Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neuralink
Neuralink Corporation — 2016-cı ildə San Fransiskoda, İlon Mask və səkkiz nevroloq tərəfindən implantasiya edilə bilən beyin-maşın interfeyslərini inkişaf etdirmək üçün qurulan Amerika neyrotexnologiya şirkətidir. Ticarət markası "Neuralink" 2017-ci ilin yanvar ayında əvvəlki sahiblərindən alınıb. Şirkət qurulduğu gündən bəri müxtəlif universitetlərdən bir çox tanınmış nevroloqları işə qəbul etmişdir. 2017-ci ilin aprel ayında bir Wait But Why adlı bloq şirkətin qısa müddətdə ciddi beyin xəstəliklərini müalicə etmək üçün müxtəlif cihazları inkişaf etdirməyi hədəflədiyinu və nəticədə ortaya çıxan insan inkişafının bəzən transhumanizm olaraq adlandırıldığını bildirdi. Mask bu fikirlə qismən, İen Benksin 13 romanından ibarət Mədəniyyətin (The Culture) uydurma kainatının bir parçası olan "sinir bağları" adlı bir elmi-fantastik konsepsiya ilə maraqlandığını söyləmişdir. Mask, sinir bağını mütləq geniş cərrahi müdaxilə mənası verməyən, ancaq ideal şəkildə damar və ya arteriya vasitəsilə implant yerləşdiriləcək olan "korteksin üstündəki rəqəmsal təbəqə" olaraq xarakterizə etmişdir. Mask, uzunmüddətli hədəfin, nəzarətsiz qalarsa bəşəriyyətin varlığı üçün bir təhlükə kimi qəbul etdiyi "süni intellekt ilə simbioz" əldə etmək olduğunu demişdir. Bu gün bəzi nevroprotezçilər beyin siqnallarını şərh edə və əlillərin protez qollarına və ayaqlarına nəzarət etməsinə imkan yarada bilirlər. Mask bu texnologiyanı aktivləşdirmək əvəzinə, genişzolaqlı sürətlə digər xarici proqram təminatı və cihazlarla qarşılıqlı əlaqə qura bilən implantlarla əlaqələndirmək niyyətindədir. 2018-ci ildən etibarən şirkət "ictimaiyyətə açıq olduğundan işləri haqqında olan məlumatları çox gizli" olsa da, dövlət qeydlərində San-Fransiskoda bir ədəd heyvan test müəssisəsi qurmağa çalışdığını (ancaq görünüşə görə bir ədəd açmayıb) göstərdi, daha sonra Kaliforniya, Davis Universitetində tədqiqatlar həyata keçirməyə etməyə başlamışdır.
Fevral
Fevral — Qriqorian təqvimi ilə ilin ikinci ayıdır. 28 gündən (4 ildən bir 29) ibarətdir. İlin ən qısa ayıdır. Yuli təqvimində — 4 ildən bir, nömrəsi 4-ə bölünən illərdə fevral ayı 29 gün olurdu. Hazırda Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilən Qriqori təqvimində də belədir, amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 28 gün olur; nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. Göstərilən tarixdən sonrakı nömrəsi iki sıfırla qurtaran illərdə isə, ilnin nömrəsi 400-ə qalıqsız bölündükdə həmin ildə fevral ayı 29 gündən ibarət olur. Məsələn, 1900, 1800, 1700-cü illərdə fevral ayı 28, 1600 və 2000-ci illərdə isə fevral ayı 29 gündür. Eramızdan əvvəl I yüzillikdə Roma hökmdarı Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır.
Neqril
Neqril — Yamaykanın qərb sahillərində Neqril çayının mənsəbində yerləşən elə də böyül olmayaq turistik yaşayış məntəqəsi. 11 km-lik çimərlik xəttinə malikdir. Burada hətta yayın ən isti günləri belə ağ çimərlik qumu tam qızmır. Burada ən qədim tikili 1894-cü ilə aid mayakdır. XX əsrin 70-ci illərində çimərlik Hippilər arasında məşhur olmuşdur. Müəyyən dövrlərdə insanların sayı beş mini keçirdi. Hazırda əla inkişaf etmiş mehmanxana şəbəkəsinə malikdir. Yazda otel, bar və piyvəxanalar amerikalı məktəblilərlə dolu olur.
