Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nivxlər
Nivxlər (Oktyabr inqilabından əvvəlki ədəbiyyatda gilyaklar) — Amur çayı hövzəsinin aşağı axarında və Saxalin adasında yaşayan xalq. Sayları təxminən 5.8 min nəfərdir. Paleoasiya dillərindən biri olan Nivx dilində danışırlar. XIX əsrdə pravoslavlığı qəbul etmişlər. Əvvəllər şamanizm yayılmışdı. ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 237.
Kivilər
Kivilər, qanadsızlar (lat. Apterygiformes) — tilsiz quşlar dəstəsi. Qanadları zəif inkişaf etmişdir; quyruqsuzdur, ayaqları güclü, caynaqları itidir. Yumşaq lələkləri bədənini eyni dərəcədə örtür. Dimdiyi uzundur. Burun dəlikləri dimdiyinin ucundadır. Gözləri xırdadır. Kivilərin kütləsi 1,4—4 kq-a qədərdir. Kegə quşlarıdır. Yaxşı eşidir və qoxu bilir.
Nivelir
Nivelir — Nisbi hündürlüyü nivelir adlanan alətlə ölçürlər. Nivelir (fr. nivelir-hamarlamaq) — Yer səthində olan nöqtələrin hündürlük fərqinin müəyyən edilməsi üçün geodeziya alətidir. Nivelirin əsas hissəsi düzgün olaraq üfüqi istiqamətdə qurulmuş baxış borusundan ibarətdir. Üzərində bölgüləri olan iki şaquli reykanın nivelrdən görünən rəqəmləri arasında fərq, reykanın qurulduğu nöqtələrin hündürlük fərqinə bərabərdir. Dəqiq nivelirləmə zamanı Yerin əyriliyi nəzərə alını, Günəş şüaları düz yayılır, üfüqi səth əyri görünür, xətaların aradan qaldırılması üçün nivelir iki reyka arsında qurulur. Nivelirlə hündürlüklər fərqinin müəyyən edilməsi nivelirləmə adlanır. Təpənin müəyyən yamaclarından ölçülən zaman nisbi hündürlük müxtəlif qiymətlər ala bilər. Ona görə mütləq hüdürlükdən istifadə olunur.
Şivələr
Şivə, həmçinin subdialekt və ya altdialekt (q.yun. διάλεκτος, "diskurs") — müəyyən bir dildə danışanların kiçik, adətən coğrafi cəhətdən əlaqəli hissəsi tərəfindən ünsiyyətdə istifadə olunan dil növü. Bu, dialektin əsas bölgüsüdür. Булич С. К. Говор // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Говор // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Livlər
Livlər və ya livoniyalılar (latış. līvi‎ или lībieši, liv. līvlizt, q.rus либь) — Baltikyanı-fin xalqlarından biri. == Tarixi == Özlərini livli, kalamiez ("balıqçı"), bəzən də pandalist ("sahil adamı") adlandırırlar. Ural dil ailəsinin fin qrupunun pribaltika-fin qoluna mənsub olan liv dilində danışırlar. Antropoloji cəhətdən ağ (avropa) irqin aqdəniz-balt tipinə aiddirlər. Xristian dininin lüterçilik təriqətinə mənsubdurlar. Latviya Respublikasının Talsin və Ventcpil rayonlarında yaşayırlar. Assimilyasiya olunub qurtarmaq üzrədir. 1989-cu il məlumatına görə sayları 150 nəfərə yaxın olmuşdur.
Zixlər
Zixlər, həmçinin ziqlər, ziklər, zikxlər, çiqlər, çiklər və ya ciklər (q.yun. Ζυγοί, zuxoy; gürc. ჯიკები, cikebi) — Qafqazın şimal-qərbində, Zixiyanın adıq-abxaz qəbilə birliklərinin qədim yunanca, latınca və gürcücə adları. Bu adlandırmadan antik dövrdən son orta əsrlər dövrünə qədər istifadə edilmişdir. Zixlər müasir adıqların və abxazların etnogenezində əsas komponentlərdən biri olmuşdur. Strabon özünün "Coğrafiya" əsərinin XI kitabında zixlər haqqında məlumat vermişdir. Лавров Л. И. О происхождении народов Северо-Западного Кавказа, в кн.: Сборник статей по истории Кабарды, в. Зихи. Нальчик, 1954, с. 193—207.
