Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Novelda
Novelda (isp. Novelda) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 75,7 km² hissəsini əhatə edir.2010-cu ildə hesablamalara görə əhali 27104 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 24 km uzaqlıqda yerləşir.
Novella
Əsəri maraqlı edən cəhətlərdən biri də onun gözlənilməz sonluqla bitməsidir. Belə əsərlər novella adlanır. Misal üçün Mir Cəlalın "Badamın ləzzəti" novellasında məlum olur ki, sözü gedən badam heç də meyvə deyilmiş, bir nənənin adı imiş. Yaxud da Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" əsəri, Cəlil Məmmədquluzadənin "Qurbanəli bəy" əsəri və s. novellaya aid edilə bilər. Novella epik növün bir növü olub və hekayəyə bənzəyir. Mənası "xəbər"deməkdir.
Novell
Novell 1969-cu ildə Novell Data Systmes Inc. adı ilə Utah-da George Canova, Darin Field və Jack Davis tərəfindən quruldu. Novell adının mənası fransızcadan yeni / təzə olan "nouvelle"-dən əmələ gəlir. Novell mərkəzi Massaçusetts-də olan bir Software şirkətidir. Novell dünyanın 22-ci ən böyük kompüter şirkətidir və xüsusi ilə server sistemləri və Linuks Əməliyyat sistemi ilə fəaliyyət göstərir.
Lovely
"Lovely" — amerikalı müğənni Billi Ayliş və Xalidin mahnısı. Darkroom və Interscope Records tərəfindən "13 səbəb" serialının ikinci mövsümünün soundtreki olaraq buraxılıb. Mahnı Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin delüks versiyasına da daxil edilib.
Novella Cəfəroğlu
Novella Cəfəroğlu və ya Novella Cəfərova (3 mart 1941, Naxçıvan) — hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri. == Həyatı == Novella Cəfəroğlu 1941-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 1958-ci ildə orta məktəbi, 1963-cü ildə isə universiteti bitirmişdir. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsi üzrə ali təhsilini tamamlamışdır. Universiteti bitirdikdən sonra kimyaçı mühəndis kimi mərkəzi regional laboratoriyada işləməyə başlamışdır. Cənub Geoloji ekspedisiyası, Baş Geoloji idarə, Azərbaycan Əlvan Metallurgiya Elmi-tədqiqat laboratoriyası kimi qurumlarda müxtəlif vəzifələrdə çalışmışdır. 1986-ci ildən isə Bakı Dövlət Universitetində işləməyə başlamışdır. == Siyasi fəaliyyəti == 1989-cu ildə yaradılan Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin 1993-ci ildə sədri seçilmişdir. Həmin cəmiyyətin aktiv fəallarından olan Novella xanım həmçinin Azərbaycan Milli Azadlıq Hərəkatının üzvü də olmuşdur. 2007-ci ildə Avropa Şurasının insan hüquqları üzrə eksperti seçilmişdir.
Qapı (novella)
Qapı — Maqda Sabonun novellası. == Məzmun == Əsər olduqca zəhmətkeş bir qadının (Emerenc) keşməkeşli ibrətamiz həyatından bəhs edir. == Haqqında == 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransa-nın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" təqdim edilmişdir.
Qan xətti (novella)
Qan xətti (ing. Bloodline) — Sidni Şeldonun 1977-ci ildə yazdığı romandır.
Şur (xoreoqrafik novella)
"Şur" — Fikrət Əmirovun 1968-ci yazdığı xoreqrafik novella.
Pal küçəsinin oğlanları (novella)
Pal küçəsinin oğlanları (mac. "A Pál utcai fiúk", 1906) – macar yazıçısı Ferens Molnar tərəfindən yazılmış və ilk nəşri 1906-cı ildə olmuşdur. Hamının gözlədiyindən fərqli olaraq, cəsarətli addım ata bilən oğlan uşağı haqda psixoloji əsərdir.Macarıstanda erməni hərbçisini qətlə yetirdiyi üçün həbsdə olan (2006-2012) Azərbaycan zabiti Ramil Səfərov macar dilindən tərcümə etdiyi novellalardan məhz biridə budur . == Əsərdən seçilmiş hissələr == Vəziyyəti başa düşmək üçün EİNSTAND-ın nə olduğunu bilmək lazımdır. Bu Peştli uşaqların öz aralarında istifadə etdikləri bir söz var idi. Belə ki, əgər fiziki cəhətdən güclü olan, həndəvərində özündən daha zəif və çəlimsiz uşaqların kürə-kürə və ya top oynadıqlarını görərsə, onların kürələrini, toplarını və ya digər oyun alətlərini əllərindən almaq istəyərsə, sadəcə olaraq onlara yaxınlaşaraq EİNSTAND deməsi kifayət idi. Qulağa bir o qədər də xoş gəlməyən bu almanca kəlmə, güclü olanın oyun alətlərini bir döyüş qəniməti olaraq qəbul etdiyini, bu uğurda davaya hazır olduğunu və ona qarşı çıxanların isə döyülməyi göz altına almalarını anladırdı. Bir sözlə, EİNSTAND müharibə elan etmək demək idi. Eyni zamanda, bu kəlmə mühasirəyə almağın, fiziki güc tətbiq etməyin, zorakılığın, quldurluğun kəsə yoldan izahında istifadə olunur. Meydança!
Sən qaranlıqdan qorxursan? (novella)
Sən qaranlıqdan qorxursan? (ing. Are You Afraid of the Dark?) — Sidni Şeldonun 2004-cü ildə yazdığı romandır. Əsər Triller janrında yazılmışdır. == Xarici keçidlər == Sidney Sheldon Are You Afraid of the Dark?
Yad qadının məktubu (novella)
Yad qadının məktubu (alm. Brief einer Unbekannten‎) — Ştefan Svayq tərəfindən 1920-ci illərin əvvəlində yazılmış novelladır. Əsər məktub şəklindədir. Məşhur yazıçıya aşiq olan gizli aşiq məhəbbətini məktubda ifadə edərək yazıçını heyrətləndirir. == Məzmun == Novella məşhur roman ustası R.-in ona gələn məktubları yoxlaması ilə başlayır və bir qadının məktubu ilə davam edir. Məktubunda qadın: "Ey məni tanımayan və daima sevdiyim insan, sən" deyə sevdiyinə müraciət edir. Qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları məktubda təsvir olunur. Məktubun başlanğıcında qadın uşağının ölümündən bəhs edir. Daha sonra yazıçını ilk dəfə görməsini, hər gün onu güdməsini, yazıçıya hər doğum günündə ağ qızılgüllər göndərməsi haqda yazır. Sevgisini heç vaxt etiraf etməyən qadın, sadəcə, onun xoşbəxtliyi, onunla keçirdiyi xoşbəxt anları və onun oğlu ilə özünü təsəlli edir.
Əgər sabah açılsa (novella)
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) — Sidni Şeldonun 1985-ci ildə yazdığı romandır.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru. (男子高校生で売れっ子ライトノベル作家をしているけれど、年下のクラスメイトで声優の女の子に首を絞められている。, azərb. Mən liseydə oxuyan oğlanam və uğurlu ranobe müəllifiyəm, lakin seyyu və məndən yaşca kiçik olan bir qız sinif yoldaşım məni boğmağa çalışır.‎) — Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works nəşriyyatı tərəfindən 3 cildi buraxılmışdır. == Media == === Ranobe === Əsər Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 10 yanvar 2014-cü ildə ASCII Media Works nəşriyyatı tərəfindən buraxılmışdır. 10 iyun 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.