Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Morqan Nikin itməsi
Morqan Çantel Nik (ing. Morgan Chauntel Nick; d. 12 sentyabr 1988, ABŞ, Arkanzas, Alma - itkin düşdü 9 iyun 1995, ABŞ, Arkanzas, Alma) – Kiçik Beysbol Liqası oyununda oğurlanmış amerikalı qız. Morqanın anası insanlara itkin düşmüş övladlarını tapmağa kömək edən Morqan Nik Fondunu yaratmaqla tanınmışdır. == İtkin düşməsi == 9 iyun 1995-ci ildə Morqan Nik və anası Kollin Nik Arkanzas ştatının Alma şəhərində Kiçik Beysbol Liqası oyununa getdilər. Saat 10:30 radələrində Morqan anasından dostları ilə birlikdə işıldaböcəyi tuta biləcəyini soruşdu. Əvvəlcə anası tərəddüd etdi, lakin sonda icazə verdi. O, sonuncu dəfə dostları tərəfindən 10:45 radələrində anasının maşının yanında tək başına ayaqqabılarından qumu boşaldarkən göründü. Dostları isə ondan bir neçə metr kənarda ayaqqabılarını təmizləyirdilər. Morqanın dostları ayaqqabılarını geyinərkən Morqanla söhbət edən xoşagəlməz bir adam gördüklərini bildirdilər.Oyun qısa müddət sonra başa çatanda Morqanın dostları onsuz geri qayıtdılar.
Nikelin
Nikelin — mineral, NiAs. == Haqqında == Nikelin - Heksonal. Habitus prizmatik. İkiləşmə {101} üzrə, dördlüklər. Ayrılması {100} üzrə mükəmməl. Aqreqat: dənəli, böyrəkvari (sütun və radialşüalı quruluşlu), şəbəkəli və dendrit formalı. Rəngi açıq misi qırmızı. Sərtliyi 5-5,5. Xüsusi çəkisi 7,8. Elektriki yaxşı keçirir.
Nikotin
Nikotin (Nicotiana tabacum), (C10H14N2), quşüzümükimilər (Solanaceae) bitki fəsiləsində olan güclü uyuşdurucu və alkaloid == Etimologiyası == Fransız diplomat olan Jean Nico Portuqalya səfirliyi elədiyi 1559-1561-ci illər arasında tütün toxumlarını Fransaya yollayaraq adını tütündə olan aktiv maddələrdən biri və son dərəcə zəhərli maddə olan Nikotinə verilməsi üçün şərait yaratdı. == Siqaretdəki nikotin == Nikotiniya ailəsi bitkilərinin yarpaqlarından əldə edilir. Sigaret şəklində tütdürülərək və ya incə qıyılmış tütünü əmərək nikotin istifadə olunur. Normal bir siqaret 20 mg. nikotin daşıyır. Yanaraq çəkildiyindən 1-1.5 mg. nikotin alınır. Nikotin tütün yarpaqlarında rast gələn alkaloidlərdən ən əhəmiyyətlisidir. Tütündə (toxumunda və yarpaqlarında) nikotinin miqdarı 2-12%-ə qədər ola bilir. Nikotin, piridin və pirrolidin kimi iki heterotsiklik nüvənin birləşməsi olub, kimyəvi quruluşca 1-metil-2-β-piridilpirrolidindir.
Nikşiç
Nikşiç (mont. Никшић/Nikšić) - Monteneqroda şəhər. Nikşiç vadisində, Trebyesa dağının ətəyində yerləşir. Nikşiç paytaxt Podqoritsadan sonra Monteneqronun ikinci ən böyük şəhəri və vacib sənaye mərkəzidir. Sahəsi 2.065 km² olan Nikşiç bələdiyyəsinin mərkəzidir.
Nibia
İmta yaxud Nibia (e. ə. XXII əsr – e. ə. XXII əsr) — ikinci Kuti hökmdarı.
Xibin
Xibin — Kola yarımadasında yerləşən böyük dağ massivi. Geoloji yaşı 350 mln il civarındadır. Ən yüksək nöqtəsi - Yudıçvumçor dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşir. Mərkəzində Kukisvumçor və Çasnaçor platoları yerləşir.
