Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nüzhə
Nüzhə (ənnüzhət) – Səfiəddin Urməvinin icad etdiyi simli musiqi alət. Müəllifin öz deməsinə görə, səntur, qanun və çəngin birləşməsindən əmələ gəlib. "Nüzhə", "ənnüzhət" sözləri ərəbcə "əyləncə", "könül oxşama" deməkdir . Bu da alətin səs tembri ilə bağlıdır. Orta əsrlərdə geniş yayılan bu alət təqribən XVI əsrdən sonra unudulmağa başlayıb. Arxivlərdə aparılan araşdırmalar sonucunda aləti bərpası mümkün olub. Quruluşca səntura bənzəyir və səntur kimi xromatikdir. Uzun dördbucaqlı şəklindədir, 81 simi vardır. Bu simlərdən hər üçünün eyni ucalıqda (unison) köklənmiş olduğunu nəzərə alsaq, nüzhə musiqi alətində 27 müxtəlif səs əldə edildiyi məlum olar.
Nazilə Səfərli
Nazilə İsgəndərova
Nazilə Telman qızı İsgəndərova (20 sentyabr 1975, Sumqayıt) — psixoterapiya və ilahiyyat elmləri doktoru, professor, yazıçı və ictimai xadim. Nazilə Telman qızı İsgəndərova 1975-ci il sentyabrın 20-də Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Ailəsi əslən Qərbi Azərbaycandandır. 1992-ci ildə Sumqayıt şəhəri 35 nömrəli orta məktəbi bitirmişdir. 1992–1997-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 2000-ci ildə din və psixoterapiya üzrə doktorantura təhsilinə Türkiyənin Mərmərə Universitetində başlamış, sonra 2011-ci ildə Kanadada Vilfrid Laurier Universitetində (Wilfrid Laurier University) davam etdirmişdir. Əmək fəaliyyətinə 1994-cü ildə "Millət" qəzetində jurnalist kimi başlamışdır. 2011-ci ildən Toronto Universitetinin nəzdindəki Emmaneul Kollecinin professordur. Nazilə İsgəndərova müsəlman qadınlara qarşı məişət zorakılığı mövzusunda apardığı araşdırmaya görə nüfuzlu İlahiyyat Tədqiqatları Forumu (Forum for Theological Exploration) tərəfindən mükafatlandırılmışdır. Eyni zamanda digər araşdırmalarına görə Kanada Mənəvi Danışmanlıq Assosiyasiyası (Canadian Association for Spiritual Care) və Pastoral Terapiya Cəmiyyəti (Society for Pastoral Counselling) professional və tədqiqat mərkəzlərinin mükafatlarına layiq görülmüşdür.