Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Muhamməd Torağay
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. == Həyatı == Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar.Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar.
Nurməmməd Şahsuvarov
Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarov (az.-əbcəd نورمممد بی آدیلخان بی اوغلو شاهسوواروو‎; 1883, Minkənd, Zəngəzur qəzası – 11 avqust 1958, Bakı) — Azərbaycan SSR xalq maarifi komissarının müavini, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad nazirinin müavini, Dağlılar Respublikasının xalq maarifi naziri. Nurməmməd bəy Şahsuvarov həm Azərbaycanın, həm Şimali Qafqaz ölkələrinin azadlığı uğrunda mübarizə aparmışdır. O, repressiyanın qurbanı olmuş, 1938-ci ildə həbs olunub Bakıya göndərilmiş, 1940-cı ildə isə sürgün olunmuşdur. Nurməməd Şahsuravov 1943-cü ildə Bakıya qayıtmış, 1958-ci ildə vəfat etmişdir. == Həyatı == Nurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1889–1903-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, bir müddət Gəncədə rus dili müəlimi işləmşdir. Şahsuvarov 1912-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunu, 1912-ci ildə isə ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olaraq 1915-ci ildə oranı ekstern yolla bitirmişdir.Təhsilini başa vurandan sonra o, Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə təlimatçı təyin olunub.[mənbə göstərin]Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif postlarda vəzifə sahibi olan Nurməmməd Şahsuvarov Aprel işğalından sonra Bakını tərk etməmişdir.[mənbə göstərin]Sovet dövründə o, Bakıda Pedaqoji, S. Ağamalıoğlu adına Torpaq və Geodeziya texnikumlarında rus dilindən dərs deyib, sonralar isə Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft İnstitutunda isə rus dili müəllimi vəzifəsində işləyib. === Repressiya === Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan PR-6399 saylı istintaq işinin materiallarında Xalq Daxili İşlər Komissarlığı 4-cü şöbənin 4-cü bölməsinin rəisi, Dövlət Təhlükəsizliyi leytenantı Qriqoryanın 1930-cu ilin iyulunda hazırladığı arayış mövcuddur: Nurməmməd Şahsuvarov həbs edilməzdən əvvəl Moskvada Qubkin adına İnstitutda dosent işləyirdi. 1938-ci ilin fevralın 27-də Moskva yaxınlığındakı Leninisk rayonunda, Kalujsk şossesində Derevlevo kəndində, ev 52-də, bitərəf olan, Qubkin adına İnstitutda dosent işləyən, Q. Ş. Mixaylinovun mənzilində yaşayan Nurməmməd Şahsuvarov Dövlət Təhlükəsizliyi Xidmətinin kapitanı Fedotov tərəfindən həbs edilərək Bakıya göndərilmişdir.Nurməmməd Şahsuvarova qarşı ilk istintaq 1938-ci ilin martın 21-də aparıldı.
Nurəhməd Ulubəyov
Ulubəyov Nurəhməd Hacıbəy oğlu (2 iyun 1995, Bakı, Azərbaycan — 7 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin könüllü əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə orta təhsil alıb. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin sentyabr ayının 21-də Nurəhmədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə ehtiyatdan çağırılmışdır. 2020-ci ilin sentyabr ayının 27-si tarixdən erməni separatçılarının milli və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində hücumunun qarşısının alınması ilə əlaqədar könüllü olaraq döyüşlərə qatılır və ön cəbhədə döyüşür. Vətənimiz Azərbaycan uğrunda döyüşlərdə hərbi anda sadiq qalaraq Cəbrayıl və Füzuli rayonlarının azad olunması uğrunda döyüşür, mərdlik və mətinlik nümayiş edərək 2020 cı ilin Oktyabr ayının 7 - də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşdə ön cəbhədə döyüş meydanında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. Oktyabr ayının 9-u Ulubəyov Nurəhməd Hacıbəy oğlu əbədi olaraq 2 saylı Fəxri və Şəhidlər xiyabanında torpağa tapşırılır. Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə və Füzulinin azad olunmasına görə Medalları ilə təltif olunur.