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Nepal
Nepal (nepal. नेपाल) və ya rəsmi adı ilə Nepal Federativ Demokratik Respublikası (nepal: सङ्घीय लोकतान्त्रिक गणतन्त्र नेपाल) – Cənubi Asiyada dövlət. Nepal Himalay dağlarının ətəklərində yerləşir. Şimalda Çin, cənub, qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Katmandu şəhəri, ümumi sahəsi 147,181 kvadrat kilometrdir. Ölkənin sərhədləri daxilində dünyanın ən yüksək zirvəsi olan Everest yerləşir. Böyük Britaniya müstəmləkəsi olan Nepal dövlət müstəqilliyini 1923-cü ildə qazanmışdır. Ölkə İkinci dünya müharibəsinin sonuna qədər 1846-cı ildə ingilislərin köməyi ilə hakimiyyəti ələ keçirmiş Rana feodal ailəsinin nümayəndələri tərəfindən idarə olunurdu. İrsi olaraq baş nazir vəzifəsini tutan həmin şəxslər kralın bütün hüquqlarını da mənimsəmişdilər. Kral hakimiyyəti nominal bir xarakter daşıyırdı.
Nuran
Nuran (Ağsu)
11 fevral
11 fevral — Qriqorian təqvimində ilin 42-ci günü. Bu tarixdə ilin sonuna 323 gün (uzun ildə 324 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 yanvar tarixinə uyğun gəlir. 660 — İmperator Cimmu tərəfindən Yaponiyanın əsasının qoyulması üçün ənənəvi tarix. 1534 — İngiltərə kralı VIII Henri Anqlikan kilsəsinin ali rəhbəri kimi tanınıb. 1794 — ABŞ Senatının ilk sessiyası cəmiyyətə açılıb. 1826 — London Universitet Kolleci London Universiteti kimi təsis edilib. 1861 — ABŞ-də vətəndaş müharibəsi: ABŞ Nümayəndələr Palatası yekdilliklə heç bir ştatda köləliyə qarışmamağa zəmanət verən qətnamə qəbul edib. 1873 — İspaniya Kralı I Amadeus taxtdan imtina edir və Birinci İspaniya Respublikası yaranır. 1889 — Yaponiyada Meyci Konstitusiyası qəbul edilmişdir.
13 fevral
13 fevral — Qriqorian təqvimində ilin 44-cü günü. Bu tarixdə ilin sonuna 321 gün (uzun ildə 322 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 yanvar tarixinə uyğun gəlir. 1633 — Qalileo Qaliley inkvizisiya qarşısında mühakimə olunmaq üçün Romaya gəlib. 1945 — İkinci Dünya Müharibəsi: ABŞ və Böyük Britaniya Hava Qüvvələri Almaniyanın Drezden şəhərini bombardman ediblər. 1980 — XIII Qış Olimpiya Oyunları Leyk-Plesiddə keçirilib. 1988 — XV Qış Olimpiya Oyunları Kalqaridə keçirilib. 2000 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2002 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1986 — Qazax Dövlət Rəsm Qalereyası yaradılmışdır.
14 fevral
14 fevral — Qriqorian təqvimində ilin 45-ci günü. Bu tarixdə ilin sonuna 320 gün (uzun ildə 321 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 fevral tarixinə uyğun gəlir. 1859 — Oreqon ABŞ-nin 33-cü ştatı olub. 1876 — Aleksandr Bell və Elişa Qrey telefona patent almaq üçün müraciət edib. 1912 — Arizona ABŞ-nin 48-ci ştatı olub. 1949 — Knesset (İsrail parlamenti) ilk dəfə toplanıb. 1952 — VI Qış Olimpiya Oyunları Osloda keçirilib. 1993 — Rusiya Federasiyası Kommunist Partiyası təsis edilib. 2004 — Tunis milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
Fevral döyüşləri
2017-ci ildə Azərbaycan-Ermənistan münaqişələri — 2017-ci ildə Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qarabağ regionunda Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən münaqişələr. İlk döyüşlər 2017-ci ilin fevral ayında başlamışdır. Bunun nəticəsində Azərbaycan tərəfindən 5 hərbçi Şəhid olmuş,, 1 hərbçi yaralanmış, Ermənistan tərəfindən isə 7-8 hərbçi ölmüş, 1 PUA və 1 tank məhv edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabr ayında erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozmuşdur. Fevral döyüşləri — 2017-cı il fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Bu döyüşlər zamanı, Ermənistan Silahlı Qüvvələri hələ Dördgünlük müharibə zamanı itirdiyi Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi geri qaytarmaq məqsədilə ilə təxribat törədib.Onların əsas hədəfi böyük strateji əhəmiyyət daşıyan Xocavənd rayonu istiqmətində yerləşən Nərgiztəpədir. Əgər ermənilər onu ələ keçirsələr, Beyləqan, Ağdam, Quzanlı, Ağcabədi, Füzuli yolunu kəsə, əraziyə nəzarət edə bilərdilər.Lakin, əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilib. Fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu həlak olub. Döyüşlərdə ermənilərə məxsus pilotsuz uçuş aparatı olan PUA-sı məhv edilib, 7-8 hərbçisi öldürülüb.
