Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neuralink
Neuralink Corporation — 2016-cı ildə San Fransiskoda, İlon Mask və səkkiz nevroloq tərəfindən implantasiya edilə bilən beyin-maşın interfeyslərini inkişaf etdirmək üçün qurulan Amerika neyrotexnologiya şirkətidir. Ticarət markası "Neuralink" 2017-ci ilin yanvar ayında əvvəlki sahiblərindən alınıb. Şirkət qurulduğu gündən bəri müxtəlif universitetlərdən bir çox tanınmış nevroloqları işə qəbul etmişdir. == Ümumi baxış == 2017-ci ilin aprel ayında bir Wait But Why adlı bloq şirkətin qısa müddətdə ciddi beyin xəstəliklərini müalicə etmək üçün müxtəlif cihazları inkişaf etdirməyi hədəflədiyinu və nəticədə ortaya çıxan insan inkişafının bəzən transhumanizm olaraq adlandırıldığını bildirdi. Mask bu fikirlə qismən, İen Benksin 13 romanından ibarət Mədəniyyətin (The Culture) uydurma kainatının bir parçası olan "sinir bağları" adlı bir elmi-fantastik konsepsiya ilə maraqlandığını söyləmişdir. Mask, sinir bağını mütləq geniş cərrahi müdaxilə mənası verməyən, ancaq ideal şəkildə damar və ya arteriya vasitəsilə implant yerləşdiriləcək olan "korteksin üstündəki rəqəmsal təbəqə" olaraq xarakterizə etmişdir. Mask, uzunmüddətli hədəfin, nəzarətsiz qalarsa bəşəriyyətin varlığı üçün bir təhlükə kimi qəbul etdiyi "süni intellekt ilə simbioz" əldə etmək olduğunu demişdir. Bu gün bəzi nevroprotezçilər beyin siqnallarını şərh edə və əlillərin protez qollarına və ayaqlarına nəzarət etməsinə imkan yarada bilirlər. Mask bu texnologiyanı aktivləşdirmək əvəzinə, genişzolaqlı sürətlə digər xarici proqram təminatı və cihazlarla qarşılıqlı əlaqə qura bilən implantlarla əlaqələndirmək niyyətindədir. 2018-ci ildən etibarən şirkət "ictimaiyyətə açıq olduğundan işləri haqqında olan məlumatları çox gizli" olsa da, dövlət qeydlərində San-Fransiskoda bir ədəd heyvan test müəssisəsi qurmağa çalışdığını (ancaq görünüşə görə bir ədəd açmayıb) göstərdi, daha sonra Kaliforniya, Davis Universitetində tədqiqatlar həyata keçirməyə etməyə başlamışdır.
Fevral
Fevral — Qriqorian təqvimi ilə ilin ikinci ayıdır. 28 gündən (uzun illərdə 29) ibarətdir. İlin ən qısa ayıdır. Yuli təqvimində — 4 ildən bir, nömrəsi 4-ə bölünən illərdə fevral ayı 29 gün olurdu. Hazırda Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilən Qriqori təqvimində də belədir, amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 28 gün olur; nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. Göstərilən tarixdən sonrakı nömrəsi iki sıfırla qurtaran illərdə isə, ilnin nömrəsi 400-ə qalıqsız bölündükdə həmin ildə fevral ayı 29 gündən ibarət olur. Məsələn, 1900, 1800, 1700-cü illərdə fevral ayı 28, 1600 və 2000-ci illərdə isə fevral ayı 29 gündür. Eramızdan əvvəl I yüzillikdə Roma hökmdarı Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır.
Neqril
Neqril — Yamaykanın qərb sahillərində Neqril çayının mənsəbində yerləşən elə də böyül olmayaq turistik yaşayış məntəqəsi. 11 km-lik çimərlik xəttinə malikdir. Burada hətta yayın ən isti günləri belə ağ çimərlik qumu tam qızmır. Burada ən qədim tikili 1894-cü ilə aid mayakdır. XX əsrin 70-ci illərində çimərlik Hippilər arasında məşhur olmuşdur. Müəyyən dövrlərdə insanların sayı beş mini keçirdi. Hazırda əla inkişaf etmiş mehmanxana şəbəkəsinə malikdir. Yazda otel, bar və piyvəxanalar amerikalı məktəblilərlə dolu olur.
