Dursədəf Kərimova
Dursədəf Muxtar qızı Kərimova (23 avqust 1985; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.
== Həyatı ==
Dursədəf Kərimova 1985-ci il avqustun 23-də Bakı şəhərində anadan olub. Anası Zülfiyyə Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti, bacısı Xanım Hüseynova isə cüdoçudur.
== Karyerası ==
2019-cu ildə Dursədəf Kərimova Genuya şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində də Dursədəf Kərimova qızıl medala sahib oldu.
Dursədəf Kərimova 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.
Dursədəf Kərimovanın XVI Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsi çərçivəsində rəqibi Ukrayna nümayəndəsi Anastasiya Qarni oldu. Həmin görüşdə Dursədəf Kərimova rəqibinə ipponla qalib gəldi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə Dursədəf Kərimova Braziliya nümayəndəsi Me Emmeriç ilə üz-üzə gəldi.