Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hiqrometr
Hiqrometr — rütubət ölçən cihazdır. Yunan sözü hiqros — "nəm" deməkdir. İki növ hiqrometr vardır: kondensasyalı metal hiqrometr və tük hiqrometri. Kondensasyalı metal hiqrometr bilavasitə şeh nöqtəsini təyin etməyə imkan verir. O, bir üzü yaxşı cilalanmış metal qutudan ibarətdir. Qutuya temperaturu ölçmək üçün termometr və efir vurmaq üçün rezin kürəcik birləşdirilir. Şeh nöqtəsi — havadakı su buxarının doymuş buxar halına keçdiyi temperatura deyilir. Efir buxarlandırmaqla qutunun hamar üzündə şeh yaranmasına nail olunur. Bu hala uyğun tempraturu bilməklə cədvələ əsasən havadaki mütləq rütubət təyin edilir. Mütləq rütubət — ədədi qiymətcə havanın bir m3 həzmindəki su buxarınən kütləsinə bərabər olan kəmiyyətə deyilir, ρ=m/V .
Mikrometr
Mikrometr (mkm, beynəlxalq işarəsi µm; yunan μικρός «balaca» + μέτρον «ölçü vahidi» sozlərindən) Beynəlxalq Vahidlər Sistemində (SI) uzunluq vahidi. Metrin milyonda bir hissəsinə (10−6 metrə və ya 10−3 millimetrə) bərabərdir: 1μm = 0,001mm = 0,0001sm = 0,00001dm = 0,000001m 1879-1967-ci illərdə adı mikron (μ) rəsmi olaraq istifadə edilmiş, sonra XIII ağırlıq və tədbirlər üzrə Baş Konfrans (1967/68) tərəfindən ləğv edilmişdir.
Nilometr
Nilometr — Nilin səviyyəsini ölçmək üçün inşa edilən tikili. Nilometrlər Fironlar dönəmindən istifadə edilməyə başlanılır. Nil daşqınından sonra vadiləri zəngin humuslu torpaq örtürdü. Bundan sonra əkin dövrü başlayırdı. Zəif daşqınlar kütləvi aclığa səbəb olurdu. Belə ki, daha az ərazi bu zəngin humusla örtülürdü. Güclü daşqınlarda böyük fəlakətlərə səbəb ola bilirdi. Daşqınların həcmini müəyyən etmək məqsədi ilə Elefantina adası və Nilin axarı boyunca bu tip tikililər inşa edilmişdir. Orta əsrlər dövründə nilometrlərin böyük qismi bərpa edilir. Hətta yeniləri belə inşa edilir.