Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nitril
Üzvi kimyada nitril -C≡N funksional qrupu olan hər hansı üzvi birləşmədir. Nitril kauçuk, yanacaq və yağlara davamlı olduğundan avtomobil və digər contalarda da geniş istifadə olunur. Tərkibində birdən çox nitril qrupu olan üzvi birləşmələr siyanokarbonlar kimi tanınır.
Koza Nostra
Koza nostra (it. Cosa nostra ) — Siciliyada yaranmış, 1930-cı illərdən Nyu-Yorkda iri İtaliyan-Amerikan mafiya qruplaşması. 1930-cu illərdən fəaliyyət göstərən Nyu-Yorkun 5 cinayət ailəsi Amerikada ən təhlükəli cinayət qruplaşması olmuşdur. Koza nostra yarandığı gündən Laki Luçianonun təsis etdiyi "Komissiya" tərəfindən idarə olunmuş və onilliklərlə toxunulmazlığını qorumuşdur. Ailələrə qarşı mübarizə göstərməkdə dövlət qurumları da gücsüz qalmış, hətta bəzən onlara kömək üçün müraciət etmişdir. İkinci dünya müharibəsində Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Strateji Xidmətlər Bürosu (OSS) Luçianodan qeyri-könüllü xidmət görür. 1960-cı ildə Mərkəzi Kəşfiyyat Agentliyi Kuba lideri Fidel Kastronun həyatına qəsd etmək üçün İtalyan mafiyasından kömək istəyir. Lakin onlar dövlətlə işləməkdən boyun qaçırırlar. 2007-ci ildə vəfat etmiş keçmiş MKİ agenti Edvard Hant isə ölümündən qabaq ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətlində agentlik və mafiyanın əlbir olduğunu etiraf etmişdir. Koza nostra 1980-cı illərin sonlarına kimi ən güclü mütəşəkkil cinayət forması qalmışdır, lakin son 20 ildə ailədaxili çəkişmələr və xəyanət nəticəsində qismən zəifləmişdir.
1994 Nortrid zəlzələsi
1994 Nortrid zəlzələsi ― 17 yanvar 1994 tarixində Sakit standart saatı ilə yerli vaxtla saat 04:31-də Amerika Birləşmiş Ştatları, Kaliforniya, Los Anceles şəhərində meydana gələn zəlzələ. Zəlzələnin San Fernando Vadisində ki Nortrid bölgəsində sıx olmasından dolayı və həmçinin KİV-in bu adı istifadə etməsindən dolayı Nortrid Zəlzələsi olaraq adlandırılır. Zəlzələnin əsas episentri Resedada olub. 10-20 saniyə aralığında davam edən zəlzələnin moment maqnitudu 6,7 bal gücündə olub. Zəlzələdə ölçülən 1,7g-lik (16,7 m/s2) güclü yer sarsıntısının dəyəri Şimali Amerikanın yaşayış yerlərində o günə qədər ölçülmüş ən yüksək dəyər olmuşdur . Zəlzələnin episentri 360 km (220 mil) uzaqlıqda olan Las Veqasdada hiss edilib. Rinaldi stansiyasında qeydə alınan 183 sm/s-lik (6.59 km/saat və ya 4.09 mil/saat) o günə qədər qeydə alınan ən sürətli pik yer sürəti (PGV) dəyəridir. Zəlzələdə 57 nəfər ölmüş, 8700-dən çox insan yaralanmışdır. Təxminən $20 milyard dollar zərərə səbəb olan zəlzələ, o günə qədər ABŞ tarixinin ən çox maddi zərərə səbəb olan təbii fəlakətlərdən biridir. == Zəlzələnin episentri == Zəlzələ Los Anceles şəhər mərkəzindən 31 km (20 mil) şimal-qərbdə, Nortrid bölgəsi yaxınlığında San Fernando Vadisində baş verdi.