Fevral inqilabı
Fevral burjua-demokratik inqilabı və ya Fevral inqilabı — 1917-ci ildə Rusiyada çar mütləqiyyətini devirmiş ikinci inqilab. 1917-ci il, fevralın 25-də 300 min adamın iştirak etdiyi tətil başlandı. Fevralın 27-də Petroqradda ümumi siyasi tətil silahlı üsyana çevrildi və fevralın 28-də inqilabın qələbəsi ilə nəticələndi. Bunun nəticəsində Rusiyada ikihakimiyyətlilik — bir tərəfdə Müvəqqəti hökumətin hakimiyyəti, digər tərəfdə Fəhlə Deputatları Sovetinin hakimiyyəti yarandı. Romanovlar mütləqiyyətinə son qoyuldu. Martın 2-də knyaz G. Y. Lvov başda olmaqla Müvəqqəti hökumət təşkil edildi. Hökumətin qarşısına qoyduğu əsas vəzifə ölkədə qayda-qanun yaratmaq, Müəssislər məclisinə seçkilər keçirmək idi. Petroqradda inqilabın qələbəsi xəbəri Bakıya martın 2-də çatdı. Martın 3-də Bakı fəhlələri birgünlük tətil keçirməklə Petroqrad inqilabçıları ilə həmrəy olduqlarını bildirdilər. Martın 5-də Bakı İctimai Təşkilatları Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi.
Natural Frequencies
VMF Natural Frequencies ― 2018-ci ildə Vahid Mustafayev tərəfindən yaradılmış Azərbaycanın ilk saat fabriki VMF şirkəti 1997-ci ildə ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev tərəfindən yaradılıb. VMF-in Azərbaycanda təmsil etməyə başladığı ilk saat markası "Swatch Group"a daxil olan "Longines" saat markası olub. Şirkət elə həmin ildə hazırda fəaliyyət göstərən ilk satış məntəqəsi olan "Longines" butikini açıb. Şirkət həmçinin "Swatch Group"a daxil olmayan, İsveçrə markalarından "Ulysse Nardin", "Raymond Weil", "Maurice Lacroix", "Versace", "Versus", "Ferragamo" kimi dünyanın tanınmış şirkətləri ilə öz biznesini daha da genişləndirib. Azərbaycan saat bazarının pioneri olaraq, məşhur İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətininin yaradılmasının təməlində durur. İsveçrənin məşhur "Longines" saat şirkəti ilə uğurlu əməkdaşlığından sonra VMF "Swatch Group"a daxil olan "Breguet", "Blancpain", "Glashütte Original", "Omega", "Rado", "Hamilton", "Tissot", "Swatch", "Flik-Flak", "Certina", "Calvin Klein" kimi dünyanın tanınmış şirkətlərilə öz biznesini daha da genişləndirdi. Artıq 20 ildən çoxdur VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir. 2001-ci ildə "Raymond Weil", 2004-cü ildə "Versace" saat və zinət əşyalarını, 2005-ci ildən "Maurice Lacroix"nı Azərbaycan alıcısına təqdim edib. VMF İsveçrə markaları ilə yanaşı, bazarda Yaponiyanın məşhur saat markalarını da təmsil edir. İlk təcrübə 2005-ci ildə "Casio" saat markası ilə başlayıb.