Ulubəyov Nurəhməd

Nurməmməd Məmmədov
Nurməmməd Məmmədov — texnika elmləri namizədi, dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mühəndis sistemləri və qurğuları kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika və Regionlararası Kadrların İdarə Edilməsi Akademiyalarının professoru, BMT-nin enerji səmərəliliyi və alternativ bərpa olunan enerji mənbələri üzrə milli eksperti. == Həyatı == 7 sentyabr 1951-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Zəyzid kəndində anadan olub. 1966-cı ildə Baş Zəyzid kənd səkkizillik məktəbini, 1968-ci ildə isə Orta Zəyzid məktəbini bitirmişdir. Elə həmin il Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə daxil olub, 1973-cü ildə yüksək nəticələrlə başa vurmuş və "İstilik-qaz təchizatı və ventilyasiya" üzrə inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir. == Təhsili == 1958 – 1966-cı illərdə Baş Zəyzid kənd səkkizillik məktəbində, 1966 – 1968-ci illərdə Orta Zəyzid kənd orta məktəbində, 1968 – 1973-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb. == Əmək fəaliyyəti == 1973 – 1975-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun, 1975 – 1977-ci illərdə, yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun birləşmiş qazanxanasının növbə rəisi vəzifəsində işləyib. 22 sentyabr 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun istilik-qaz təchizatı və ventilyasiya kafedrasında assistent vəzifəsinə seçilib. 1993 – 2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin istilik-qaz təchizatı və ventilyasiya kafedrasında əvvəlcə baş müəllim, sonra isə dosent vəzifəsində çalışıb. 1994 – 2001-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sanitariya texnikası fakültəsinin dekanı olub. 2013-cü ilin may ayından istilik-qaz təchizatı və ventilyasiya kafedrasının ictimai əsaslarla müdir əvəzi vəzifəsində çalışıb.
Muhamməd Zəkəriyyə Qoneym
Muhamməd Zəkəriyyə Qoneym (Zəxariyyə; 1905 — 2 yanvar 1959) — Misir mütəxəssisi və arxeoloq. == Bioqrafiya == Muhamməd Qoneym 1934-cü ildə Qahirə Universitetini bitirmiş, burada 1924-1929-cu illərdə bu kafedranın ilk rəhbəri olan Rusiya Misiroloq V.S. Golenişçev tərəfindən qurulmuş Misirologiya şöbəsində təhsil almışdır. Universitetini bitirdikdən sonra Muhamməd Qoneym Saqqara'daki Eski Müqəddəslər Bölməsinin kuratoru olaraq çalışmış, sonra isə 1939-cu ildə Saqqara Antik Bölümü Baş Müfəttişi vəzifəsini aldı. Antik dövrlər şöbəsinin müfəttişi olaraq alim , həmçinin Asuan, Edfu (Idfu), Fivan nekropolu Luksorda , bir müddət Cənubi Misir üçün bu vəzifədə işləmişdir. 9 mart 1951-ci ildə Məhəmməd Goneim yenidən Sakkara'ya müfəttiş olaraq köçürüldü. Bu vəziyyətdə alim Sakkarın nekropolisindəki qazıntılarda fəal iştirak etdi və Memphis yaxınlığındakı Unis məbədini öyrəndi. 27 sentyabr 1951 Saqqara qazıntılarına qayıdıb və 29 yanvar 1952-ci ildə onu dünya şöhrətinə gətirən bir kəşf etdi: orada səhra qumları ilə örtülü olan tam olmayan piramidin qalıqlarını tapdı. Bu piramidanın qazıntıları bir neçə il davam etdi və 1954-cü il mayın 31-də Goneim baqajlı alabaster lahitinin aşkar edildiyi məzar otağına girdi.Gəmilərdən möhürlərdə olan yazıları təhlil edərək və üçüncü sülalənin firavunlarının yarımçıq piramida və məzarı ilə müqayisə edilərək, Qoneym sübut etdi ki, Horusun qulağında dağılan piramidin adı, ehtimal ki, Djoser-Sekhemhetin məlum olmayan varisinə aiddir. Beləliklə, Goneim tərəfindən aşkar edilən Djoser piramidasından sonra Misirdəki ikinci ən qədim sayılır. 1959-cu ildə Muhamməd Zəkəriyyə Qoneym, qədim qaçaqların qaçaqmalçılığı ilə təqsirli bilinərək özünü Nil çayına atdı .