Afanasi Nikitin
Afanasi Nikitin (XV əsr, Tver, Tver knyazlığı – 1475, Smolensk[…]) — XV əsr rus səyahətçisi və taciri. Afanasi Nikitin Hindistanda ilk dəfə оlmuş rus səyyahıdır. == Həyatı == Ruslar ХV əsrin I yarısında artıq bir sıra şərq ölkələri ilə ticarət əlaqələri yaratmışdılar. 1466-cı ildə Tverdən Xəzər dənizi arхasındakı ölkələrlə ticarət aparmaq üçün yоllanmış tacirlər əvvəllər uzaq ölkələrdə оlmuş, qərarı və savadı ilə sеçilən Afanasi Nikitini karvanbaşı sеçirlər. Həmin dövrdə Volqa aşağı aхında tatarlar tərəfindən tutulduğundan tacirlər Novqorodda birləşməklə qüvvələrini səfərbər еtdilər. Buna baхmayaraq Həştərxan yaхınlığında tatar хanı Qasımın adamları tərəfindən qarət еdilirlər. Şamaхı səfirinin gəmisində оlan Afanasi Nikitin хilas оlur. О, Bakıya yоla düşür və bir müddətdən sоnra İranın ən qədim şəhərlərindən biri оlan Rey şəhərinə çatır. 1469-cu ildə İrana məхsus Hörmüz limanında müvəqqəti məskunlaşan A.Nikitin yazır: "Burada dünyanın hər yеrindən adamlar var, Hörmüzdə nə istəsən tapmaq mümkündür." Hörmüzdə bir ay qalmaqla aparılan ticarətlə yaхından tanış оlan A.Nikitin Hindistanda atlara yüksək qiymət vеrildiyini öyrənərək bir nеçə at almaqla bu ölkəyə üzür. Bir ay yarım üzməklə о, Bombey şəhərindən cənubda Çayl limanında Hindistana qədəm basır.
Aleksandr Nikitin
Aleksnadr Nikitin — Ukrayna aktyoru. == Həyatı == 30 noyabr 1971-ci ildə Latviyanın Skrunda şəhərində, hərbçi ailəsində anadan olub. 1983-cü ildə ailəsi ilə birgə Ukryanaya köçüb. Xarkov Dövlət İncəsənət İnstitutunun teatr fakultəsini bitirib. Xarkovda Puşkin adına, Donetskdə Artyom adına rus dram teatrının aktyoru, həmçinin Kiyevdə milli rus dram teatırında çalışıb.
Dizbin (Əhər)
Dizbin (fars. ديزبين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (63 ailə).
Ləkbin (Piranşəhr)
Külic (fars. لكبن‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 405 nəfər yaşayır (63 ailə).
Nikolay Nikitin
Nikolay Nikitin (rus. Николай Васильевич Никитин; 3 may 1926, İvanovka, İsmayıllı rayonu – 1994, İsmayıllı) — Sosialist Əməyi Qəhrəmanı, milli iqtisadiyyatın Sovet lideri Mixail Kalinin adına kolxoz sədri. == Həyatı == İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən kolxoz Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. "Sədri Nikitin, müzakirə idarəetmə istedadları ilə yanaşı, Azərbaycan, Heydər Əliyev Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi ilə Dostluq məşhur idi. Kollektiv ferma ofis Əliyev Jr başqa bir quote bir stel əvvəl: "Heydər Əliyev sizin zamin oldu və bu gün mən sizin zamin deyiləm." Bu sözləri Rusiya bir qonaq görünə bilər kimi Diqqətəlayiq deyil. "Zamin" — burada olduğu kimi, "prezident" deyil, ancaq zamin deyil — hər şey düşür ki, şərti bir. Bu mənada, prezidentlər Əliyev — həm də böyük və kiçik — toxunulmazlığı İvanovka zəmanətlər və onun təsərrüfatı var.
