Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nekroloq
Nekroloq (q.yun. νεκρός – ölü, q.yun. λόγος – söz) — hansısa bir şəxsin vəfatı barədə xəbər verən və adətən həmin şəxsin həyat, fəaliyyəti, eləcə də dəfn mərasimi haqqında məlumat verən xəbər məqaləsi. Nekrologiya hansısa bir təşkilat, qrup və ya sahəylə əlaqədar olan şəxslərin ölümü barədə verilən nekroloqların siyahısıdır. Tarixi nekroloqlar əhəmiyyətli mənbə hesab edilir. == Həmçinin bax == Epitafiya == İstinadlar == == Ədəbiyyat == Baranik, Alana; Şiler, Cim; Miller, Stefen. Life on the Death Beat: A Handbook for Obituary Writers. Oak-Park: Marion Street Press. 2005. ISBN 1-933338-02-4.
Fariz Babayev (nefroloq)
Fariz Hənifə oğlu Babayev — Azerbaycan Nefroloqlar Cemiyyetinin sedri, Tibb elməri namizədi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu, "Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası" publik hüquqi şəxsin direktoru. Avropa Nefroloqlar və Dializ Assosiasiyasının (ERA – EDTA), MDB Nefroloqlar və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) rəyasət heyətinin üzvü və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS), Azərbaycan Nefroloji Yardım İctimai Birliyinin idarə heyətinin, Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyasının üzvüdür. 23 iyun 2018-ci ildə "Tərəqqi Medalı" ilə təltif edilmişdir. == Həyatı == Babayev Fariz Hənifə oğlu 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə orta məktəbi "Qızıl medal" ilə bitirmişdir. == Təhsili == 1980–1986-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə pofikaktika fakültəsində təhsil almışdır. Fariz babayev 1986-cı ildə Azərbaycan Tibb Universitetini "Fərqlənmə diplomu" ilə bitirmişdir. 1989–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir. == Əmək fəaliyyəti == 1989–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir. 1991-ci ildə M.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitunun hemodializ laboratoriyasında kiçik elmi işçi,1994-cu ildən böyük elmi işçi kimi çalışmışdır.
Nekroloq (film, 2001)
== Məzmun == Film institut işçisi Şamil müəlimin (Fərhad İsrafilov) başına gələn yarı gülməli, yarı faciəli əhvalatdan bəhs edir. İnstitutun şöbə müdiri Abdulla müəllimin xəstələnməsi xəbəri ildırım sürəti ilə bütün instituta yayılır. Onun vəziyyətinin tamamilə pis olduğunu doktor Məmişdən eşidən Şamil başlayır Abdulla müəllim üçün nekroloq hazırlamağa, hətta, özünü onun vəzifəsinə təyin etdirmək üçün digər vəzifəli adamlara müraciət edir. Film qəribə sonluqla tamamlanır... == Film haqqında == Filmdə müğənni Aygün Kazımovanın "Tı i ya" klipindən istifadə edilmişdir.