Muhamməd Əfəndi Osmanov
Muhamməd Əfəndi Osmanov (24 fevral 1838 və ya 1840, Yaxsay, Xasavyurd rayonu – 1904) — görkəmli qumuq folklorşünası, şairi, araşdırmaçısı, hərbçisi və Peterburq Universitetinin müəllimi olmuşdur. == Həyatı == Muhamməd Əfəndi 1838-ci ildə Yaxsay kəndində anadan olub. Tersk vilayətinə daxil olan bu kəndi qumuqların mədəni mərkəzi sayılıb. Kənddəki mədrəsə yalnız Dağıstanda deyıl, Şimali Qafqazda və Azərbaycanda da savadlı din alimlərilə seçilib. Mədrəsəni bitirənlərin əksəriyyəti elm və ədəbiyyatda iz qoymuş insanlar kimi tanınıb. Yaxsayda doğulmuş M. E. Osmanov, M. Alibekov, N.və Z. Batmirzəyevlər, A. Maqamedov, A. P. Salavatov, A. V. Süleymanov, S. Tokblatov, Ş. Aliberiyev, Atabayev, Latip, M. A. Adilxanov Y. Alimxanov və başqaları şair, yazıçı, publisist kimi tanınmışlar. Azərbaycanlı şair Seyid Əzim Şirvani, Balkar şairi Kazım Meçe və b. da bu mədrəsədə oxuyub. Seyid Əzim Muhamməd Əfəndi ilə Yaxsay mədrəsəsində oxuyarkən tanış olub və dostlaşıb. Bu dostluq ömrünün sonunadək davam edib.
Nurməmməd bəy Şahsuvarov
Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarov (az.-əbcəd نورمممد بی آدیلخان بی اوغلو شاهسوواروو‎; 1883, Minkənd, Zəngəzur qəzası – 11 avqust 1958, Bakı) — Azərbaycan SSR xalq maarifi komissarının müavini, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad nazirinin müavini, Dağlılar Respublikasının xalq maarifi naziri. Nurməmməd bəy Şahsuvarov həm Azərbaycanın, həm Şimali Qafqaz ölkələrinin azadlığı uğrunda mübarizə aparmışdır. O, repressiyanın qurbanı olmuş, 1938-ci ildə həbs olunub Bakıya göndərilmiş, 1940-cı ildə isə sürgün olunmuşdur. Nurməməd Şahsuravov 1943-cü ildə Bakıya qayıtmış, 1958-ci ildə vəfat etmişdir. == Həyatı == Nurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1889–1903-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, bir müddət Gəncədə rus dili müəlimi işləmşdir. Şahsuvarov 1912-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunu, 1912-ci ildə isə ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olaraq 1915-ci ildə oranı ekstern yolla bitirmişdir.Təhsilini başa vurandan sonra o, Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə təlimatçı təyin olunub.[mənbə göstərin]Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif postlarda vəzifə sahibi olan Nurməmməd Şahsuvarov Aprel işğalından sonra Bakını tərk etməmişdir.[mənbə göstərin]Sovet dövründə o, Bakıda Pedaqoji, S. Ağamalıoğlu adına Torpaq və Geodeziya texnikumlarında rus dilindən dərs deyib, sonralar isə Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft İnstitutunda isə rus dili müəllimi vəzifəsində işləyib. === Repressiya === Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan PR-6399 saylı istintaq işinin materiallarında Xalq Daxili İşlər Komissarlığı 4-cü şöbənin 4-cü bölməsinin rəisi, Dövlət Təhlükəsizliyi leytenantı Qriqoryanın 1930-cu ilin iyulunda hazırladığı arayış mövcuddur: Nurməmməd Şahsuvarov həbs edilməzdən əvvəl Moskvada Qubkin adına İnstitutda dosent işləyirdi. 1938-ci ilin fevralın 27-də Moskva yaxınlığındakı Leninisk rayonunda, Kalujsk şossesində Derevlevo kəndində, ev 52-də, bitərəf olan, Qubkin adına İnstitutda dosent işləyən, Q. Ş. Mixaylinovun mənzilində yaşayan Nurməmməd Şahsuvarov Dövlət Təhlükəsizliyi Xidmətinin kapitanı Fedotov tərəfindən həbs edilərək Bakıya göndərilmişdir.Nurməmməd Şahsuvarova qarşı ilk istintaq 1938-ci ilin martın 21-də aparıldı.
III Muhamməd Sadıq Bəy
III Muhamməd Sadıq Bəy (ərəb. أبو عبد الله محمد الصادق باشا باي‎; 7 fevral 1813 – 28 oktyabr 1882) — Sonuncu, müstəqil Tunis bəyidir.
