Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nektar
Nektar – bitki nektarlığından ifraz edilən şəkərli şirə. Nektar şəkərli (saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular, fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron, qaraçöhrə və s.) zəhərli Nektar ifraz edir. Nektar arıların və b. həşəratların qidasına daxildir. Nektar bal arılarının bal yığımının əsas hissəsini təşkil edir. == Nektarinidlər, nektarofaqlar == Çiçəklərin nektarı ilə qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır. == Müxtəliflik (Fərqlilik) == Nektarın tərkibi bitkidən bitkiyə fərqlənir. · alma — 46—53 % · gilas — 46—49 % · moruq — 35—64 % · motmotu — 35—42 % · qırmızı qarağat — 32—40 % · qarağat — 22—37 % Məsələn, at şabalıdının nektarı yalnız saxarozadan, rapsın nektarı isə yalnız qlükoza və fruktozadan ibarətdir.
Hektar
Hektar — 1 hektar 10000 m²-a bərabərdir. 1795-ci ildə metrik sistem təqdim olunanda ar – 100 m² və hektar – 100 ar və ya 1/100 km² qiymətləndirildi.
Odoardo Bekkari
Odoardo Bekkari (it. Odoardo Beccari) — İtaliya botaniki və səyyahı. == Bekkarinin şərəfinə adlandırılan taksonlar == Beccariodendron Warb. Beccariophoenix Jum. & H.Perrier Palmakimilər fəsiləsi Beccarianthus Cogn. Melastomakimilər fəsiləsi == Çap olunmuş əsərləri == Palme del Madagascar descritte ed illustrate. 1912—1914. (ital.) Contributo alla conoscenza della palma a olio (Elaeis guineensis). 1914. (ital.) Malesia; raccolta di osservazioni botaniche intorno alle piante dell’arcipelago Indo-Malese e Papuano pubblicata da Odoardo Beccari, destinata principalmente a descrivere ed illustrare le piante da esso raccolte in quelle regioni durante i viaggi eseguiti dall’anno 1865 all’anno 1878.
Rövşanə Bektaşi
Rövşanə Ağasəfqızı == Haqqında == 6 may 1979-cu ildə anadan olmuşdur. Azərbaycan telejurnalisti, filologiya elmləri namizədidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2009-cu ildən ANS TV-də fəaliyyətə başlayıb. O, qadın problemlərinə yönəlik "İncə maraqlar" verilişini aparmışdır. 2009-cu il sentyabrın 19-da Rövşanə Ağasəf qızı bu layihə ilə ilk dəfə ANS-in efirində çıxış edib. O, 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülmüşdür. ANS TV-də Kamran Həsənli ilə birlikdə "Bazar Səhəri" verilişinin aparmışdır. Hazırda isə "Yoldaş Rövşanə" verlişinin aparıcısıdır. Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.
Nekkar çayı
Nekkar çayı (alm. Neckar) — Almaniyada çaydır. Bu çay Baden-Vürtemberq federal torpağından keçir. Uzunluğu 367 km, hövzənin sahəsi 14000 kv.km-dir. == Coğrafiyası == Çay Manhaym rayonunda Reyn çayına tökülür. Çayın keçdiyi zona şorlanmışdır. Çayın sahilində çoxlu sayda şəhərlər vardır. Çayın illik axımı 130 kub.m\san-dir. Maksimum axım fevral-mart aylarındadır. Qışda çayın suları donur.
Tofiq Bəktaşi
Tofiq Heydər oğlu Bəktaşi — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi, professordur. = Həyatı = Tofiq Bəktaşi 1912-ci ildə Culfa şəhərində anadan olmuşdur. Naxçıvan Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1933-1954-cü illərdə Naxçıvan şəhər orta məktəblərində, ikillik Müəllimlər İnstitutunda dərs demişdir. 1962-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1954-1962-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri mexanika kafedrasında baş müəllim, 1962-1980-ci illərdə həmin kafedranın dosenti olmuşdur. 1980-ci ildə professor elmi adını almışdır.Elmi fəaliyyəti diferensial tənliklər nəzəriyyəsi.
Ümid Nəccari
Ümid Nəccari (15 aprel 1989, Təbriz şəhəri, Şərqi Azərbaycan ostanı, İran İslam Respublikası) — Şair, yazar, tərcüməçi, publisist, Avropanın Beynəlxalq IWA BOGDANİ Yazarlar Assosiasiyasının vitse-prezidenti, Dünya Gənc Türk Yazarlar Birliyinin və Beynəlxalq Mihai Eminescu Akademiyasının fəxri üzvü. == Həyatı == Ümid Nəccari 1989-cu il aprelin 15-də Təbriz şəhərində anadan olub. İlk təhsilini Təbriz şəhərində almışdır. 2009-2013-cü illərdə İslam Azad Universitetinin Təbriz filialında Elektronika fakültəsində oxumuşdur. 2016-2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür.Ümid Nəccari 18 mart 2022-ci ildən Avropanın məşhur Beynəlxalq IWA Bogdani Ədəbiyyat Birliyinin aktiv üzvüdür. 26 aprel 2023-cü il tarixində isə Ümid Nəccari həm də baş ofisi Brüssel və Priştinada olan BOGDANI beynəlxalq yazıçılar assosiasiyasının vitse-prezidenti seçilib.Ailəlidir, iki övladı var. == Yaradıcılığı == Ümid Nəccari yaradıcılığa gənc yaşlarından başlamışdır. İlk əsərləri Təbriz şəhəri dövrü mətbuatında çap olunmuşdur. Üç kitabın müəllifidir.