Natural loqarifm
Natural loqarifm — əsası e olan loqarifm. Burada e — irrasional sabitdir və təxminən 2,718281828-ə bərabərdir. Natural loqarifm adətən ln (x) kimi işarələnir. Həmçinin loge (x) və ya əgər e əsası nəzərdə tutulursa, sadəcə log("x") kimi işarələnir. e (ln (e) ) ədədinin natural loqarifm vahidə bərabərdir, çünki e1 = e. Vahidin natural loqarifmi (ln (1) ) sıfıra bərabərdir, çünki e0 = 1-dir. Loqarifmin tərifinə görə istənilən əsaslı vahidin loqarifmi sıfıra bərabərdir. Natural loqarifm y= 1/x əyrisi altındakı sahədə 1-dən a-ya qədər olan istənilən müsbət həqiqi ədəd kimi müəyyən edilə bilər. Bu təyinin sadəliyi, başqa düsturlarla da uyğun gəlir. Bu düsturların bir çoxunda natural loqarifm tətbiq olunur.
Natural loqarifma
Natural loqarifm — əsası e olan loqarifm. Burada e — irrasional sabitdir və təxminən 2,718281828-ə bərabərdir. Natural loqarifm adətən ln (x) kimi işarələnir. Həmçinin loge (x) və ya əgər e əsası nəzərdə tutulursa, sadəcə log("x") kimi işarələnir. e (ln (e) ) ədədinin natural loqarifm vahidə bərabərdir, çünki e1 = e. Vahidin natural loqarifmi (ln (1) ) sıfıra bərabərdir, çünki e0 = 1-dir. Loqarifmin tərifinə görə istənilən əsaslı vahidin loqarifmi sıfıra bərabərdir. Natural loqarifm y= 1/x əyrisi altındakı sahədə 1-dən a-ya qədər olan istənilən müsbət həqiqi ədəd kimi müəyyən edilə bilər. Bu təyinin sadəliyi, başqa düsturlarla da uyğun gəlir. Bu düsturların bir çoxunda natural loqarifm tətbiq olunur.
Natural ədədlər
Natural ədədlər — saymaq üçün istifadə olunan ədədlərə deyilir (riyazi dildə: 1-i özündə saxlayan minimal induktiv çoxluq). Natural ədədlər tək (Məs.: 1, 3, 5) və cüt (Məs.: 2, 4, 6) olur. 0 Natural ədəd deyil.1,2,3,4,5,6,7,8,9 Natural ədədlərdir. "Ədəd" sözü yunan sözü olan "artimos" sözündən götürülmüşdür. Hesabla ədədlər haqqındakı elmlə bağlı yaranmışdır. "Rəqəm" sözü (ərəbcə "sıfır") əsl mənası "boş yer" olan (həmin mənanı verən "sunya sanskrit" sözünün tərcüməsidir) ərəb sözündən götürülmüşdür. Əşyaları saymaq üçün və ya eyni növ əşyaların sıra nömrəsini göstərmək üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Natural sıra natural ədədlər çoxluğunu yaradır. Natural ədədlər çoxluğu N ilə işarə olnur. Çoxluq 1-dən başlayır və sonsuzdur.
Nemoral lekanora
Nemoral lekanora (Elmi adı - Lecanora nemoralis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Tallomun diametri 10 sm, nazik, hamar, dənəvər və azacıq çatvaridir. Apotesilər iridir, diametri 2 mm-ə çatır. Tallom üzərində səpələnmiş komacıq formasındadır. Apotesi diski sarımtıl qəhvəyidən qəhvəyiyə kimi, cavan apotesilər çökük yaşlılar isə qabarıqdır. Tallomun qıraqları qalındır, əyri dişvaridir, talloma nisbətən açıq rənglidir. Tallom KOH təsirindən saralır. Mezofit növdür, apotesilər vasitəsi ilə çoxalır. Quba rayonu, şəhər mərkəzi parkında (cükədə); Qusar rayonu caqar kəndi ətrafında, meyvə bağında (almada); Qəbələ rayonu Muxas kəndi ətrafında meşədə (ağcaqayın), 660–1250 m hündürlükdə rast gəlinir.
Neytral dövlət
Bitərəflik — beynəxalq hüquqda müharibədə iştirak etməməkdir, sülh zamanını isə hərbi alyanslarda iştirak etməməkdir.
Neytral dərə
Neytral sular
Neytral sular — dənizlərdə quru suları sərhədlərinin suverenlik sahəsini təyin sahənin xaricində qalan beynəlxalq bölgədir. 1982-ci ildə, BMT III.Deniz hüququ haqqında Konvensiyanın milli Kara suları sərhədini maksimum 12 mil olaraq təyin etmişdir. Şəxsi razılaşmalarla müəyyən sərhədlər daha qısa tutula bilər. 31 may 2010-cu il tarixində İsrail komandoları beynəlxalq dibində kömək gəmilərinə hücum edərək dünya ictimaiyyətinin protestolarına səbəb olmuşlar.
