Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nitrolaşma reaksiyası
Nitrolaşma reaksiyası – üzvi birləşmələrə nitroqrupun (-NO2) müxtəlif üsullarla daxil edilməsi prosesinə deyilir. Karbohidrogen atomunda bir və ya bir neçə hidrogen atomun nitroqrup ilə əvəz olunmasıdan əmələ gələn birləşmələrə nitrobirləşmələr deyilir. Nitroqrupun birləşdiyi karbohidrogen radikalından asılı olaraq nitrobirləşmələr 2 yerə bölünür: aromatik və alifatik nitrobirləşmələr. Aromatik nitrobirləşmələr çox böyük tətbiq sahələrinə malikdir. Onlardan boyaq sənayesində, dərman preparatları, partlayıcı maddələr və s. istehsalında istifadə olunur. Nitrobenzol əsasən (90%-ə qədər) anilin istehsalına, boyaların sintezinə (2%-ə qədər), və s. sərf olunur. Aromatik nitrobirləşmələr – rəngsiz və ya açıq sarı rəngdə yüksək temperaturda mayelərdir, ya da aşağı temperaturda əriyən bərk maddələrdir. Yüksək polyarlığına görə nitroarenlər yaxşı həlledicidirlər.