novdan
novella-dram
OBASTAN VİKİ
Novella
Əsəri maraqlı edən cəhətlərdən biri də onun gözlənilməz sonluqla bitməsidir. Belə əsərlər novella adlanır. Misal üçün Mir Cəlalın "Badamın ləzzəti" novellasında məlum olur ki, sözü gedən badam heç də meyvə deyilmiş, bir nənənin adı imiş. Yaxud da Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" əsəri, Cəlil Məmmədquluzadənin "Qurbanəli bəy" əsəri və s. novellaya aid edilə bilər. Novella epik növün bir növü olub və hekayəyə bənzəyir. Mənası "xəbər"deməkdir.
Novella Cəfəroğlu
Novella Cəfəroğlu və ya Novella Cəfərova (3 mart 1941, Naxçıvan) — hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri. Novella Cəfəroğlu 1941-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 1958-ci ildə orta məktəbi, 1963-cü ildə isə universiteti bitirmişdir. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsi üzrə ali təhsilini tamamlamışdır. Universiteti bitirdikdən sonra kimyaçı mühəndis kimi mərkəzi regional laboratoriyada işləməyə başlamışdır. Cənub Geoloji ekspedisiyası, Baş Geoloji idarə, Azərbaycan Əlvan Metallurgiya Elmi-tədqiqat laboratoriyası kimi qurumlarda müxtəlif vəzifələrdə çalışmışdır. 1986-ci ildən isə Bakı Dövlət Universitetində işləməyə başlamışdır. 1989-cu ildə yaradılan Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin 1993-ci ildə sədri seçilmişdir. Həmin cəmiyyətin aktiv fəallarından olan Novella xanım həmçinin Azərbaycan Milli Azadlıq Hərəkatının üzvü də olmuşdur. 2007-ci ildə Avropa Şurasının insan hüquqları üzrə eksperti seçilmişdir.
Qapı (novella)
Qapı — Maqda Sabonun novellası. Əsər olduqca zəhmətkeş bir qadının (Emerenc) keşməkeşli ibrətamiz həyatından bəhs edir. 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransa-nın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" təqdim edilmişdir.
Qan xətti (novella)
Qan xətti (ing. Bloodline) — Sidni Şeldonun 1977-ci ildə yazdığı romandır.
Şur (xoreoqrafik novella)
"Şur" — Fikrət Əmirovun 1968-ci yazdığı xoreqrafik novella.
Pal küçəsinin oğlanları (novella)
Pal küçəsinin oğlanları (mac. "A Pál utcai fiúk", 1906) – macar yazıçısı Ferens Molnar tərəfindən yazılmış və ilk nəşri 1906-cı ildə olmuşdur. Hamının gözlədiyindən fərqli olaraq, cəsarətli addım ata bilən oğlan uşağı haqda psixoloji əsərdir.Macarıstanda erməni hərbçisini qətlə yetirdiyi üçün həbsdə olan (2006-2012) Azərbaycan zabiti Ramil Səfərov macar dilindən tərcümə etdiyi novellalardan məhz biridə budur . Vəziyyəti başa düşmək üçün EİNSTAND-ın nə olduğunu bilmək lazımdır. Bu Peştli uşaqların öz aralarında istifadə etdikləri bir söz var idi. Belə ki, əgər fiziki cəhətdən güclü olan, həndəvərində özündən daha zəif və çəlimsiz uşaqların kürə-kürə və ya top oynadıqlarını görərsə, onların kürələrini, toplarını və ya digər oyun alətlərini əllərindən almaq istəyərsə, sadəcə olaraq onlara yaxınlaşaraq EİNSTAND deməsi kifayət idi. Qulağa bir o qədər də xoş gəlməyən bu almanca kəlmə, güclü olanın oyun alətlərini bir döyüş qəniməti olaraq qəbul etdiyini, bu uğurda davaya hazır olduğunu və ona qarşı çıxanların isə döyülməyi göz altına almalarını anladırdı. Bir sözlə, EİNSTAND müharibə elan etmək demək idi. Eyni zamanda, bu kəlmə mühasirəyə almağın, fiziki güc tətbiq etməyin, zorakılığın, quldurluğun kəsə yoldan izahında istifadə olunur. Meydança!
Sən qaranlıqdan qorxursan? (novella)
Sən qaranlıqdan qorxursan? (ing. Are You Afraid of the Dark?) — Sidni Şeldonun 2004-cü ildə yazdığı romandır. Əsər Triller janrında yazılmışdır. Sidney Sheldon Are You Afraid of the Dark?
Yad qadının məktubu (novella)
Yad qadının məktubu (alm. Brief einer Unbekannten‎) — Ştefan Svayq tərəfindən 1920-ci illərin əvvəlində yazılmış novelladır. Əsər məktub şəklindədir. Məşhur yazıçıya aşiq olan gizli aşiq məhəbbətini məktubda ifadə edərək yazıçını heyrətləndirir. Novella məşhur roman ustası R.-in ona gələn məktubları yoxlaması ilə başlayır və bir qadının məktubu ilə davam edir. Məktubunda qadın: "Ey məni tanımayan və daima sevdiyim insan, sən" deyə sevdiyinə müraciət edir. Qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları məktubda təsvir olunur. Məktubun başlanğıcında qadın uşağının ölümündən bəhs edir. Daha sonra yazıçını ilk dəfə görməsini, hər gün onu güdməsini, yazıçıya hər doğum günündə ağ qızılgüllər göndərməsi haqda yazır. Sevgisini heç vaxt etiraf etməyən qadın, sadəcə, onun xoşbəxtliyi, onunla keçirdiyi xoşbəxt anları və onun oğlu ilə özünü təsəlli edir.
