Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oğuldərə
Oğuldərə – Azərbaycan Respublikasının Laçın rayonu Oğuldərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Oğuldərə kəndi Qorçu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Oğuldərə kənd Soveti yaradılmışdır. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Oğuldərə kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Oğuldərə Laçın rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Əhalisi == Kəndin əhalisi Azərbaycan türkləri türk mənşəli hacısamlı camaatındandır. === Tanınmış şəxsləri === Müseyib Əfəndi (İlyasov) — ADR-in maarif müdiri. Ağa Laçınlı — azərbaycanlı şair, pedaqoq.