 26 aprel 2010-cu ildə 200.000 qadın dekolteli geyinərək zəlzələ yaratmağa çalışdı, ancaq buna müvəffəqiyyətli ola bilmədilər. Nəticədə tarixə bu hadisə "boobquake" – yəni "məmə zəlzələsi" kimi düşdü. 2010-cu ilin aprel ayında Tehranda cümə namazı zamanı höccətülislam Kazım Siddiki dindarlara deyirdi: "Ədəblə geyinməyən qadınların çoxu cavan oğlanları yoldan çıxarır, onları pis yola çəkir, cəmiyyətdə xəyanət yayırlar. Bu da nəticədə zəlzələlərin artmasına gətirib çıxarır". Bundan sonra ABŞ-dən olan 22 yaşlı tələbə Cennifer Makkreyt (ing. Jen McCreight) internetdə sosial şəbəkələrdə təklif etdi ki, aprelin 26-sı "Məmə zəlzələsi günü" qeyd olunsun. Dünyanın müxtəlif ölkələrindən minlərlə qadın aprelin 26-da döşlərinin yarıaçıq şəklini yayaraq "Görək, zəlzələ olacaqmı" deyə zarafat edirlər. Cennifer Makkreyt o zamandan bəri statistika da aparıb.
Qəmşə döyüşü
Qəmşə döyüşü — 1752-ci ildə Fətəli xan Əfşar və Kərim xan Zənd arasında baş verən döyüş. Miyanə döyüşündə məğlubiyyətindən sonra Kərim xan Zənd cənuba - Fars vilayətinə qaçdı.Fətəli xan onu təqib edərək Qəmşə adlı yerdə baş vermiş döyüşdə onu yenidən məğlubiyyətə uğratdı. Kərim xanın qardaşı İsgəndər xan əsir tutularaq edam etdirildi.
Qəmər Adıgözəlova
Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva (d.12 aprel 1915, Axtı, Dağıstan – ö. 1992) — həkim, professor. Qəmər Əbdürrəhim qızı Adıgözəlova-Polçayeva 1915-ci il aprelin 12-də Dağıstanın Axtı kəndində anadan olmuşdur. O, Azərbaycan ET Oftalmologiya İnstitutunda 1960-cı ildən başlayaraq, 30 ildən artıq müddətdə elmi işlər üzrə direktor müavini vəzifəsini tutumuşdu. Bundan əlavə, prof. Adıgözəlova-Polçayeva 1957-1960-cı illərdə institutun terapevtik şöbəsinin müdiri vəzifəsində çalışmış, sonralar isə institutun iki elmi şöbəsinin – uşaqların görmənin mühafizəsi və gözün virus patologiyası şöbələrinin elmi rəhbəri olmuşdur. O, görmə üzvünün optik qüsurlarının ametropiyaları, çəpgözlüyün, astiqmatizmin, ambliopiyanın, anizometropiyanın haqqında anlayışlara bir çox yeniliklər gətirmişdir. Prof. Ü.C.Musabəyli ilə birlikdə o, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdı. Bundan əlavə gözün müxtəlif mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, traxomanın patogenezi problemlərinin işlənməsi də bir neçə onillik ərzində institutda onun rəhbərliyi altında aparılırdı.
Qəmər Almaszadə
Qəmər Hacıağa qızı Almaszadə (10 mart 1915, Bakı – 7 aprel 2006, Bakı) — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). O, 1953–1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş baletmeytser, 1972–1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olmuşdur. Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) 10 mart 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür. Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından "Qız qalası" baletindən az sonra boşanma ilə nəticələnir. Sənət bağlılıqları isə illərlə davam edir.
Qəmər Almazzadə
Qəmər Hacıağa qızı Almaszadə (10 mart 1915, Bakı – 7 aprel 2006, Bakı) — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). O, 1953–1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş baletmeytser, 1972–1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olmuşdur. Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) 10 mart 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür. Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından "Qız qalası" baletindən az sonra boşanma ilə nəticələnir. Sənət bağlılıqları isə illərlə davam edir.