Neytral zona
Neytral zona (ing. no man's land (azərb. heç kimin torpağı deyil‎)) — narahatlıq və ya qeyri-müəyyənlik üzündən boş qalan və tərəflər arasında fikir ayrılığı olan bir torpaqdır. Bu termin əvvəlcə feodalizm dövründə feodallar arasında iddia edilən torpaqları təsvir etmək üçün istifadə edilmişdir. Müasir dövrdə iki düşmən xəndəyi arasındakı ərazini təsvir etmək üçün istifadə olunur və çox vaxt Birinci Dünya Müharibəsi ilə əlaqələndirilir.
Sanet Neqrals
Sanet Neqrals (isp. Sanet y Negrals) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 21,10 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 727 nəfərə çatmışdır.
Natural ədəd
Natural ədədlər — saymaq üçün istifadə olunan ədədlərə deyilir (riyazi dildə: 1-i özündə saxlayan minimal induktiv çoxluq). Natural ədədlər tək (Məs.: 1, 3, 5) və cüt (Məs.: 2, 4, 6) olur. 0 Natural ədəd deyil.1,2,3,4,5,6,7,8,9 Natural ədədlərdir. "Ədəd" sözü yunan sözü olan "artimos" sözündən götürülmüşdür. Hesabla ədədlər haqqındakı elmlə bağlı yaranmışdır. "Rəqəm" sözü (ərəbcə "sıfır") əsl mənası "boş yer" olan (həmin mənanı verən "sunya sanskrit" sözünün tərcüməsidir) ərəb sözündən götürülmüşdür. Əşyaları saymaq üçün və ya eyni növ əşyaların sıra nömrəsini göstərmək üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Natural sıra natural ədədlər çoxluğunu yaradır. Natural ədədlər çoxluğu N ilə işarə olnur. Çoxluq 1-dən başlayır və sonsuzdur.
12 fevral
12 fevral — Qriqorian təqvimində ilin 43-cü günü. Bu tarixdə ilin sonuna 322 gün (uzun ildə 323 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 yanvar tarixinə uyğun gəlir. 1541 — Pedro de Valdivia Çilinin Santyaqo şəhərini təsis edib. 1939 — Peru milli futbol komandası Amerika Kubokunu qazanıb. 1994 XVII Qış Olimpiya Oyunları Lillehammerdə keçirilib. Dörd oğru Norveç Milli Qalereyasından Edvard Munkun "Fəryad" rəsm əsərini oğurlayıblar. 2002 — Niderlandın Haaqa şəhərində Birləşmiş Millətlər Təşkilatının keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlayıb. 2010 — XXI Qış Olimpiya Oyunları Vankuverdə keçirilib. 2012 — Zambiya milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
15 fevral
15 fevral — Qriqorian təqvimində ilin 46-cı günü. Bu tarixdə ilin sonuna 319 gün (uzun ildə 320 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 fevral tarixinə uyğun gəlir. 1956 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1965 — Kanada bayrağına ağ-qırmızı rəngli ağcaqayın yarpağı əlavə edib. 1989 — Əfqanıstan müharibəsi: Sovet İttifaqı rəsmi olaraq bütün qoşunlarının Əfqanıstanı tərk etdiyini elan edib. 1998 — Meksika milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 2001 — Tam insan genomunun ilk layihəsi "Nature" jurnalında dərc olunub. 2003 — Dünyanın 600-dən çox şəhərində İraq müharibəsinə qarşı etirazlar keçirilib. Səkkiz milyondan 30 milyona qədər insanın iştirak etdiyi etirazlar tarixin ən böyük sülh nümayişi sayılır.
19 fevral
19 fevral — Qriqorian təqvimində ilin 50-ci günü. Bu tarixdə ilin sonuna 315 gün (uzun ildə 316 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 fevral tarixinə uyğun gəlir. 1878 — Tomas Edison fonoqrafı patentləşdirib. 1945 — İkinci Dünya Müharibəsi: İoşima döyüşü: Amerika Birləşmiş Ştatlarının təxminən 30 min dəniz piyadası İoşima adasına eniş edib. 2020 — İran və Şotlandiyada ilk dəfə COVID-19 qeydə alınıb.
