Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nestle
Nestlé S.A.- Qida məhsulları istehsal edən məşhur İsveçrə kompaniyasıdır. Kompaniyanın əsası 1866-cı ildə Henri Nestle tərəfindən qoyulmuşdur. Kompaniyanın baş ofisi Veve şəhərində yerləşir. Nestle şirkətinin yaradılmasına səbəb olan əsas amil Henri Nestlenin körpələrini döşlə əmizdirə bilməyən analar üçün sağlam, və qənaətcil alternativ axtarışı olmuşdu.1860-cı illərin ortalarında ixtisaslı əczaçı olan Nestle bu cür anaların körpələrini qidalandırması üçün alternativ mənbənin yaradılması məqsədilə inək südü, buğda unu və şəkər tozunun müxtəlif kombinasiyalarını təcrübədən keçirməyə başladı. Onun əsas məqsədi pis qidalanma səbəb olduğu uşaq ölümü probleminin aradan qaldırılmasına yardım etmək olmuşdu. O, yeni məhsulu “Farine Lactee Henri Nestle” adlandırdı. Nestlenin ilk müştərisi nə ana südü, nə də ki şərti əvəzediciləri qəbul edən və həkimlər tərəfindən ölüm diaqnozu qoyulan yarımçıq doğulmuş uşaq olmuşdu. İnsanlar Nestlenin yeni məhsulunun dəyərini uşağın həyatını xilas etdikdən dərhal sonra və bir neçə il ərzində tanıdılar və “Farine Lactee Nestle” Avropanın bir çox ölkələrində satılmağa başladı. Henri Nestle, həmçinin markalaşma gücünü də tez anladı. O, ticarət nişanı kimi öz ailə gerbini yaratdı, alman dilinin İsveçrə aksentində Nestle “balaca quş yuvası” deməkdir.
Müqəddəs Nedeli kafedralı
Müqəddəs Nedeli kafedralı (bolq. Църква Света Неделя) — Bolqar Pravoslav Kilsəsinin Sofiya Metropoliyasının kafedralı. Kilsə Balkanlarda Müqəddəs Nedeli olaraq tanınan Nikomedialı müqəddəs şəhid Kiriakinin adını daşıyır. Müqəddəs Nedeli məbədi X əsrdə inşa edilib. XVIII əsrdən isə şəhərin əsas kilsəsi olub. Müqəddəs bina əsrlər boyu dağıdılıb və dəfələrlə yenidən qurulub. Məbədin indiki binası Sofiyanın görməli yerləri arasındadır. O, məşhur Bolqarıstan memarlıq cütlüyü Vasilyov-Tsolov tərəfindən layihələndirilib. Serb kralı Stefan Uros II Milutinin qalıqları kilsədə saxlanılır. Kafedralin ilk illərinin tarixi az məlumdur.
Lui Neel
Lui Neel (fr. Louis Eugène Félix Néel; 22 noyabr 1904[…] – 17 noyabr 2000[…], Briv-la-Qayard[d]) – "Qatı hal fizikasında əhəmiyyətli tətbiqlərə yol açan antiferromagnetizmə və ferrimagnetizmə dair fundamental kəşflərinə və tədqiqatlarına görə" 1970-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış fransız fizik. == Həyatı == Lui Neel 1904-cü ilin 22 noyabr tarixində Fransanın Lion şəhərində anadan olub. Orta təhsilini Lion şəjərində başa vurduqdan sonra Parisdəki Paris Ali Normal Məktəbinə qəbul olunub. Strasburq Universitetində elmlər doktoru dərəcəsini qazanıb. 1970-ci ildə bərk cismlərin maqnit xüsusiyyətləri ilə əlaqəli qabaqcıl araşdırmalarına görə (Hannes Alfven ilə birlikdə) Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Bərk cisimlər fizikasına verdiyi töhfələri, xüsusən təkmilləşdirilmiş kompüter yaddaş vahidlərinin inkişafı da daxil olmaqla çoxsaylı faydalı tətbiqlərini tapdı. 1930-cu ildə Neel ferromaqnetizmin əksi olan (antiferromaqnetizm) yeni maqnetik xüsusiyyətin mövcud ola biləcəyini irəli sürdü. Müəyyən bir temperaturdan (Neel temperaturu) yuxarıda bu mexanizm dayanır. Neel 1948-ci ildə ferrimaqnetizm xüsusiyyətini sərgiləyən materialların mövcud ola biləcəyinə irəli sürdü.