Qəmər Ağaoğlu
Qəmər Ağaoğlu (ing. Kamer Aga-Oglu; 15 oktyabr 1903, Şuşa – avqust 1984, Miçiqan) — Qarabağ xanları nəslindən olan, ABŞ-də fəaliyyət göstərmiş incəsənət professoru. Miçiqan Universitetində işləmişdir. Qəmər Ağaoğlu 1903-cü il oktyabrın 15-də Şuşada anadan olmuşdur. Həyatının Azərbaycanda keçən dövrü haqqında çox az məlumat mövcuddur. Orta təhsilini Bakıdakı qız gimnaziyasında aldığı güman edilir. Atası Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanov (1859–1920) həm çar, həm də AXC dövründə müxtəlif inzibati vahidlərin rəisi vəzifəsində çalışmışdır. Böyük bacısı Sürəyya Talıbxanbəyli (1899–1974-cü ildən əvvəl) İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdi. İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli (1896–1965) ilə ailə qurmuşdur. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində bəzi araşdırmalar aparmışdır.
Qəmər Cavadlı
Qəmər Cavadlı (23 avqust 1960, Bakı) — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru. Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavinidir. Cavadlı Qəmər xanım Aydın qızı – 1960-cı ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. AR Mədəniyyət nazirliyinin sosioloji tədqiqatlar şöbəsində, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat və informasiya xidmətində çalışıb. 1991–94-cü illər ərzində "İslam" qəzetində və "Qafqazinform" mərkəzində əməkdaşlıq edib. 1995–97-ci illərdə Türkiyə Diyanət Başkanlığına xidməti ezam olunub. 2002–13 illər ərzində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi olmuşdur. Q.Cavadlı 2010-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qərarı ilə QMİ-nin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini vəzifəsinə təyin olunub. Müsəlman dini idarələri tarixində bu statusu qazanan ilk qadındır.
Qəmər Məmmədova
Qəmər Məmmədova (tam adı: Qəmər Məlik qızı Məmmədova; d. 10 sentyabr 1954) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013). 10 sentyabr 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1975-79-cu illərdə Şəki Dövlət Dram teatrında, 1979-cu ildən İncəsənət İnstitutunun nəzdində Tədris teatrında aktrisa vəzifələrində işləyib. 1983-cü ildə Şəki Dövlət Dram Teatrına qayıdıb 2002-ci ilə kimi aktrisa vəzifəsində çalışıb. 2002-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb. Azərb.Döv.Mədəniyyət və İncsənət Universitetinin müəllimidir. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.
Qəmər Salamzadə
Qəmər Əliqulu qızı Salamzadə (5 may 1908, Naxçıvan – 20 aprel 1994, Bakı) — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür.Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. İlk təhsailini Naxçıvanda qız məktəbində alıb. Tiflisdə rus dilində təhsilini davam etdirirb. Atası öləndən sonra isə Naxçıvana qayıdıb. Burada qız məktəbində təhsilini davam etdirib. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan "Arşin mal alan" musiqili komediyasında dəfələrlə Telli rolunu oynayıb. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və müsamirələrdə iştirak edib.
Qəm yemə!
"Qəm yemə!" (gürc. არ იდარდო!) — rejissor Georgi Daneliyanın 1968 çəkdiyi sovet komediya-dram bədii filmi. Film fransız yazıçısı Klod Tilierin "Dayım Benjamin" tragikomediya romanının adaptasiyasıdır. Gürcüstan, 19-cu əsrin sonu. Benjamin Qlonti (Vaxtanq Kikabidze) Sankt-Peterburqda həkim ixtisası üzrə təhsil alır və doğma şəhərinə qayıdır. O, təhsil borclarını ödəməyə və xəstələri müalicə etməyə hec tələsmir, dostları, Benjaminin yeznəsi olan katib Luka və vəkil Dodo ilə əylənmək üçün vaxt keçirir. Benjaminin bacısı Sofiko (Sofiko Çiaureli) onu və böyük ailəsini saxlamalıdır. Qardaşını evləndirməyə çalışaraq, onu yerli loğman həkim Tsintsadzenin varlı ailəsindən olan və poruçik İşxnelini sevən qızı Meri (Məryəm) ilə bir araya gətirir və tanış edir. Benjaminin qayğısız həyatı birdən-birə çox mürəkkəbləşir. O, evlənməkdə maraqlı deyil, daha çox meyxanəçi arvadı Marqo ilə görüşməyə üstünlük verir, lakin Sankt-Peterburqda təhsil almaq üçün Benjaminə borc verən və indi borcunu tələb edən Abesalom Şalvoviç gəldiyindən və Qlontini həbslə hədələdiyindən Benjamin Sofikonun qərarına tabe olur.
