Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nurçuluq
Nur Camaatı — Səid Nursinin risalələrində açıqladığı fikirlərə əsaslanan, XX əsrin əvvəllərində yaranmışdir Camaatın davamçıları Səid Nursinin risalələrindəki fikirlərə və dünya görüşünə riayət edirlər. Risale-i Nurları oxuyana Nur tələbəsi deyilir. Hazırda hərəkat Nur Camaatı adı ilə də tanınır. == Nur camaatının yayılması == Risale-i Nur camaatı hazırda Türkiyədə geniş yayılmışdır. Bundan başqa Azərbaycan, Almaniya, ABŞ, Avstraliya, Özbəkistan, Qazaxıstan, Rusiya, Tatarıstan, Qırğızıstan və s. kimi ölkələrdə də Risale-i Nurlar oxunur. 1996 ilində Diyanət İşləri Başqanlığı tərəfindən açıqlanan raporda Nur camaatinin qolları və fəaliyetleri bu şəkilde açıqlanmışdır Yazıcılar Qurubu (Əhməd Hüsrəv Altınbaşak) Sözlər Gurubu (Mustafa Sunqur) Suffe Gurubu (Mehmet Kırkıncı) İstanbul Gurubu (Abdullah Yeğin,Hüsnü Bayram,Ahmet Aytimur) Kurdoğlu Gurubu (Mehmet Kurdoğlu) İhlas Nur Gurubu (M.Said Özdemir) Nesil Gurubu (Mehmet Fırıncı), Yeni Asya Gurubu (Yeni Asya Gazetesi, Mehmet Kutlular) Zehra Gurubu (İzzettin Yıldırım) Med-Zehra qrupu (Muhammed Sıddık Dursun)Azərbaycanda Nur camatının Mustafa Sunqur qurubu var.
Duzluluq
Duzluluq — təbii suların tərkibində olan güclü turşularla (Cl, SO4 və b.) əsasların (K, Na, Ca, Mg və b.) birləşməsi nəticəsində yaranan xassədir == Haqqında == Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluq ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir. == Duzluluq indikatorları == Duzluluq indikatorları çöküntütoplanma hövzələrinin duzluluq dərəcəsini (şirin su, şorumtul, normal duzlu, çoxduzlu-rapa) tam qətiyyətlə təyin etməyə imkan verən çökmə süxur komponentləridir. Şirin su hövzələri əsas etibarilə fauna (Unio, Paludina, Valvata və b.) qalıqlarına görə müəyyən edilir; bu hövzələrin çöküntülərində çox vaxt vivianitə rast gəlinir; autigen qlaukonit olmur. Şorumtul su çöküntüləri üçün normal dəniz formalarının dəyişilməyə uğramış spesifik - növ tərkibi kasıb, lakin fərdlərin sayına görə zəngin olan ikitayqabıqlı və qastropod faunası səciyyəvidir. Bu çöküntülərdə stenoqalin formalar (mərcan, krinoideya, dəniz kirpisi, ammonit, braxiopoda və b.) rast gəlmir. Krım-Qafqaz vilayətinin pliosen və pleystosen çöküntüləri üçün dreysenziya, didakna, monodaknalar, potamidlər, hidrobilər və s. səciyyəvidir.
Nurulu
Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.