Nəqədə
Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı. Urmu gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Nəqədə yaxınlığındakı Təpə-i Həsənli adlı yer qədim mannalıların məskəni idi. Bu gün orada qədim Manna şəhərlərindən birinin xarabaları mövcuddur. Soyuqbulaq (Məhabad), Xana (Piranşəhr), Üşnü (Üşnəviyə) və Urmu (Urmiya) ilə əhatə olunub. Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, Manna və Türk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar sülaləsinin erkən vaxtında qarapapaq tayfaları Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır.
Nəğədə
Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı. Urmu gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Nəqədə yaxınlığındakı Təpə-i Həsənli adlı yer qədim mannalıların məskəni idi. Bu gün orada qədim Manna şəhərlərindən birinin xarabaları mövcuddur. Soyuqbulaq (Məhabad), Xana (Piranşəhr), Üşnü (Üşnəviyə) və Urmu (Urmiya) ilə əhatə olunub. Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, Manna və Türk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar sülaləsinin erkən vaxtında qarapapaq tayfaları Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır.
Balıqçı (Nəqədə)
Balıqçı (fars. باليقچي‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 758 nəfər. yaşayır (166 ailə).
Bayizava (Nəqədə)
Bayizava (fars. بايزاوا‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər. yaşayır (11 ailə).
Bəhramabad (Nəqədə)
Bəhramabad (fars. بهرام اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (19 ailə).
Bəyimqala (Nəqədə)
Bəyimqala (fars. بايزاوا‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,661 nəfər. yaşayır (384 ailə).
Daymav (Nəqədə)
Daymav (fars. دايماو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 457 nəfər. yaşayır (75 ailə).
Dəmirçi (Nəqədə)
Dəmirçi (fars. دميرچي‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər. yaşayır (16 ailə).
Galvan (Nəqədə)
Galvan (fars. گلوان‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 633 nəfər yaşayır (98 ailə).
Gurxana (Nəqədə)
Gurxana (fars. گورخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (15 ailə).
Mehmandar (Nəqədə)
Mehmandar (fars. مهماندار‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 592 nəfər. yaşayır (119 ailə).
Nəqədə Şəhristanı
Nəqədə şəhristanı (fars. شهرستان نقده‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının (vilayətinin) 17 şəhristanından biri. Şəhristanın inzibati mərkəzi Nəqədə (Sulduz) şəhəridir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 117,831 nəfər (kişilər: 59,250 nəfər - qadınlar: 58,581 nəfər) olmuşdur. Nəqədə şəhristanında əsasən azərbaycan türkləri və qismən kürdlər yaşayırlar.
Səədli mahalı
Səədli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Səədli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. İrəvan xanlığının ən kiçik mahalı sayılan Səədli xanlığın "Səədli" qədim türk tayfalarından birinin adıdır. Azərbaycan, Türkiyə, Gürcüstan ərazisində onlarca "Səədli" adlı yaşayış məntəqələri var. Bütün bu yaşayış məntəqələri eyni adlı türk tayfasının qərb qurtaracağında yerləşirdi. Arpaçay mahalı iki hissəyə ayıraraq Araz çayına qovuşurdu. Səədli mahalı şimadan Talın, qərbdən Osmanlı dövləti, cənubdan Dərəkənd - Parçenis, şərqdən isə Sərdarabad mahalı ilə həmsərhəd idi. İ.Şopen Səədli mahalına məxsus 14 kənd qeydə almışdır və bu kəndlərdən 5-nin artıq dağıldığını, qeyd edir [95, 444, 513, 575-576]. Məhz buna görə də C.Bornoutyan, əsasən, Səədli tayfasının yaşadığı Səədli mahalının mərkəzi Xeyribəyli olmaqla 9 kəndi əhatə etdiyini qeyd edir.