Gecə
Gecə— göy cisimlərinin (planetlər, onun peyki və s.) səthində olan müəyyən nöqtə üçün mərkəzi ulduzun (Günəş, ulduz) üfüqünün az olduğu müddət. Müəyyən nöqtə üçün "gecə müddətinin" uzunluğu onun coğrafi enliyindən asılıdır. Göy cisimlərinin gündüz və gecə tərəfləri terminatorla bölünür. Planetlərin qütb dairələrindən yuxarı enliklərində gecənin uzunluğu çox olur. Qütb gecəsi qütb dairəsinin enliyində bir günə qədər, qütblərdə isə yarım ilə qədər davam edir.
Geşe
Geşe (Tib. dge bshes, qısaca dge-ba'i bshes-gnyen) və ya geşema — rahiblər və rahibələr üçün Tibet buddizmi akademik dərəcəsidir. Dərəcə ilk növbədə Geluq soyu ilə vurğulanır, eyni zamanda Sakya və Bön ənənələrində verilir. Geşema dərəcəsi qadınlara verilir. Geşe adı əvvəlcə yeddi nöqtə zehni təhsili və Geşe Langri Tangpa (dGe-bshes gLang-ri Thang-pa, 1054–1123) adlı əhəmiyyətli bir lojong (ağıl təlimi) mətni yaradan Geşe Çekava Yeşe Dorje (1102–1176) kimi hörmətli Kadampa ustalarına tətbiq edildi. Geşe tədris proqramı, Nālandā kimi Hindistan Buddist monastır universitetlərində öyrənilən fənlərə uyğunlaşdırılmışdır. Bu mərkəzlər Hindistanın İslam işğalçıları tərəfindən məhv edildi və beləliklə Tibet ənənəni davam etdirdi. Əvvəlcə ka-shi ("dörd subyekt") və ya ka-çu ("on subyekt") kimi tanınan Sakya monastır soyunda inkişaf etdi. Sakyalar, bu işlərin sonunda, dialektik ritualize edilmiş mübahisələrdə səriştəyə əsaslanaraq dərəcələr verirdilər. Tsongkhapa dövründə Sakya dərəcəsi Sangphu, Kyormolung və Devaçen (daha sonra Ratö) monastırlarında tədris edilirdi.
Gəbə
Gəbə (gəvə, qaba, qebe, kebe, kepe) — Azərbaycanda (Muğan, Qarabağ bölgəsində, Gəncə şəhəri və Qazax rayonunda), həmçinin Türkiyənin bir sıra bölgələrində uzunsov böyük xovlu xalçalara verilən ad. "Gəbə" sözünə əsasən Azərbaycan şifahi xalq ədəbiyyatında, istər keçmiş, istərsə də bugünkü yazılı ədəbiyyatda rast gəlinir. Gəbə sözü qaba sözünün dəyişikliyə uğramış formasıdır. Qaba – yəni kobud, olduqca qalın mənalarını ifadə edir. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalar olduqca kobud və qalın olduğundan onu qaba və ya gəbə adlandırmışlar. Bəzi Orta Asiya xalçaçıları gəbə sözünü səhvən Kəbə (Ka'ba) sözü ilə əlaqələndirirlər. Olduqca kobud və qalın olan böyük xalı və yaxud da xalçanı cığatay türkləri və əfqanlar hələ də "qalın" ("qalin") adlandırırlar.
Gəlmə
Gəlmə — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 963 000 manat vəsait ayrılmışdır.
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyası daşıyan hərbi gəmi.
Gənə
Gənə- tünd qırmızı qəhvəyində yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrində vardırlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım- Kongo qanamalı qızdırma(KKKA) sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür. KKKA xəstəliyi gənə dişləməsindən 1-3 gün içində (ən çox 9 gün ) qızdırma, qırıqlıq, baş ağrısı, halsızlıq, oynaq ağrıları, iştahsızlıq, bəzən qusma, qarın ağrısı və ishalla başlar. Bədənin dəyişik yerlərində özbaşına yaranan göyərmələr, burun qanaması və qan itirməyə davam edər.