Nikotin turşusu
Vitamin PP (B3) nikotin turşusu və ya niasin də deyilir. Vitamin B3 orqanizmə qida vasitəsilə daxil olur. Ətdə, böyrəkdə, xüsusilə, qaraciyər və bəzi bitkilərdə (düyü, buğda və s.) rast gəlinir. Orqanizmdə B3 vitamini triptofandan da alınır. Bu vitaminin sintezi aşağdakı reaksiya ilə alınır. B3 vitamininə olan gündəlik təlabat 25 mq-dır. Vitamin B3 bir sıra kofermentlərin tərkibində olub aşağıdakı biokimyəvi reaksiyalarda iştirak edir: Oksidləşmə-reduksiya reaksiyasında hidrogen daşınma funksiyasıni (NADH) yerinə yetirir; Allosterik effektor kimi nizamlayıcı rolunu oynayır; Sintetik reaksiyalarda substrat rolunu oynayır.Orqanizmdə B3 vitamini çatmadıqda pellaqra xəstəliyi əmələ gəlir. Pellaqra sözü yunanca pelle və aqra sözündən götürülüb, mənaca dərinin kələ-kötürləşməsi deməkdir. Əlamətləri aşağıdakılardan ibarətdir: dəridə yara əmələ gəlir, həzm sisteminin funksiyası pozulur, əqlin zəif inkişaf etməsi və s. hallar baş verir.
Nisrin Elsaim
Nisrin Elsaim (ərəb. نسرين الصائم‎) — Sudanlı gənc ətraf mühit fəalı və iqlim dəyişikliyi ilə bağlı danışıqların üzvü. O, Pan Afrika İqlim Ədalət Alyansı tərəfindən namizəd göstərildikdən sonra İqlim Dəyişikliyi üzrə BMT Gənclər Məsləhət Qrupunun üzvlüyünə daxil edilir. Elsaim İqlim Dəyişikliyinə Qarşı Sudan Gənclərinin prezidentidir. 2019-cu ildə o, həmçinin Gənclər İqlim Sammitini təşkil etmişdir. Elsaim Xartum Universitetində fizika və bərpa olunan enerji üzrə dərəcə almışdır. 2012-ci ildən o, iqlim dəyişikliyinə qarşı çıxış edərək gənclərin iqlim fəaliyyətində fəal iştirak edir.
Nitqin tempi
Nitqin tempi (ing. Speech tempo, rus. Темп речи) – nitqin elementlərinin (səslər, hecalar, sözlər) tələffüz edilməsi sürətidir. Prosodik elementlərə aiddir, intonasiyanın komponentlərindən biridir. Normal nitq tempi – test frazasının orta müddəti 2.4 saniyəyə bərabər olduqda nitqin tələffüz sürətidir. Sürətli nitq tempi – test frazasının orta müddəti 1.5-1.6 san olduqda nitqin tələffüz sürətidir. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Nəybin (Urmiya)
Nəybin (fars. ‎ناي بين‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 422 nəfər yaşayır (109 ailə).
Pet Nikson
Pet Nikson (ing. Thelma Catherine Ryan "Pat" Nixon; 16 mart 1912[…], Eli[d], Nevada – 22 iyun 1993[…], Park Ridj[d], Nyu Cersi) — ABŞ siyasətçisi, 39-cu Prezidenti Riçard Niksonun həyat yoldaşıdır. == Həyatı == Pet Nikson 1912-ci ildə ABŞ-nin Nevada ştatında dünyaya gəlmişdi. Ailəsi ilə birlikdə Kaliforniyanın Los Anceles şəhərinə köçür. 1929-cu burada Litseyin məzunu olur. Pet kollecdə təhsil almaq üçün müxtəlif yerlərdə işləməyə başlayır. 1940-cı ildə Riçard Nikson ilə ailə həyatı qurur. Onların iki qız övladları dünyaya gəlir. Qızların adları Trişa və Culiyadır. 1969-cu ildən 1974-cü ilə kimi ABŞ-nin ilk ledisi olur.
Riçard Nikson
Riçard Milhaus Nikson (ing. Richard Milhous Nixon; 9 yanvar 1913[…] – 22 aprel 1994[…], Manhetten, Nyu-York ştatı) — Amerika Birləşmiş Ştatlarının 37-ci prezidenti (1969-1974) və 36-cı vitse-prezidenti (1953-1961). == Siyasi karyerası == 1953-1961-ci illərdə prezident Dvayt Eyzenhaverin kabinetində vitse-prezident vəzifəsini tutan Nikson, 1960-cı il seçkilərində prezidentliyə namizədliyini irəli sürmüş, lakin Con Kennediyə məğlub olmuşdur. 1962-ci ildə Kaliforniya ştatının qubernatoru vəzifəsinə namizədliyini versə də, burada da məğlub olmuş və bundan sonra siyasətdən getdiyini açıqlamışdır. Lakin 1968-ci ildə Respublikaçılar partiyası onu prezidentliyə namizəd kimi irəli sürmüş və Nikson bu seçkidə qalib gələrək ABŞ-nin 37-ci prezidenti olmuşdur. 1972-ci il seçkilərində də qələbə qazanan Nikson, həm vitse-prezident, həm də prezident vəzifəsini iki dəfə tutmuş yeganə şəxsdir. Onun hakimiyyət dövrü Çinlə əlaqələrin yaxşılaşdırılması, SSRİ ilə Strateji silahların məhdudlaşdırılması barədə müqavilənin imzalanması, Ay proqramının uğurla başa çatması və Vyetnam müharibəsinə son qoyulması ilə xarakterizə olunur. Riçard Nikson istefa vermiş yeganə ABŞ prezidentidir. O, bu addımı Uotergeyt qalmaqalı ilə bağlı ona qarşı impiçment prosedurunun başlanması ilə əlaqədar atmışdır.