Divlər
Div — Azərbaycan nağıllarının personajlarından biri. Avestadakı cinayətkar obrazından yaradılmışdır. Yarım heyvan, yarım insan nəhəng, azman əfsanəvi varlıqdır. Nağıllarda divin növləri də var: Ağ Div, Qara Div, Zili div və s. == Mənşəyi və xüsusiyyətləri == Div obrazı atəşpərəstlərin müqəddəs kitabı olan Avestanın 'Vi Dayevo Datom' ve ya 'Vidivdad' , 'Vendidat' adlanan (tərcüməsi 'Divlərə qarşı qanun') fəslindəki cinayətkar təsvirindən yaranmışdır. Kitaba görə cinayətkarlar dinindən dönənlər və dini ayinlərə riayət etmədiklərinə görə ictimai-təhlükəli əməllərə əl alanlardır. Nağıllardakı divlər nağıllarda insanları yeyir, böyük qulaqlı, böyük dişli, böyük ağızlı dəyişik növləri vardır. Böyük qulaqlı nəhənglər yer altında yaşayırlar. Bəzən alt dodağı yerdə, üst dodağı göydə bir zənci olaraq görünürlər. Əlində çox vaxt heyvan başlı bir çubuğu və ya toppuzu tapılar.
Adventiv növlər
Adventiv növlər (latın: adveticius — yad, gəlmə) — başqa qruplaşmadan və ya coğrafi vilayətlərdən gətirilən (və ya gələn) növlər. Ölkəmizə gətirilmiş amarant, sabah gülü. evkalipt kimi bitkilər, ağ amur, qalınalın, daban balıq, yenotabənzər it və b. heyvanlar adventiv növlər hesab oluna bilər. Son illər ölkəmizə gətirilən bitkilərin sayı durmadan artmaqdadır. Ancaq onların çoxu bizim şəraitə uyğunlaşmış nəsil törədə bilmirlər.
Antaqonist növlər
Mikrobiologiyada antaqonizm mikroorqanizmlər arasında qeyri-simbiotik əlaqənin bir növüdür, burada bir ştam digərinin böyüməsinin tamamilə qarşısını alır və ya ləngidir. Bu prosesi həm təbii, həm də süni (laboratoriya) şəraitdə müşahidə etmək mümkündür. Antaqonist mikrorqanizmlər istənilən taksonomik qrupa aid oluna bilərlər.Ümumilikdə mikroorqanizmlərin bu halı bioloji antaqonizmin bir hissəsidir. Mikroorqanizm digər mikroorqanizmin böyüməsinə və fəaliyyətinə maneə törədən antibiotik xüsusiyyətləri olan kimyəvi maddələr ifraz etdikdə bu hal baş verir. Bu zaman kimyəvi maddəni ifraz edən mikroorqanizm rəqabət üstünlüyü əldə edir. Digər mexanizmlər də mümkündür. Mikroorqanizmlərin antaqonizmi daimi rəqabətin olduğu torpaqda geniş yayılmışdır. Bu proses ilk dəfə 1877-ci ildə L. Paster tərəfindən təsvir edilmişdir. == Nümunələr == Mikroorqanizmlər arasında antaqonizmə nümunə olaraq nistatin istehsal edən aktinomisetlər tərəfindən maya artımının qarşısının alınmasını göstərmək olar. Başqa bir nümunə, qrammənfi aerob çubuqşəkilli bakteriya lat.
Endemik növlər
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Kosmopolit növlər
Kosmopolit növlər — Yer kürəsinin hər yerində müvafiq ekosistemdə yayılan növlər. Bu cür növlərin arealları adətən qeyri-məhdud olur (birhüceyrəli heyvanlar- infuzorlar. Konsumentlər- canlı üzvü maddələrlə qidalanan heterotrof orqanizmlər (məs., heyvanlar).
