Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nitrifikasiya
Nitrifikasiya (lat. nitrogenium — azot) – ammonium duzlarının nitratlarla mikrobioloji çevrilməsi prosesi; torpaqda və su hövzələrində gedir. Yandırılan məhsullar nəticəsində atmosferdə toplanan azot oksidləri yağış və s. yollarla suya, torpağa daxil olduqda oradakı nitrifikasiya bakteriyalarının köməyi ilə nitratlara çevrilir. Suda bu duzların çox toplanması onu içmək üçün yararsız edir. Torpaqda nitrifikasiyanın qarşısını almaq üçün bu prosesi ləngidən kimyəvi maddələrdən istifadə edilir. Ammoniumu və ammonium duzlarını nitratlara çevirən torpaq və su aerob bakteriyaları.