Gərmə
Gərmə - İranın Şimali Xorasan ostanının şəhərlərindən və Gərmə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 24,368 nəfər və 6,332 ailədən ibarət idi.
Neme
Balakən (gəmi-bərə)
"Balakən" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. "Balakən" gəmi-bərəsi "Bərdə" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmiş və onunla yaxından tanış olaraq, istismara verilməsini bildirən düyməni basmışdır. Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Həmzə Haz
Həmzə Haz (d. 15 fevral 1940, Ketapanq[d]) — İndoneziya siyasətçisi. Birləşmiş İnkişaf Partiyasının (1998-2007) sədri idi və 2001-ci ildən 2004-cü ilədək vitse-prezident vəzifəsində çalışıb. Həmzə Borneo adasında Pontianak şəhərində bir qəzet jurnalisti idi və daha sonra Tancunqpura Universitetində iqtisadiyyatdan təhsil aldi. Onun siyasi karyerası 1968-ci ildə Qərbi Kalimantanın Vilayət Nümayəndəsi Şurasının üzvü kimi başlamışdır. Daha sonra Cakartaya köçdü, 1971-ci ildə Məclis üzvü oldu, ilk olaraq Müsəlman Nəhdlətul Uləma Partiyasının üzvü oldu. Bütün İslamçı partiyalara bir partiyaya qoşulmuş siyasi nüfuzdan və Nəhdlətul Uləmanın siyasətdən çəkilməsindən sonra, 1973-cü ildə yeni yaranmış Partai Persatuan Pembangunan (PPP)nın üzvü oldu. Həmzə Suxartonu əvəz edən prezident Buharuddin Yusuf Habibinin başçılığında İnvestisiya Naziri vəzifəsini icra etdi və 1999-cu ildə seçkilərdə PPP-yə rəhbərlik etmək üçün vəzifəsindən istefa etdi. Həmzə prezident Abdurrahman Vahidin kabinetinə qoşulub, sonra iki aydan sonra Vahidin ilk kabinetindən çıxaraq Xalqın Rifahı naziri vəzifəsindən istefa verən birinci idi. Vahidin vokal tənqidçisi oldu, amma o, həmçinin kompromis qabiliyyəti ilə tanınır.
Caz
Caz — XX əsrdə ABŞ-də xüsusən zəncilər tərəfindən yaradılmış musiqi sənəti. Məşhur cazmenlərdən Lui Armstronqu göstərmək olar. XIX əsrin sonunda ABŞ-nin Missuri ştatının barlarında yeni üslubda yaradılmış musiqi səslənməyə başlanır. Avropa musiqisinin ənənələrini — Frederik Şopen və List yaradıcılığını, marş, polka kimi məişət janrlarını zənci musiqisinin formaları ilə qovuşduran bu yeni üslub reqtaym adlanır və az bir vaxtda o, geniş yayılır. Faktik olaraq cazın ilkin mərhələsini də məhz reqtaym təşkil edir. Lakin caz, sözün həqiqi mənasında XX əsrin əvvəlində Nyu-Orlean şəhərində yaranmışdır. Çoxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi — həm reqtaym, həm ispan və fransız musiqisi, həm blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr) və həm də kantri-musiqisi (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının sintezi nəticəsində Nyu-Orlean cazı və yaxud ənənəvi caz yaranır. Bu musiqini adətən qara musiqiçilərdən ibarət ansambllar ifa edərdi. Lakin tezliklə caz musiqisi ağ əhalinin diqqətini də özünə cəlb edir.
GAZ
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
NAR
Nal
Nal — at, eşşək, öküz və bənzəri heyvanların ayaqlarını zədələnmədən qorumaq üçün istifadə olunan, əksər hallarda metaldan, bəzən də qismən, yaxud tamamilə müasir sintetik materialdan düzəldilən əşya. Az da olsa, bəzi hallarda nalların yapışdırılan formalarına rast gəlinir. Heyvanların ayaqlarına nal vuran şəxsə nalbənd deyilir. İngiltərənin ən balaca tarixi əyaləti olan Rutlandın bayrağında meşə palamutları səpələnmiş sahəyə qoyulmuş qızıl nal təsvir olunmuşdur.
Nan
Nan (Fransa)
Paz
Paz (çay) — Rusiyada çay. Paz (peyk) — İspaniyanın hərbi peyki. PAZ (avtobus) — avtobus.