Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neyrodermit
Neyrodermit — uzun müddət qаşınmа ilə dаvаm еdən və tеz-tеz rеsidiv vеrən dəri xәstәliyidir. Neyrodermitdə qаşınmа səpkilərdən qаbаq əmələ gəlir və çоx güclü оlur. Xәstәliyin iki klinik fоrmаsı аyırd еdilir: mәһdud və diffuz neyrodermit. Neyrodermatozlar adı altında ən səciyyəvi simptomu qaşınma olan xəstəliklər qrupu birləşdirilir. Neyrodermatozlarda qaşınmanın çox güclü olması və adətən dəridəki dəyişikliklərdən qabaq əmələ gəlməsi ilə fərqlənir. Bundan başqa əsas simptomlar arasında papulyoz ləkələr, lixenifikasiyalar, sinir sisteminin aydın nəzərə çarpan funksional pozğunluqları vardır. Neyrodermitlərin kliniki növləri bunlardır: Dəri qaşınması Məhdud neyrodermit Diffuz neyrodermit Qaşınma xəstəliyi Qaşınmaya bir neçə amil səbəb ola bilər. Bunlara mexaniki toxunma, daxili orqanlarda pozulmalar və endokrin pozulmalar aiddir. Dəri qaşınmasının 2 klinik forması vardır məhdud yayılmış. Məhdud dəri qaşınmasına vulvanın, xayaların, anusun böyük büküşlərin qaşınması aiddir.