Sara Nikitin
Sara Nikitin (27 dekabr 1988) — Braziliyalı oxatan. Sara Nikitin Braziliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sara Nikitin birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Şimali Koreyanın nümayəndəsi Kang Un-Ju ilə üz-üzə gəldi. Həmin görüşdə Sara Nikitin rəqibinə 0:6 hesabı ilə uduzdu.
Tibbin fəlsəfəsi
Tibbin fəlsəfəsi — nəzəri və praktik insan fəaliyyətinin xüsusi sahəsi kimi tibb sahəsində ontoloji, qnoseoloji və etik məsələlərlə məşğul olan elm fəlsəfəsinin bir qolu. Tibb fəlsəfəsi təbabətin predmeti və metodu, digər elmlər və insan fəaliyyətinin sahələri arasında tibbin yeri, təbiətşünaslıq və humanitar biliklərin ayrılmaz bir sistemi kimi müasir cəmiyyətdə idrak və sosial rolu haqqında ümumiləşdirici fəlsəfi mülahizələr sistemidir. Tibb və bioetika fəlsəfəsinin ən mühüm bölmələrindən biri həkimlə xəstənin qarşılıqlı əlaqəsi məsələlərini ön plana çıxaran tibbi etikadır. == Təbabətin mövzusu və metodu == Bir elm olaraq tibb "refeksiya və transformasiya fəaliyyətinin idrak və dəyər formalarının spesifik birliyidir". O, sağlamlıq və xəstəlik, müalicə və profilaktika, norma və patologiya haqqında, təbii, sosial və mənəvi amillərin insana təsiri haqqında biliklər toplayır. Tibb müəyyən bilik sahəsinin bütün əlamətlərinə malikdir. Öz mövzusuna əlavə olaraq, onun özünəməxsus öyrənmə metodları və praktik tətbiq dairəsi var, yəni: xəstəliklərin qarşısının alınması və müalicəsi, həmçinin sağlamlığın möhkəmləndirilməsi. “Tədqiqat mövzusu vasitəsilə tibb sosial fənlərlə bağlıdır. Təbabətin əmək gigiyenası, qidalanma, yaşayış və istirahət kimi sahələri bir sıra sosial fənlərlə sıx bağlıdır. Tibb insan orqanizmində baş verən bioloji prosesləri öyrəndiyi üçün biofizika, biokimya, genetika, fiziologiya, embriologiya, antropologiya, mikrobiologiya və s.
Yuri Nikulin
Yuri Nikulin (tam adı: Yuri Vladimiroviç Nikulin, rus. Юрий Владимирович Никулин; 18 dekabr 1921[…], Demidov, Smolensk quberniyası[d] – 21 avqust 1997, Moskva) — SSRİ və Rusiya aktyoru, SSRİ xalq artisti (1973). == Həyatı == Yuri Nikulin 1921-ci ildə Smolensk quberniyasının Demidov şəhərində anadan olmuşdur. Atası Vladimir Andreyeviç siyasi maarif fakültəsini bitirmiş və Demidovdakı dram teatrında işə düzəlmişdi. Orada onun anası da aktrisa kimi çalışırdı. Yuri Nikulinin ailəsi 1925-ci ildə Moskvaya köçür. Bununla əlaqədar o, yeddinci sinifdən etibarən başqa məktəbdə oxumalı olur. 1939-cu ildə o, orduya çağırılır və zenit artilleriyasında xidmət edir. 1946-cı ildə serjant Yuri Nikulin ordudan tərxis olunur. Müharibə zamanı o, "İgidliyə görə", "Leninqradın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təlif olunmuşdu.
