Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nefelinli siyenit
Nefelinli siyenit — tam kristallik leykokrat qələvi süxur. Tərkibi: qələvi çöl şpatı (65–70%), nefelin (20%), bəzən feldşpatoid və rəngli minerallar-biotit, qələvi piroksen və amfibol (10–15%). Quruluşu orta- bəzən iri dənəli olub qranit quruluşuna yaxındır. Nefelinli siyenit iki yarım qrupa bölünür: 1) aqpaitli nefelinli siyenit (aqpaitlik əmsalı >1) və 2) miaskitli nefelinli siyenit (aqpaitlik əmsalı <1). Aqpaitli süxurlar miaskitlilərə nisbətən nadir elementlərlə daha zəngindir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Nefelin
Nefelin — mineral. Bu qrupa 2 əsas mineral daxildir: nefelin Na3K[AlSiO4]4 və kalsilit. Seriyanın natriumlu sonuncu üzvü olan aşağı temperaturlu nefelin davamlıdır. Sonuncu 900° C-də yüksək temperaturlu nefelin, 1254° C-də isə karnegiitə keçir. Dərinlik süxurlarında və qneyslərdəki nefelin tərkibi nəzəri formulaya yaxındır və kaliumla zəngindir. Nefelin bəzən Ca daşıyır. Nizamlı və qeyri-nizamlı nefelin məlumdur. Heksaqonal Habitus prizmatik, qısa dirəkvari, qalın lövhəli. İkiləşmə {1010}, {3365}, {1122} üzrə. Ayrılma {1010} və {0001} üzrə qeyri-mükəmməl.
Aşağı Rəfədinli
Aşağı Rəfədinli — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Aşağı Rəfədinli kəndi düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrdə keçmiş Rəfədinli kəndindən çıxmış ailələr salmışlar. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyini təyin edir, ikinci komponenti isə Rəfiəddinli antropotoponiminin təhrif olunmuş formasıdır. == Toponimikası == Aşağı Rəfədinli oyk. Füzuli rayonun eyniadlı i.ə.v-də kənd. Araz çayının sol sahilindədir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Yuxarı Rəfədinli
Yuxarı Rəfədinli – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yuxarı Rəfədinli oyk. Füzuli r-nunun Qarakollu i.ə.v.-da kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Rəfədinli olmuşdur. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılmışdır. Rəfədinli kəndin əsasını qoymuş nəslin adıdır. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik,maldarlıq və heyvandarlıq olub.