Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nistaqm
Nistaqm (yun. nystagmos — mürgü, mürgüləmə) — göz almasının qeyri-iradi, ardıcıl, ritmik hərəkəti. Bu hərəkətlər üfüqi, şaquli, dairəvi və diaqonal olur. Sağlam adamlarda da, məsələn, kresloda fırlandıqda, hərəkətdə olan qatara baxdıqda və s. ola bilər. Vestibulyar aparatın (labirintin), dəhliz-ilbiz sinirinin zədələnmələrindən, görmə itiliyinin anadangəlmə zəifliyindən və s.-dən patoloji nistaqm baş verir. Fizioloji nistaqm göz almasını tez-tez yana çevirdikdə, qulağı soyuq, yaxud ilıq su ilə yuduqda olur.
Bistam (Xoy)
Bistam — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qara Ziyəddin bölgəsinin Çaypara kəndistanında, Ziyəddin qəsəbəsindən 6 km qərbdədir.
Nistan (Sərdəşt)
Nistan (fars. نستان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 686 nəfər yaşayır (113 ailə).
Bistam döyüşü
Bistam döyüşü və ya Çəmən Bistam döyüşü — 1526-cı ildə Bistam çəmənində Übeyd xanın rəhbərliyi altında özbək qoşunu ilə Səfəvi ordusu arasında baş verən döyüş. == Arxaplan == 1524-cü ildə Durmuş xan Şamlının vəfatından sonra Məşhəd hakimi Burun sultan Təkəli də ustaclı-təkəli qarşıdurmasında qətlə yetirilmişdi. Bu xəbər tez bir zamanda Məşhədə çatdıqda Məşhəd artıq özünü müdafiə edəcək təqdirdə deyildi. Übeyd xan bu fürsəti qənimət sayıb yenidən Xorasana hücum çəkmək planı hazırlıqlarına başladı. Həsən bəy Rumlu "Əhsən ət-Təvarix" əsərində Übeyd xan Özbəyin Tus şəhərini ələ keçirməsi haqqında söhbət adlı başlıqda mövcud vəziyyəti belə şərh edir: "Dərgah əmirlərinin ixtilafı, Xoca Həbibullanın qətli, yolsuz-yordamsız şamluların Xorasandakı istilası, Durmuş xanın ölümü, Burun sultanın qətli və Xorasanın pərişanlığı haqqında xəbərlər Übeyd xana çatdıqda, o, Amudərya çayını keçib Mərvə gəldi. Oradan məiyyəti və ordusu ilə Tus şəhərinə yollandı, sultanlardan və bahadırlardan ibarət bir zümrə ilə həmin şəhərin ətrafına vüqarla qədəm qoydu və şəhəri dairə kimi araya aldı. O zaman Burun sultanın ailəsi və köçü həmin məkanda idi." Beləliklə Übeyd xan Xorasan bölgəsində baş verən qarmaşıqlıqdan istifadə edərək 1526-cı ildə ikinci Xorasan səfərinə başladı. O, ordusu ilə hicri 932 (1525–1526-cı il) Çaharcu bərə körpüsündən keçərək Mərv şəhərinə gəldi. Buradan isə Məşhəd üzərinə yeriyib şəhəri mühasirəyə aldı.Bu zaman Burun sultanın ailəsi bu şəhərdə idi. Yaxın şəhərlərin hakimi olan qızılbaşlar bir müddət şəhəri mühafizə edib qorusalar da, ərzaq azlığı mühasirədəkilərin vəziyyətini çətinləşdirmişdi.Mühasirədəkilər bir müddət sonra Səfəvi sarayından ümidi kəsərək Xorasan şəhərlərinin hakimlərinə adamlar göndərib kömək istədilər.
Niştadt sülh müqaviləsi
Niştadt sülh müqaviləsi — 1721-ci ildə Şimal müharibəsi dövründə Rusiya-İsveç arasında bağlanmışdır. Rusiya Finlandiyanı İsveçə qaytardı. Rusiya Baltik dənizinə çıxış əldə etdi. Rusiya Baltik dənizində əldə etdiyi ərazilərə görə İsveçə 1.5 milyon rubl ödədi.
Nişaq (Miyanə)
Nişaq (fars. نشق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 460 nəfər yaşayır (110 ailə).