Əgər sabah açılsa (novella)
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) — Sidni Şeldonun 1985-ci ildə yazdığı romandır.
Dağ novellası (film, 1979)
"Dağ novellası" (rus. Горская новелла) — rejissorlar İzmail Burnasev və İles Tatayevin filmi. == Məzmun == Film çeçen ucqar dağ kəndinin həyatından bəhs edir. Baş qəhrəman gənc müəllim Svetlana Smirnova yerli məktəbdə işləmək üçün buraya gəlir. Bu gəlişdən sonra kənddə onunla bağlı bir çox hadisələr baş verir... == Film haqqında == Filmin istehsal olunduğu il bəzi mənbələrdə 1978-ci il kimi də göstərilir. Film kinorejissor İles Tatayevin bədii kinoda debütü hesab olunur. Film 1979-cu ildə Bakıda keçirilən 8-ci Ümumittifaq televiziya filmləri festivalında münsiflər heyətinin mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri : İles Tatayev, Səid Çaxkiyev Quruluşçu rejissorlar : İzmail Burnasev, İles Tatayev Quruluşçu operator : Valeri Lyanov Quruluşçu rəssam : T. Basiyev Səs operatoru : N. Kropotov İkinci rejissorlar : X. Xidayev, L. Dzuqutova İkinci operator : K. Bekuzarov Montaj edən : T. Kyaxidi Qrim : V. Platonov İnzibatçı : X. Tatayev Rejissor assistentləri : R. Lyanov, V. Susiyev, Z. Kasayeva Operator assistentləri : K. Çexoyev, A. Şmoylov Səs operatorunun assistentləri : Q. David, T. Albeqova Redaktor : İ. Pritula Filmin direktorları : V. Abayev, L. Xasiyev === Rollarda === == İstinadlar == == Mənbə == Горская новелла. Кино-Театр.ru Горская новелла kinopoisk.ru Татаев Илес Вахидович — Биография "ЗОЛОТОЙ ФОНД" СЕВЕРО-КАВКАЗСКОГО КИНЕМАТОГРАФА В ДАР ЧЕЧЕНСКОЙ РЕСПУБЛИКЕ Arxivləşdirilib 2013-04-03 at the Wayback Machine == Xarici keçidlər == Горская новелла Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Художественный фильм — Горская Новелла Горская новелла Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Художественный фильм "Горская новелла".
Dekamerondakı novellaların siyahısı
Aşağıdakı siyahıda Covanni Bokkaççonun "Dekameron" əsərinə daxil olan novellalalar günlər üzrə müvafiq sıra ilə göstərilmiş, həmçinin novellaların mənbəsi və sonrakı istifadə tarixi haqqında məlumat verilmişdir. Müəllif əsəri yazarkən hər novellanın əvvəlində qısa məzmun qeyd etmişdir. Aşağıdakı siyahıda da novellaların məzmunu göstərilərkən məhz həmin qısa məzmunlardan (Beydulla Musayevin tərcüməsində) istifadə edilib.
Dağ novellası
"Dağ novellası" (rus. Горская новелла) — rejissorlar İzmail Burnasev və İles Tatayevin filmi. == Məzmun == Film çeçen ucqar dağ kəndinin həyatından bəhs edir. Baş qəhrəman gənc müəllim Svetlana Smirnova yerli məktəbdə işləmək üçün buraya gəlir. Bu gəlişdən sonra kənddə onunla bağlı bir çox hadisələr baş verir... == Film haqqında == Filmin istehsal olunduğu il bəzi mənbələrdə 1978-ci il kimi də göstərilir. Film kinorejissor İles Tatayevin bədii kinoda debütü hesab olunur. Film 1979-cu ildə Bakıda keçirilən 8-ci Ümumittifaq televiziya filmləri festivalında münsiflər heyətinin mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri : İles Tatayev, Səid Çaxkiyev Quruluşçu rejissorlar : İzmail Burnasev, İles Tatayev Quruluşçu operator : Valeri Lyanov Quruluşçu rəssam : T. Basiyev Səs operatoru : N. Kropotov İkinci rejissorlar : X. Xidayev, L. Dzuqutova İkinci operator : K. Bekuzarov Montaj edən : T. Kyaxidi Qrim : V. Platonov İnzibatçı : X. Tatayev Rejissor assistentləri : R. Lyanov, V. Susiyev, Z. Kasayeva Operator assistentləri : K. Çexoyev, A. Şmoylov Səs operatorunun assistentləri : Q. David, T. Albeqova Redaktor : İ. Pritula Filmin direktorları : V. Abayev, L. Xasiyev === Rollarda === == İstinadlar == == Mənbə == Горская новелла. Кино-Театр.ru Горская новелла kinopoisk.ru Татаев Илес Вахидович — Биография "ЗОЛОТОЙ ФОНД" СЕВЕРО-КАВКАЗСКОГО КИНЕМАТОГРАФА В ДАР ЧЕЧЕНСКОЙ РЕСПУБЛИКЕ Arxivləşdirilib 2013-04-03 at the Wayback Machine == Xarici keçidlər == Горская новелла Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Художественный фильм — Горская Новелла Горская новелла Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Художественный фильм "Горская новелла".

Значение слова в других словарях