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Nepal
Nepal (nepal. नेपाल) və ya rəsmi adı ilə Nepal Federativ Demokratik Respublikası (nepal: सङ्घीय लोकतान्त्रिक गणतन्त्र नेपाल) – Cənubi Asiyada dövlət. Nepal Himalay dağlarının ətəklərində yerləşir. Şimalda Çin, cənub, qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Katmandu şəhəri, ümumi sahəsi 147,181 kvadrat kilometrdir. Ölkənin sərhədləri daxilində dünyanın ən yüksək zirvəsi olan Everest yerləşir. == Tarixi == Böyük Britaniya müstəmləkəsi olan Nepal dövlət müstəqilliyini 1923-cü ildə qazanmışdır. Ölkə İkinci dünya müharibəsinin sonuna qədər 1846-cı ildə ingilislərin köməyi ilə hakimiyyəti ələ keçirmiş Rana feodal ailəsinin nümayəndələri tərəfindən idarə olunurdu. İrsi olaraq baş nazir vəzifəsini tutan həmin şəxslər kralın bütün hüquqlarını da mənimsəmişdilər. Kral hakimiyyəti nominal bir xarakter daşıyırdı.
Nuran
Nuran (Ağsu)
10 fevral
10 fevral — Qriqorian təqvimində ilin 41-ci günü. Bu tarixdə ilin sonuna 324 gün (uzun ildə 325 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1258 — Monqol işğalları: Monqollar Bağdadı işğal edirlər və İslamın qızıl çağına son qoyublar. 1502 — Vasko da Qama Portuqaliyanın Lissabon şəhərindən Hindistana ikinci səyahəti üçün yola düşüb. === 1601–1900 === === 1901–cari === 1946 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1962 — Soyuq müharibə: Əsir götürülmüş ABŞ U2 casus təyyarəsinin pilotu Qari Pauers əsir götürülən Sovet casusu Rudolf Abellə dəyişdirilib. 1996 — IBM superkompüteri Deep Blue ilk dəfə şahmatda Qarri Kasparovu məğlub edib. 2006 XX Qış Olimpiya Oyunları Turində keçirilib. Misir milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
11 fevral
11 fevral — Qriqorian təqvimində ilin 42-ci günü. Bu tarixdə ilin sonuna 323 gün (uzun ildə 324 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 660 — İmperator Cimmu tərəfindən Yaponiyanın əsasının qoyulması üçün ənənəvi tarix. 1534 — İngiltərə kralı VIII Henri Anqlikan kilsəsinin ali rəhbəri kimi tanınıb. === 1601–1900 === 1794 — ABŞ Senatının ilk sessiyası cəmiyyətə açılıb. 1826 — London Universitet Kolleci London Universiteti kimi təsis edilib. 1861 — ABŞ-də vətəndaş müharibəsi: ABŞ Nümayəndələr Palatası yekdilliklə heç bir ştatda köləliyə qarışmamağa zəmanət verən qətnamə qəbul edib. 1873 — İspaniya Kralı I Amadeus taxtdan imtina edir və Birinci İspaniya Respublikası yaranır. 1889 — Yaponiyada Meyci Konstitusiyası qəbul edilmişdir.
12 fevral
12 fevral — Qriqorian təqvimində ilin 43-cü günü. Bu tarixdə ilin sonuna 322 gün (uzun ildə 323 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1541 — Pedro de Valdivia Çilinin Santyaqo şəhərini təsis edib. === 1601–1900 === === 1901–cari === 1939 — Peru milli futbol komandası Amerika Kubokunu qazanıb. 1994 XVII Qış Olimpiya Oyunları Lillehammerdə keçirilib. Dörd oğru Norveç Milli Qalereyasından Edvard Munkun "Fəryad" rəsm əsərini oğurlayıblar. 2002 — Niderlandın Haaqa şəhərində Birləşmiş Millətlər Təşkilatının keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlayıb. 2010 — XXI Qış Olimpiya Oyunları Vankuverdə keçirilib. 2012 — Zambiya milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
13 fevral
13 fevral — Qriqorian təqvimində ilin 44-cü günü. Bu tarixdə ilin sonuna 321 gün (uzun ildə 322 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1633 — Qalileo Qaliley inkvizisiya qarşısında mühakimə olunmaq üçün Romaya gəlib. === 1901–cari === 1945 — İkinci Dünya Müharibəsi: ABŞ və Böyük Britaniya Hava Qüvvələri Almaniyanın Drezden şəhərini bombardman ediblər. 1980 — XIII Qış Olimpiya Oyunları Leyk-Plesiddə keçirilib. 1988 — XV Qış Olimpiya Oyunları Kalqaridə keçirilib. 2000 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2002 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1986 — Qazax Dövlət Rəsm Qalereyası yaradılmışdır.