Səədli oymağı
Səədli oymağı və ya Saatlı oymağı — Qaraqoyunlu tayfa ittifaqına daxil olan qurumlardan biri və əsas oymağı. Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır: "Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd (səədli tayfasının yaşadığı yer) İrəvanın yaxınlığında yerləşir." "Naxçıvan və Çuxusəd tərəfə yolandılar". Bu cümlə "Aləmara"da yüz dəfələrlə təkrar olunur. Deyilənə görə, o, Naxçıvan və Qarabağın sərhəddində bir vilayət olub. Yuxarıdakı cümlə də bunu təsdiq edir. "Çuxur" türkcə çala və quyu mənasındadır, ancaq "səəd"in nə demək olduğunu bilmədik". Əllamə Qəzvini "Səəd" adının izahından xəbərsiz olduğunu bildirsə də, Faruq Sümər onu "Səudlu" tayfası ilə əlaqələndirir və yazır: "Səudlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəmlənmiş və milləti həmin adla Qaraqoyunlu yaratmış digər tayfaların və təşkilatların başında dayanmışdı. Bu tayfa öz adını miladi təqvimi ilə XIV əsrdə (ehtimal ki, qeyd olunan əsrin ikinci yarısının ortalarında və yaxud əvvəllərində) tayfanın idarə edilməsinə məsuliyyət daşıyan tayfa başçısı və əmiri "Səəd"in adından götürmüşdür. Belə görünür ki, bu əmirlə Qaraqoyunlu eli arasında qohumluq əlaqəsi olmuşdur. Çünki, iranlı müəlliflər Səədin övladlarını qaraqoyunluların zadəganları kimi qələmə almışlar.
Netdə senzura
We Need Medicine
We Need Medicine — Şotland rok qrupu The Fratellis(en)-in üçüncü studiya albomu. 7 oktyabr 2013-cü ildə BMG Rights tərəfindən buraxılıb. Bütün mahnılar Jon Fratelli tərəfindən yazılmış və bəstələnmişdir.
Kani Bərdə (Nəqədə)
Kani Bərdə (fars. كاني برده‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (7 ailə).
Neftlə çirklənmiş torpaqlar
Neftlə çirklənmiş torpaqlar - neftin, qazın çıxarılması, nəqli və emalı nəticəsində münbit torpaq qatı neftli tullantılarla çirklənmiş, pozulmuş və basdırılmış neft mədən yerləridir. Neftli tullantılarla çirklənmiş yerlər ən çox buruq ətrafı istismar meydançalarında rast gəlinir və burada geniş ərazini əhatə edir. Neft mədəni yerlərində neft yataqlarının istismarı zamanı torpaqların səthinə uzun müddət ərzində tökülən neft və neftli axar suların torpaqların səthində toplanması və profil çatlar üzrə aşağıya doğru miqrasiyası ilə neftlə çirklənmiş torpaqlara məxsus profilin morfologiyasıdır. Torpaqların səthinə tökülən neft kütləsi torpaq səthinin kələ-kötür olduğu üçün üfuqi istiqamətdə axını ləngiyir və nəticədə torpağın səthində müəyyən zaman ərzində və müəyyən qalınlıqda aşağıdakı sxem üzrə örtük əmələ gəlir. Mazutlaşmış-bitumlaşma-takırlaşmış bitum. Digər tərəfdən torpağın səthinə tökülən neft kütləsinin çox hissəsini torpaqların profilində aşağıya hərəkət etməklə neftogen torpaq profilinin formalaşmasına səbəb olur. Fitоmeliоrasiya – bitki örtüyünün köməyi ilə ixtiyarı ərazinin təbii şəraitinin köklü dəyişdirilməsi