La Coka Nostra
La Coka Nostra (qısaca LCN) — 2006-cı ildə Nyu-Yorkda qurulan ABŞ hip-hop qrupu. == Haqqında == La Coka Nostra 2005-ci ilin sonlarında heç bir albom yazmaq niyyətində olmadan yaranmışdır. Danny Boy sayəsində qrupa qatılan qrup üzvlərinin hər biri ayrı-ayrılıqda tanınan və sevilən hip-hop sənətçiləridir. House Of Pain qrupundan sonra video prodüserliyi və dəb işlərinə yönələn Danny Boy Bostonda Slaine ilə tanış oldu. Onun yazdıqlarını bəyənən Danny boy bir neçə mahnı yazımı üçün onu Los-Anceles-ə gətirdi. Nəticədə House Of Pain qrupunun köhnə üzvləri, İll Bill ilə Psycho Realm və Special Teamz qruplarının da qatılması ilə yeni bir qrup meydana gəldi. 2008-ci ilin sonlarına yaxın qrup Suburban Noize Records-la kontrakt imzaladı və 14 iyul 2009-cu il tarixində ilk albomunu çıxardı. Danny Boy e-mail vasitəsilə əlaqə qurub işləməyi rədd edib hər kəsin studiyada olmasını istədiyi üçün albomun ərsəyə gəlməsi uzun çəkdi. İll Bill və Everlast-ın solo albomları üzərində işləmələri və konsert turlarının olması da albomun gecikməsində əsas rol oynadı. "A Brand You Can Trust" 15 mahnıdan ibarət olub, politika, uşaq böyütmək, narkomaniya, ölüm və terrorizm kimi gerçək mövzularla əhatə olundu.
Rostral sütun (Sankt-Peterburq)
Rostral sütun (rus. Ростральные колонны) – Sankt-Peterburqun mərkəzində, Vasilevski adasında yerləşən memarlıq abidəsi. XIX əsrdə Rusiyanın şimal paytaxtının liman mayakı kimi istifadə olunmuşdur. == Tarixi == Rostral sütunlar 1810-cu ildən etibarən, sütunları gəmi rostrları ilə bəzəyən fransız memar Jan Toma de Tomonun layihələri əsasında inşa edilməyə başlanmışdır. Bu cür dizayn ölkənin donanmasının gücünü göstərməklə yanaşı, həm də sütunları məhv edilmiş düşmən gəmilərinin rostrları (lat. Rostra, cəm şəklində lat. Rostrum, gəminin burnu) ilə bəzəmək kimi Qədim Roma adətinə əsaslanır. Sütunun layihəsi üzərində həm dəVoloqod quberniyasında kasıb kəndli ailəsindən çıxmış məşhur bənna Samson Suxanov işləmişdir. Sütun altlığındakı heykəllər İ. Jamberlen və J. Tibo tərəfindən işlənmişdir. Sütunun açılışı 1815-ci ildə baş tutmuş və mayak 1885-ci ilə kimi gecələr və dumanlı havalarda yandırılmışdır.
Nostra Senyora de Meritxell Xəstəxanası
Nostra Senyora de Meritxell Xəstəxanası — Andorradakı yeganə xəstəxana. O, Andorranın himayədarı olan Meritxel xanımının şərəfinə adlandırılıb. == Tarixi == Xəstəxana 1993-cü ildə Eskaldes-Enqordanidə cəmi 5000 m²-lik çox dik bir ərazidə tikilmişdir. 12 mertebede tikilib. Üç aşağı səviyyə 267 avtomobil üçün dayanacaq təmin edir. Üst mərtəbələr S şəkilli xətti blok təşkil edir. Oteldə şəxsi vanna otağı olan 192 tək otaq var. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70-ci ildönümünə həsr olunmuş xəstəxana meydanında incəsənət instalyasiyasının açılışı 2018-ci ilin dekabrında Səhiyyə Naziri Karles Alvares tərəfindən olmuşdur. Yeni radioterapiya şöbəsi xəstəxananın yanında, Avenida Fiter Rossel küçəsindəki avtomobil dayanacağında tikiləcək və ona liftlə qoşulacaq. Xüsusi müalicə üçün xəstələr vertolyotla Barselonaya və ya Tuluzaya göndərilə bilər.
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.