14 fevral
14 fevral — Qriqorian təqvimində ilin 45-ci günü. Bu tarixdə ilin sonuna 320 gün (uzun ildə 321 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1859 — Oreqon ABŞ-nin 33-cü ştatı olub. 1876 — Aleksandr Bell və Elişa Qrey telefona patent almaq üçün müraciət edib. === 1901–cari === 1912 — Arizona ABŞ-nin 48-ci ştatı olub. 1949 — Knesset (İsrail parlamenti) ilk dəfə toplanıb. 1952 — VI Qış Olimpiya Oyunları Osloda keçirilib. 1993 — Rusiya Federasiyası Kommunist Partiyası təsis edilib. 2004 — Tunis milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
15 fevral
15 fevral — Qriqorian təqvimində ilin 46-cı günü. Bu tarixdə ilin sonuna 319 gün (uzun ildə 320 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1956 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1965 — Kanada bayrağına ağ-qırmızı rəngli ağcaqayın yarpağı əlavə edib. 1989 — Əfqanıstan müharibəsi: Sovet İttifaqı rəsmi olaraq bütün qoşunlarının Əfqanıstanı tərk etdiyini elan edib. 1998 — Meksika milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 2001 — Tam insan genomunun ilk layihəsi "Nature" jurnalında dərc olunub. 2003 — Dünyanın 600-dən çox şəhərində İraq müharibəsinə qarşı etirazlar keçirilib. Səkkiz milyondan 30 milyona qədər insanın iştirak etdiyi etirazlar tarixin ən böyük sülh nümayişi sayılır.
16 fevral
16 fevral — Qriqorian təqvimində ilin 47-ci günü. Bu tarixdə ilin sonuna 318 gün (uzun ildə 319 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1923 — Houard Karter firon Tutanhamonun dəfn otağının açıb. 1957 — Misir milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1959 — Fidel Kastro Kubanın baş naziri olub. 1970 — Sudan milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1985 — Hizbullah təsis edilib. 2005 — Kioto protokolu Rusiya tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minib.
17 fevral
17 fevral — Qriqorian təqvimində ilin 48-ci günü. Bu tarixdə ilin sonuna 317 gün (uzun ildə 318 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2008 — Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. 2020 — Əlcəzairdə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 — Qarabağ müharibəsi: Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan Silahlı Qüvvələri və Rusiyanın 366-cı alayı Qaradağlı qətliamını törətmişdir.
18 fevral
18 fevral — Qriqorian təqvimində ilin 49-cu günü. Bu tarixdə ilin sonuna 316 gün (uzun ildə 317 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1930 — Yanvar ayında çəkilmiş fotoşəkilləri araşdırarkən Klayd Tambo Plutonu kəşf edib. 1960 — VIII Qış Olimpiya Oyunları Palisades Tahoda keçirilib. === Azərbaycana aid hadisələr === == Doğumlar == === 1600-cü ildən əvvəl === 1201 — Nəsirəddin Tusi, Azərbaycan filosofu və astronomu 1516 — I Mariya, İngiltərə və İrlandiya kraliçası === 1601–1900 === 1626 — Françesko Redi, İtaliya həkimi 1745 — Alessandro Volta, İtaliya fiziki 1838 — Ernst Max, Avstriya fiziki 1898 — Enzo Ferrari, İtaliya motor yarışı sürücüsü və sahibkar === 1901–cari === 1924 — Osman Hacıbəyov, Azərbaycan aktyoru 1931 — Toni Morrison, ABŞ yazıçısı 1933 Bobbi Robson, İngiltərə futbolçusu və baş məşqçisi Yoko Ono, Yaponiya rəssamı 1952 — Ceyms Meys, ABŞ tarixçisi 1954 — Con Travolta, ABŞ aktyoru 1956 — Bidzina İvanişvili, Gürcüstan baş naziri 1961 — Armin Laşet, Almaniya siyasətçisi 1965 — Dr.
19 fevral
19 fevral — Qriqorian təqvimində ilin 50-ci günü. Bu tarixdə ilin sonuna 315 gün (uzun ildə 316 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1878 — Tomas Edison fonoqrafı patentləşdirib. === 1901–cari === 1945 — İkinci Dünya Müharibəsi: İoşima döyüşü: Amerika Birləşmiş Ştatlarının təxminən 30 min dəniz piyadası İoşima adasına eniş edib. 2020 — İran və Şotlandiyada ilk dəfə COVID-19 qeydə alınıb.