Qışlaq-i Acıişmə-i Nurəhməd (Biləsuvar)
Qışlaq-i Acıişmə-i Nurəhməd (fars. قشلاق اجي اشمه نوراحمد‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (10 ailə).
Muhammed Popal
Məhəmməd Popəl Muqim oğlu — Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Məhəmməd Popəl 1967-ci ildə Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulub. Ali təhsillidir. Kabulda Kimya Biologiya İnstitutunu, eləcə də Pakistanda Politologiya İnstitutunu bitirib. 1993-cü ildə könüllü olaraq Qarabağda döyüşmək üçün Azərbaycana gəlib. 1994-cü ildə Azərbaycanda fəxri polkovnik rütbəsinə layiq görülüb. 2007-ci ildən təsis etdiyi Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Ailəlidir, 2 övladı var.
Muhammed Ali Cinnah
Məhəmmed Əli Cinnah (urdu محمد علی جناح ; 25 dekabr 1876[…] – 11 sentyabr 1948[…], Kəraçi, Sind[d]) — Pakistanın ilk general-qubernatoru, və ölkənin qurucu şəxsiyyəti, Müsəlman liqasının banisi. Cinnah, 1913-cü ildən Pakistanın 14 avqust 1947-ci ildə qurulmasına qədər, daha sonra Pakistanın ilk Baş Qubernatoru olaraq Ümumdünya Hindistan Müsəlman Birliyinin lideri olaraq çalışmışdır. Pakistanda Queyd-i-Əzam ("Ulu Öndər") və Baba-i Qəyyum ("Millət Atası") kimi hörmətə layiqdir. Pakistanda doğum günü milli tətil hesab olunur.Kəraçidə anadan olan Cinnah Londondakı Linkoln İnn-də vəkil kimi təhsil aldı.Britaniya Hindistanına döndükdən sonra Bombey Yüksək Məhkəməsinə müraciət etdi və sonda qanuni təcrübəsini əvəzləyən milli siyasətlə maraqlandı. Cinnah, 20-ci əsrin ilk iki ongünlüyündə Hindistan Milli Konqresində məşhurlaşdı. Siyasi karyerasının bu ilk illərində Cinnah, özünün də önə çıxdığı Konqres və Bütün Hindistan Müsəlman Birliyi arasındakı 1916-cı il Laknou Paktının formalaşmasına kömək etdi. Cinnah, bütün Hindistanın liqasının əsas lideri oldu və müsəlmanların siyasi hüquqlarının qorunması üçün on dörd bəndlik konstitusiya islahatı planını təklif etdi. 1920-ci ildə Cinnah, siyasi anarxiya olaraq qəbul etdiyi Satyaqraha kampaniyasını izləməyə razı olduqda Konqresdən istefa etdi. 1940-cı ilə qədər Cinnah, Hindistan yarımadasında olan müsəlmanların öz dövlətlərinə sahib olmalarına inanırdı. Həmin ildə Cinnahnın rəhbərlik etdiyi Müsəlman Birliyi ayrı bir millət tələb edərək Lahor Qətnaməsini qəbul etdi.
İbrahim Muhammed Abu Arab
İbrahim Muhammed Ebu Arab (ərəb. إبراهيم محمد صالح‎; 1931 – 2 mart 2014 və ya 3 mart 2014, Homs) — Fələstin şairi.Əbu Ərəb, 1931-ci ildə Nazaret və Taberiyye şəhərləri arasındakı El-Celilə bağlı olan Eş-Şecera kəndində anadan olmuşdur. İşğalçılar tərəfindən kəndi boşaltdıqdan sonra əvvəlcə Kefer Kana, sonra Arrabetu'l-Butuf'a ​​köçdü. Orada iki ay qaldıqdan sonra Livana, daha sonra Suriyaya hicrət etdi.Şairin atası Əbu Ərəb 1948-ci ildə sionist dəstələrin Fələstin torpaqlarını işğal edərkən öldü. 1982-ci ildə oğul işğalçı ordunun Livanı işğalı zamanı öldü. Uşaqlığında İngilis işğalı və yəhudi mühacirətinə qarşı başlanan Fələstin İnqilabının şahidi olmuşdur. Əbu Ərəb, Fələstin İnqilab Şairi və Fələstin Düşərgəsi Şairi kimi adlarla tanınırdı. 3 mart 2014-cü ildə Hümsdə vəfat etdi.