üçün tətbiq оlunan tədbirlər sistemidir Bu istiqamətdə həyata keçirilən işlər nəticəsində ərazinin tоrpaq, iqlimi, hidrоlоji, biоlоji şəraiti yaxşılaşdırılmaqla, bütöv fiziki-cоğrafi kоmpleksə müsbət təsir göstərmək mümkündür. Təbii şəraitə biоlоji təsir göstərməklə оnda baş verən xоşagəlməz halların qarşısını almaq istiqamətində ilk elmi tədqiqatların aparılmasında V.V. Dоkuçaevin, P.A. Kоstiçevin, A.I. Vоyeykоvun, K.A. Timuryazevin və başqalarının böyük rоlu оlmuşdur. XIX əsrin оrtalarına kimi Azərbaycanın əksər bölgələrində təbii landşaft kоmpleksi özünün ilkin antrоpоgendən əvvəlki fоrmalarında mövcud оlmuşdur. Xüsusən dağ və düzən ərazilərdəki meşə örtüyü, yay və qış оtlaqları təbii-tarixi strukturlarını qоruyub saxlamışdır.
Dəşt-i Qürə (Nəqədə)
Dəşt-i Qürə (fars. دشت قوره‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 610 nəfər. yaşayır (93 ailə).
Kani Mam Seyid (Nəqədə)
Kani Mam Seyid (fars. كاني مام سيد‎) və ya Kəpəkli — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 236 nəfər yaşayır (42 ailə).
Nəsrlə yazılmış Milad nəğməsi
Nəsrlə yazılmış Milad nəğməsi: Ruhlarla Yul hekayəsi (ing. A Christmas Carol. In Prose. Being a Ghost Story of Christmas) və ya daha çox "Milad nəğməsi" (ing. A Christmas Carol) — Çarlz Dikkens tərəfindən yazılmış povest-nağıl. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin ruhu, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir. Dikkensin "Milad nəğməsi"ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər.
Tоrpaqda neftlə çirklənmənin təyini
Çaqal-i Mustafa (Nəqədə)
Çaqal-i Mustafa (fars. چقال مصطفي‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 379 nəfər. yaşayır (71 ailə).
Baby I Need Your Love
Baby I Need Your Love (azərb. Beybi, sənin sevginə ehtiyacım var‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnı. Klipdə əsasən Almaniyanın idman sayəsindəki uğurlarından danışılır.
Need for Speed (oyun seriyası)
Need for Speed (azərb. Sürət həzzi‎, abreviaturası: NFS) — ilk olaraq "Electronic Arts", daha sonra isə "Ghost Games" tərəfindən hazırlanan videooyun seriyası. İlk oyun 1994-cü ildə "The Need for Speed" adı ilə çıxmışdır. "Need for Speed: High Stakes" oyunundan başlayaraq isə oyunçuların öz maşınlarında istədiyi dəyişikliyi edə bilməsi xüsusiyyəti əlavə edildi. "Need for Speed" oyunları ilk çıxışından oyunçular tərəfindən sevilməyə başlandı. Oyunun bu günə qədər 150 milyon nüsxəsi satılmışdır. Oyunun uğurlu olması nəticəsində ona uyğun film (Sürət həzzi) çəkildi və "Hot Wheels" oyuncaq maşınları satışa çıxarıldı. Demək olar ki, bütün "Need For Speed" oyunları eyni geympley formasına malikdir. Oyunçu yarış zamanı seçdiyi maşını idarə edir və yarışda birinci olmağa çalışır. Karyera modu və çempionatda alınan qalibiyyətlər ilə qıfıllı maşınlar və yollar açılır.