1 fevral
1 fevral — Qriqorian təqvimində ilin 32-ci günü. Bu tarixdə ilin sonuna 333 gün (uzun ildə 334 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1327 — III Eduardın tacqoyma mərasimi keçirildi. 1410 — Birinci Torun müqaviləsi imzalandı. 1553 — Osmanlı imperiyası və Fransa krallığı arasında İstanbul müqaviləsi imzalandı. === 1601–1900 === 1662 — Çin generalı Çjen Çenqun 9 aylıq mühasirədən sonra Tayvan adasını ələ keçirdi. 1793 — Fransa İngiltərə və Niderlanda müharibə elan etdi. 1812 — Sultanbud döyüşü baş verdi. 1814 — Fiippindəki Mayon vulkanı püskürdü; təxminən 1200 nəfər həlak oldu.
20 fevral
20 fevral — Qriqorian təqvimində ilin 51-ci günü. Bu tarixdə ilin sonuna 314 gün (uzun ildə 315 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1547 — VI Eduard Vestminster abbatlığında İngiltərə kralı olaraq taclanıb. === 1601–1900 === 1877 — Moskvada Böyük Teatrda Pyotr Çaykovskinin "Qu gölü" baletinin premyerasını keçirib. === 1901–cari === 1920 — Gürcüstanın Qori şəhərində zəlzələ baş vermişdir. 1944 — İkinci Dünya Müharibəsi: "Böyük həftə" ABŞ bombardmançılarının Almaniya təyyarə istehsal mərkəzlərinə basqınları ilə başlayıb. === Azərbaycana aid hadisələr === 1920 — Azərbaycan Kommunist Partiyası təsis edilib. 1988 — Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi başlamışdır. 1992 — Azərbaycan, Almaniya, Avstriya və Estoniya arasında diplomatik əlaqələr qurulmuşdur.
21 fevral
21 fevral — Qriqorian təqvimində ilin 52-ci günü. Bu tarixdə ilin sonuna 313 gün (uzun ildə 314 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 8 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1848 — Karl Marks və Fridrix Engels "Kommunist Manifesti"-ni nəşr ediblər. === 1901–cari === 1972 — ABŞ prezidenti Riçard Nikson ABŞ-Çin münasibətlərini normallaşdırmaq üçün Pekinə səfər edib. 2020 — Bəhreyn, İsrail və Livanda ilk dəfə COVID-19 qeydə alınıb. 2022 — Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının tanınması haqqında fərmanlar imzalayıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan, Fransa və Polşa arasında diplomatik əlaqələr qurulmuşdur. 1993 — "Neftçi" Azərbaycan Superkubokunu qazanıb. 1997 — Azərbaycan şərqşünası Ziya Bünyadov Bakıda yaşadığı binanın blokunda çıxarkən cinayətkər qrup tərəfindən bıçaq və odlu silahla qətlə yetirilmişdir.
22 fevral
22 fevral — Qriqorian təqvimində ilin 53-cü günü. Bu tarixdə ilin sonuna 312 gün (uzun ildə 313 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 9 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2015 — Süleyman Şah türbəsini yeni əraziyə köçürmək məqsədilə Türkiyə Silahlı Qüvvələri Suriyada "Şah Fırat" əməliyyatını keçirmişdir. 2020 — İraqda ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1922 — "Lək-lək" jurnalı ilk dəfə nəşr olunub. 1968 — Bakıda Şah İsmayıl Xətai metrostansiyasının açılışı olub. 1988 — Əsgəranda azərbaycanlılar və ermənilər arasında baş vermiş zorakılıqda iki azərbaycanlı qətlə yetirilir. 2022 — Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik haqqında bəyanat imzalanmışdır.
23 fevral
23 fevral — Qriqorian təqvimində ilin 54-cü günü. Bu tarixdə ilin sonuna 311 gün (uzun ildə 312 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 10 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1455 — Qərbdə ilk daşınan tipli və çap edilmiş kitabı Qutenberq bibliyası nəşr olunub. === 1601–1900 === === 1901–cari === 1917 — Fevral inqilabı: Rusiyanın Petroqrad şəhərində ilk nümayişlər keçirilib. 1941 — Plutonium ilk dəfə Qlenn Teodor Siborq tərəfindən istehsal edilmiş və təcrid edilmişdir. 1947 — Beynəlxalq standartlaşdırma təşkilatı təsis edilib. 1954 — Uşaqların poliomielitə qarşı ilk kütləvi Solk peyvəndi Pitsburqda başlayıb.