İvan Nikitin
İvan Savviç Nikitin (rus. Ива́н Са́ввич Ники́тин, 3.10.1824-28.10.1861)—Rusiya şairi.
Ell & Nikki
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Mirai Nikki
Future Diary və ya Yaponiyada tanınan adı ilə Mirai Nikki (未来日記, azərb. Gələcək gündəliyi‎) — Sakae Esuno tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir. Manqa seriyası 2006-cı ilin yanvarından 2010-cu ilin dekabrına kimi Kadokawa Shoten nəşriyyatının "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. Yaponiyada 12 tankobon cildi çap edilmişdir. Manqa Tokyopop tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Tokyopop manqanın 10 cildini Şimali Amerikada nəşr etdirmişdir, lakin manqanı nəşr etməyi dayandırdığından son iki cild çapdan çıxmamışdır. Pilot anime seriyası 2010-cu ilin dekabrında manqanın 11-ci cildi ilə birlikdə buraxılmışdır. Asread studiyası tərəfindən istehsal olunmuş 26 seriyadan ibarət anime serialı Yaponiyada 2011-ci ilin oktyabrından 2012-ci ilin aprelinə kimi yayımlanmışdır. Funimation animeni Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır.
Nikki (janr)
Nikki (日記, azərb. "gündəlik"‎) – ənənəvi Yaponiya ədəbiyyatında janr. Yüksək ədəbi dəyərə malik gündəliklər və ya gündəlik formasında olan hekayələrdən ibarətdir. == Tarixi == === İlk dövrlər === Yaponiyada ilk gündəliklər Çindəki rəsmi hökumət gündəlikləri əsasında formalaşmışdır. Çində rəsmilər imperatorun hərəkətlərini və dediklərini qeyd etmək üçün gündəliklərdən istifadə edirdilər. Bu ilk gündəliklər VII əsrdə Ritsuryo sisteminin qurulmasından sonra dövlət əhəmiyyətli və siyasi hadisələri təsvir edən rəsmi qeydlərə çevrilmişdir. Onlar Çin dilində yazılırdılar. Heyan dövründən etibarən hökumət rəsmiləri şəxsi gündəliklər yazmağa başlamışdırlar. Onlar şəxsi gündəliklərdə gördükləri işləri və onları sarayda narahat edən şeyləri qeyd edirdilər. Bu cür şəxsi gündəliklər çincə və ya yaponlaşdırılmış çincədə yazılırdı.Ədəbi əhəmiyyəti təsdiqlənən ilk gündəlik 935-ci ildə Ki no Tsurayuki tərəfindən yazılmış "Tosa gündəliyi"dir.
Saraşina Nikki
Saraşina Nikki (更級日記, azərb. Saraşina gündəliyi‎) – Heyan dövründə yaşamış bir saray xanımı tərəfindən 1059-cu ildən sonra yazılan nikki. Şəxsi adı naməlumdur, əsasən Suqavara no Takasuenin qızı və ya Xanım Saraşina kimi xitab edilir. O, alim, şair və saray rəsmisi olan Suqavara no Miçizanenin nəslindən idi. == Haqqında == "Saraşina Nikki" dövrün Heyan gündəliklərindən fərqlənir; həcm baxımından genişdir və müəllifin 12 yaşından 50 yaşına qədər olan həyatını təsvir edir. Müəllif atasının vitse-hakim olduğu Kazusa əyalətində böyümüşdür. 1020-ci ildə ailə ilə birlikdə Yaponiyanı səyahət edərək Kiotoya gəlmişdir. Gündəlikdə Fuci dağını, təbiət möcüzələrini və 3 aylıq səyahətində qarşılaşdığı insanları təsvir etmişdir. Daha sonra Kiotoda qalmış, lakin dini ziyarətlərə davam etmişdir. Qısa müddət ərzində imperatorluq şahzadəsinin xidmətçisi kimi fəaliyyət göstərdikdən sonra Şinano əyalətinin hakimi Taçibana no Toşimiçi ilə evlənmiş və 3 uşağı olmuşdur.Əri də daxil olmaqla ona yaxın olan bir neçə insanın ölümündən sonra buddist rahibəsi olmuşdur.