Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oblivion (film, 2013)
Oblivion kino (eng: Oblivion, rus: Обливион.) — Cozef Kosinskinin eyni adlı qrafik romanı əsasında fantastik döyüş filmi. Baş rollarda Tom Kruz, Olqa Kurilenko, Andrea Raysboro, Morqan Frimen, Melissa Leo, Zoi Bell və Nikolay Koster-Valdau. Filmin premyerası ABŞ-da 19.04.2013-cü ildə, Rusiyada isə 11.04.2013-cü il tarixdə baş tutmuşdur. İngilis sözü "Oblivion" tərcümədə "unutma" kimi olur. Yad planetlilərlə müharibə etmiş Yer insansız qalmaq üzrədir. Sağ qalanlar artıq həyat üçün yararlı olmayan planeti tərk etmək üzrədir. Baş qəhrəman-Cek Harper(Cek-49) dronların düzəldilməsi üzrə mühəndis- NASA-nın qəzaya düşmüş gəmisini tapırki, hansıki onun heyəti qəhrəmanın gözləri önündə məhv olur. Amma o ancaq bir qadını xilas edə bilir- və sonra o başa düşür ki, bu qadın tezliklə onun həyatını dəyişəcək. == Məzmun == Keçmiş dəniz piyadası Jek Harper(Tom Kruz) və onun rabitə zabiti Viktoriya Olsen hündür yerdə tikilmiş nəzarət və idarəetnə stansiyasında yaşayırlar. 60 il öncə yadplanetlilər yerə hücum etdilər, onlar Yerin peyki Ayı partlatdılar və buda öz növbəsində arasıkəsilməz zəlzələ və sunamiyə səbəb oldu.