İnvasion növlər
İnvaziv və ya işğalçı növ (lat. İnvadio "işğalçı, istilaçı") — yeni mühitə introduksiya edilmiş zərərverici növlər üçün istifadə olunan termindir. İnvaziv növlər yaşayış yerlərinə və bioregionlara mənfi təsir edərək ekoloji, iqtisadi ziyan vurur. Termin, həm də qida şəbəkəsində insan dəyişikliklərindən sonra ekosistemə zərər verən yerli növlər üçün də istifadə edilə bilər. 20-ci əsrdən bəri invaziv növlər bütün dünyada ciddi iqtisadi, sosial və ekoloji təhlükəyə çevrilmişdir. Məsələn, Azərbaycanda Amerika yenotu, nutriya kimi işğalçı növlər (sonradan ölkəyə gətirilən) vardır.
İstilaçı növlər
İnvaziv və ya işğalçı növ (lat. İnvadio "işğalçı, istilaçı") — yeni mühitə introduksiya edilmiş zərərverici növlər üçün istifadə olunan termindir. İnvaziv növlər yaşayış yerlərinə və bioregionlara mənfi təsir edərək ekoloji, iqtisadi ziyan vurur. Termin, həm də qida şəbəkəsində insan dəyişikliklərindən sonra ekosistemə zərər verən yerli növlər üçün də istifadə edilə bilər. 20-ci əsrdən bəri invaziv növlər bütün dünyada ciddi iqtisadi, sosial və ekoloji təhlükəyə çevrilmişdir. Məsələn, Azərbaycanda Amerika yenotu, nutriya kimi işğalçı növlər (sonradan ölkəyə gətirilən) vardır.
Divlər (Rasim Babayev)
Divlər — Azərbaycan rəssamı Rasim Babayev tərəfindən 1970–2000-ci illərdə yaradılmış əsərlər seriyası. Seriyanın əsas xüsusiyyəti Azərbaycan mifologiyasından olan div personajının alleqorik qüvvə kimi müxtəlif mövzulara həsr edilmiş tabloların qəhrəmanı kimi istifadə edilməsidir. Seriyanın ilk əsəri olan "Ekstremistlər marşı" tablosu 1970-ci illərdə ərsəyə gətirilib. Seriyaya "Adəm-Həvva və divlər", "Div və qadın", "Div və kalliqrafiya", "Div yuxusu", "Hirsli div", "Piyalə ilə div", "Oynayan div", "Cəhənnəmdə div", "Qəlyan çəkən div", "Təəccüblənmiş div", "Fikirli div" və sair əsərlər daxildir. == Tarixi və analizi == Rəssamın dünyagörüşünün formalaşmasında və yaradıcılıq dünyasının püxtələşməsində təbii ki, Azərbaycan folklorunun — nağıl və dastanların, onların dərin fəlsəfi mahiyyətinin, milli-mənəvi dəyərlərin və milli etnoqrafik xüsusiyyətlərimizin böyük təsiri olub. Onun yaradıcılığında iki qüvvənin — xeyirlə şərin, işıqla zülmətin mübarizəsi təsvir olunub. 70-ci illərdən etibarən xeyir və şər anlamları rəssamın əsas mənəvi meyarına çevrilərək öz bədii təcəssümünü onun yaradıcılığında tapır. Erkən mərhələdə bu obrazlar əksər halda Sovet sisteminin, sovet ideologiyasının kabusları mənasında rəssamın əsərlərinə yol açırlar. Bu dövrü xatırlayan rəssamın deyir: "Mənim divlərim həmin dövrdə Sovet totalitar sisteminin qorxunc və dəhşətli obrazlarını simvolizə edirdi." Seriyanın ilk əsəri olan "Ekstremistlər marşı" tablosunda "Xeyir və şər" kontekstindən bəhrələnən və əsərin əsas personajlarını təşkil edən ekstermist obrazları stilizə edilərək, insan qiyafəsindən çıxmış və zombi halına düşərək sıra ilə addımlayan qara və şər qüvvələri təmsil edirlər. Burada ilk dəfə olaraq, rəssam öz etik şkalasından çıxış edərək, şər qüvvəsinin təmsilçilərini insanlıqdan kənar olan nəhəng mutantlar obrazında canlandırır.
