Nəğədə

Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı. Urmu gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Nəqədə yaxınlığındakı Təpə-i Həsənli adlı yer qədim mannalıların məskəni idi. Bu gün orada qədim Manna şəhərlərindən birinin xarabaları mövcuddur. Soyuqbulaq (Məhabad), Xana (Piranşəhr), Üşnü (Üşnəviyə)Urmu (Urmiya) ilə əhatə olunub.[3]

Nəqədə
36°57′19″ şm. e. 45°23′17″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.325 m[1]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 81.598 nəf. (2016)[2]
Xəritəni göstər/gizlə
Nəqədə xəritədə
Nəqədə
Nəqədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, MannaTürk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar sülaləsinin erkən vaxtında qarapapaq tayfaları Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır. Onlar indiki Nəqədədə kənd təsərrüfatı ilə məşğuldurlar.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
Həsənlitəpə yaşayış yeri
  • Zindan və Baba Həsən məzarları;
  • Urmiya gölündən cənub-qərbdə tarixi epiqrafik yazılar;
  • Həsənlitəpə - Nəqədədən 12 km. şimal-qərbdə; onun "Qızıl Fincanı" abidəsi məşhurdur.[4]
  • Yeddigöz parkı[5]
  • Qalabaşı
  • Sulduz bölgəsinin tarix-diyarşünaslıq muzeyi
  • Şıx Məruf qazlı su bulağı

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Nəqədənin iqtisadiyyatının əsas hissəsini kənd təsərrüfatı məhsulları və qoyun-keçi təsərrüfatı təşkil edir. Bu heyvanların həm əti, həm də yunu ixrac edilir. Burada yaşayan fermerlər alma, üzüm, pomidor, soğan, armud, lobya və s. meyvələrin becərilməsi ilə də məşğul olurlar. Kənd təsərrüfatının belə yüksək inkişaf etməsinin səbəbi yeni texnikaların və elmi yeniliklərin tədbiq edilməsidir.

Nəqədə şəhərində 3 universitet yerləşir:

1996-cı il hesablamalarına görə, şəhərin əhalisi 20,781 ailə olmaqla 110,257 nəfər təşkil etmişdir. 2016-cı il hesablamalarına görə isə,şəhərin əhalisinin sayı 82 min nəfərdir.

Sulduz şəhərində yaşayanların böyük çoxluğu azərbaycanca (türkcə) danışan əhalidir. Şəhərin azərbaycanlı əhalisinin sayı ümumi əhalinin 75 faizdən çox hissəsini təşkil edir. Şəhərdə habelə, sonradan köçən kürdlər də yaşayır ki, onlar da ümumi əhalinin təxminən 20 faizini təşkil edir.[6][7]

Sulduzun milli tərkibi
etnikqrup nisbəti
Azərbaycanlılar
  
75%
Kürdlər və başqaları
  
25%
  1. GeoNames (ing.). 2005.
  2. جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
  3. Minorsky, V., "Mongol Place-Names in Mukri (Mongolica, 4)", Bulletin of the School of Oriental and African Studies, University of London, 19 (1), 1957: 58–81, doi:10.1017/s0041977x00119202, ISSN 0041-977X, JSTOR 609632
  4. "Arxivlənmiş surət". 2007-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-16.
  5. "facenama". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  6. "Sulduz bölgəsinin icra hakimiyyəti". 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-02.
  7. "İsna". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.