1 fevral
1 fevral — Qriqorian təqvimində ilin 32-ci günü. Bu tarixdə ilin sonuna 333 gün (uzun ildə 334 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 yanvar tarixinə uyğun gəlir. 1327 — III Eduardın tacqoyma mərasimi keçirildi. 1410 — Birinci Torun müqaviləsi imzalandı. 1553 — Osmanlı imperiyası və Fransa krallığı arasında İstanbul müqaviləsi imzalandı. 1662 — Çin generalı Çjen Çenqun 9 aylıq mühasirədən sonra Tayvan adasını ələ keçirdi. 1793 — Fransa İngiltərə və Niderlanda müharibə elan etdi. 1812 — Sultanbud döyüşü baş verdi. 1814 — Fiippindəki Mayon vulkanı püskürdü; təxminən 1200 nəfər həlak oldu.
Nəraq
Nəraq (digər adı Nərə Təvil) — İranın Mərkəzi ostanının Dilican şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,508 nəfər və 826 ailədən ibarət idi.
Fətəliyev Səmural
Səmural Ayaz oğlu Fətəliyev (13 mart 1997, Əlibəyqışlaq, Quba rayonu – 5 oktyabr 2020, Yuxarı Seyidəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələri, Əsgər, İkinci Qarabağ müharibəsin şəhidi. Səmural Fətəliyev 13 mart 1997-ci ildə Azərbaycan Respublikasının Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olmuşdur. 2003-cü ildə Quba rayonu Əlibəyqışlaq kəndində yerləşən Musa Qonaqov adına tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmiş və daha sonra Quba şəhəri Azad Məmmədov adina 2 saylı liseyə daxil olub və təhsilini orada davam etdirmişdir. Səmural Fətəliyev kiçik yaşlarından taekvondo idman növü ilə də məşğul olmuşdur. 15-16 avqust 2003-cü ildə Azərbaycan Respublikası Qusar şəhərində keçirilmiş taekvondo üzrə 20 kq çəkidə 3-cü yeri tutmuşdur. Səmural Fətəliyev 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-İqtisad fakültəsinin "Sənayenin təşkili və idarə edilməsi" ixtisasına daxil olmuş və 2018-ci ildə həmin universiteti bitirmişdir. Səmural Fətəliyev universitetdə oxuduğu müddət ərzində bir çox sahələrdə könüllü kimi iştirak etmiş və nailiyyətlər əldə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "1 saylı ASAN xidmət" mərkəzində 20.12.2016-20.02.2017-ci il tarixində könüllü olaraq fəaliyyət göstərmişdir. Daha fəal iştirak etdiyinə görə müsbət xasiyyətnamə və birinci dərəcəli şəhadətnamə ilə təltif edilmişdir.
Nəhran (Heris)
Nəhran (fars. نهران‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır (82 ailə).
Səmural Fətəliyev
Səmural Ayaz oğlu Fətəliyev (13 mart 1997, Əlibəyqışlaq, Quba rayonu – 5 oktyabr 2020, Yuxarı Seyidəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələri, Əsgər, İkinci Qarabağ müharibəsin şəhidi. Səmural Fətəliyev 13 mart 1997-ci ildə Azərbaycan Respublikasının Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olmuşdur. 2003-cü ildə Quba rayonu Əlibəyqışlaq kəndində yerləşən Musa Qonaqov adına tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmiş və daha sonra Quba şəhəri Azad Məmmədov adina 2 saylı liseyə daxil olub və təhsilini orada davam etdirmişdir. Səmural Fətəliyev kiçik yaşlarından taekvondo idman növü ilə də məşğul olmuşdur. 15-16 avqust 2003-cü ildə Azərbaycan Respublikası Qusar şəhərində keçirilmiş taekvondo üzrə 20 kq çəkidə 3-cü yeri tutmuşdur. Səmural Fətəliyev 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-İqtisad fakültəsinin "Sənayenin təşkili və idarə edilməsi" ixtisasına daxil olmuş və 2018-ci ildə həmin universiteti bitirmişdir. Səmural Fətəliyev universitetdə oxuduğu müddət ərzində bir çox sahələrdə könüllü kimi iştirak etmiş və nailiyyətlər əldə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "1 saylı ASAN xidmət" mərkəzində 20.12.2016-20.02.2017-ci il tarixində könüllü olaraq fəaliyyət göstərmişdir. Daha fəal iştirak etdiyinə görə müsbət xasiyyətnamə və birinci dərəcəli şəhadətnamə ilə təltif edilmişdir.