Adaçayı cinsinə aid növlər
Ağcaqayın cinsinə aid növlər
Banksiya cinsinə aid növlər
Bulbofillium cinsinə aid növlər
Nəsli kəsilməkdə olan növlər
Biomüxtəliflik — nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növlərinin mühafizəsi. Mənbə: Zaman qəzeti Arxivləşdirilib 2015-09-27 at the Wayback Machine Bioloji müxtəliflik — yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir və təbii şəraitin müxtəlifliyi ilə əlaqədar heyvanlar aləmi də çox rəngarəngdir. Respublikamızın ərazisində indiyədək faunanın 18 min növü qeydə alınıb. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiyalar və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növünü əhatə edir. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında da rast gəlinir. Amma ölkədə heyvanlar aləmi elmi öyrənilməsi 200 il öncə başlansa da onun planlı və sistemli tədqiqinə 1920-ci ildən start verilib. Hazırda zooloqların çoxillik gərgin əməyi sayəsində 1500 növdən artıq ibtidailər, 1200 növdən artıq heyvan paraziti qurdları (helminlər), 300 növdən artıq fitohelmintlər, 290 növdən artıq rotatorı, 360 növdən artıq xərçəngkimilər, 311 növ molyusklar, 101 növ və yarımnöv balıqlar, 10 növ suda-quruda yaşayanlar, 54 növ sürünənlər, 348 növ quşlar, 97 növ məməlilər ( o cümlədən 13 növ cücüyeyən, 27 növ yarasa, 29 növ gəmirici, 2 növ dovşankimi, 19 növ yırtıcı, 9 növ dırnaqlı, 1 növ üzgəcanaqlı) aşkara çıxarılıb. Lakin son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.
Phytoseiidae fəsiləsinə aid növlər
Dendroxilum cinsinə aid növlər
Divlər sarayı (film, 1968)
== Məzmun == Elmi-kütləvi filmdə Azərbaycan arxeoloqları tərəfindən aşkar edilmiş Azıx mağaralarından bəhs olunur. Bu mağaralar öz böyüklüyünə və tarixi əhəmiyyətinə görə dünyada üçüncü, sabiq SSRİ-də isə birinci böyük mağaradır. Arxeoloji qazıntılar zamanı tapılmış nadir əşyalar və insan sümükləri 500-600 min il bundan qabaq həmin mağaralarda qədim insanların yaşadığını bir daha sübut edir. Əsrlərdən yadigar qalmış bu təbii mağaralar müasir və gələcək nəsillərə hələ çox sirr açacaqdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Musa Bağırov Ssenari müəllifi: Məmmədəli Hüseynov, Fəraməz Səfiyev Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Pyrethrum nivale
Tanacetum nivale (lat. Tanacetum nivale) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Pyrethrum nivale (Sch.Bip.) Sch.Bip. ex Boiss. Pyrethrum pseudoparthenium Boiss. & Kotschy Tanacetum pseudoparthenium (Boiss. & Kotschy) Sch.Bip.
Tanacetum nivale
Tanacetum nivale (lat. Tanacetum nivale) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. Pyrethrum nivale (Sch.Bip.) Sch.Bip. ex Boiss. Pyrethrum pseudoparthenium Boiss. & Kotschy Tanacetum pseudoparthenium (Boiss. & Kotschy) Sch.Bip.
Trillium nivale
Trillium nivale (lat. Trillium nivale) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü.
Leontopodium nivale
Leontopodium nivale (lat. Leontopodium nivale) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin edelveys cinsinə aid bitki növü.
Chianthemum nivale
Qar xədicəgülü (lat. Galanthus nivalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin xədicəgülü cinsinə aid bitki növü.
Bulbofillium cinsinə aid növlər/P-X