24 fevral
24 fevral — Qriqorian təqvimində ilin 55-ci günü. Bu tarixdə ilin sonuna 310 gün (uzun ildə 311 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 11 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1527 — Praqada I Ferdinandın tacqoyma mərasimi keçirilmişdir. === 1601–1900 === 1739 — Karnal döyüşündə Əfşarlar dövlətinin rəhbəri Nadir şah Əfşar Böyük Moğol İmperiyasının padşahı Məhəmməd Şahı məğlub etmişdir. === 1901–cari === 1910 — İsveçdə "Malmö" futbol klubu yaradılmışdır. 1973 — Yeni Zelandiya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. 2020 — Əfqanıstan, Kuba, Küveyt və Omanda ilk dəfə COVID-19 qeydə alınıb. 2022 — Donetsk və Luqansk Xalq Respublikası müstəqil dövlətlər kimi tanınmasından bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putin Ukraynayın tam miqyaslı işğalı üşün göstəriş verib. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulmuşdur.
25 fevral
25 fevral — Qriqorian təqvimində ilin 56-cı günü. Bu tarixdə ilin sonuna 309 gün (uzun ildə 310 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 12 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 138 — Roma imperatoru Adrian Antonin Piyi oğlu kimi qəbul edir və faktiki olaraq onu varisi edib. 628 — Sasanilər imperiyasının sonuncu böyük şahı II Xosrov oğlu II Kavad tərəfindən devrilib. === 1601–1900 === 1836 — Samuel Kolt revolver odlu silahı üçün ABŞ patenti alıb. === 1901–cari === 1916 — Verden döyüşündə Almaniya qoşunları Fransa müdafiəsinin əsas yeri olan Fort Duomonu döyüşsüz ələ keçirib. 1918 — Almaniya qüvvələri Estoniyanın işğalını demək olar ki, başa çatdırmaq üçün Tallini zəbt edib. 1921 — Gürcüstanın paytaxtı Tbilisi şiddətli döyüşlərdən sonra işğalçı Rusiya qoşunlarının əlinə keçdi və ruslar Gürcüstan Sovet Sosialist Respublikasını elan etdilər. 1945 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb.
27 fevral
27 fevral — Qriqorian təqvimində ilin 58-ci günü. Bu tarixdə ilin sonuna 307 gün (uzun ildə 308 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 14 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2000 — Kanada milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 2020 — Estoniya, Danimarka, Qətər, Niderland, Nigeriya və San-Marinoda ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1988 — Sumqayıt şəhərində azərbaycanlılar və ermənilər arasında təxribat xarakterli qırğınlar baş vermişdir. 1998 — Azərbaycan və İslandiya arasında diplomatik əlaqələr qurulmuşdur.
28 fevral
28 fevral — Qriqorian təqvimində ilin 59-cu günü. Bu tarixdə ilin sonuna 306 gün (uzun ildə 307 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 15 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1991 — İlk Körfəz müharibəsi başa çatıb. 1998 — Misir milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2013 — Roma papası XVI Benedikt vəzifəsindən istefa verib və 1415-ci ildə Roma papası XII Qriqoridən sonra istefa verən ilk papa olub. 2020 — Belarus, İslandiya, Meksika, Litva, Uels və Yeni Zelandiyada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan, ABŞ və Hindistan arasında diplomatik əlaqələr qurulmuşdur. 1995 — Azərbaycan və Nepal arasında diplomatik əlaqələr qurulmuşdur. 2020 — Azərbaycanda ilk dəfə COVID-19 qeydə alınıb.
26 fevral
26 fevral — Qriqorian təqvimində ilin 57-ci günü. Bu tarixdə ilin sonuna 308 gün (uzun ildə 309 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 13 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2020 — Braziliya, Gürcüstan, Norveç, Pakistan, Rumıniya, Şimali Makedoniya və Yunanıstanda ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 Azərbaycan və Banqladeş arasında diplomatik əlaqələr qurulmuşdur. Qarabağ müharibəsi: Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir.
Nəraq
Nəraq (digər adı Nərə Təvil) — İranın Mərkəzi ostanının Dilican şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,508 nəfər və 826 ailədən ibarət idi.