Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
IBList
IBList (en. Internet Book List) – İnternetdə ədəbiyyat üzrə verilənlər bazasıdır (VB). 2003-cü ildə Patrik Ros tərəfindən yaradılmışdır. 2007-ci ilin noyabr ayının axırlarına olan məlumata görə IBList onlayn ensiklopediyasında 60 min kitab, 18 min müəllif və 4400 kitab seriyaları haqqında məqalə vardır. Ensiklopediyaya həm də çoxlu sayda müxtəlif hekayələr, kitablar haqqında müxtəlif müəlliflərin fikirləri və s. daxil edilmişdir. Obyektlərin strukturlaşdırılması reytinqə, janra, kitab və ya əsərin adına, müəllifin ad və soyadına görə aparılır. Qeydiyyatdan keçmiş istifadəçilər ensiklopediyada hər hansı əsər haqqında fikirlərini yaza bilərlər. Eyni zamanda IBList-in VB-na yeni kitabların, müəlliflərin və məqalələrin daxil edilməsi haqqında təkliflərini verə bilərlər. Bu təkliflər saytın idarəçiləri tərəfindən öyrənilir.
Eqoist anarxizm
Anarxo-eqoizm fərdi anarxizmin təsirli formasıdır. Fərdiyyətçi anarxizmin ən qədim tanınmış müdafiəçilərindən biri olan Maks Ştirnerin 1844-cü ildə yazdığı Uniqueness and Property" əsəri anarxo-eqoist fəlsəfəsinin əsas mətnidir. Onun fikrincə, Allahı, dövləti, əxlaqi qaydaları və cəmiyyəti nəzərə almadan istədiyi kimi hərəkət edən şəxsin cəmiyyət üzvləri qarşısında heç bir məsuliyyəti yoxdur. Ştirnerə görə hüquqlar insan şüurunda qorxudur və cəmiyyət deyə bir şey əslində mövcud deyil; "Fərdlər onun reallığıdır." O, mülkiyyəti hüquqlara deyil, gücə və gücə malik olan varlıqlar kimi görür. Stirner eqoistlərin birliyini insanları bir araya gətirəcək bir təşkilat modeli olaraq görür.
Bist
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bist Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gilan çayı (Arazın qolu) ilə ona soldan birləşən Nəsiravaz çayı arasında, Zəngəzur silsiləsinin yamacındadır. Oykonimin fars. best sözündən olub, "dərə, vadi" mənasında, təsərrüfatla əlaqədar yaranmışdır, "karvansara sahibi" mənasında işlənməsi haqqında mülahizələr var. Lakin toponimiyada Bist adının fars. "iyirmi" mənalı soz kimi kəndin yaranması ilə bağlılığı haqqındakı fikir daha ağlabatandır. Bu fikrə görə, kəndin əsası 20 ailə tərəfindən qoyulduğu üçün ona Bist (iyirmi ailə) adı verilmışdır. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
Kuzinellus obsis
Kuzinellus obsis (lat. Kuzinellus obsis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Effi Brist (roman)
Effi Brist — alman yazıçı Teodor Fönten tərəfindən 1895-ci ildə yazılmış roman. Romanın baş qəhrəmanı həyata addımlarını yenicə atan, savadlı və ziyalı qadın Effi Bristdir. Effi Brist burada realist obrazdır. Romanın əsas mövzusu Bismark dövründə Prussiyada ziyalıların həyatları, yaşayışları və ənənələridir. Romanın sonunda Effi Brist evli olmasına baxmayaraq başqası ilə eşq macərası yaşayır. == Hekayə == Romanın baş qəhrəmanı Effi Brist hələ 17 yaşında ikən özündən 20 yaş böyük olan Baron Qiirt von İnstetten tərəfindən atasından istənilir. Aralarındakı yaş fərqi vurğulanaraq tərəflərin bir-birini sevdiyi bildirilir. Atası və Effinin özü də bu təklifi qəbul edir və Effinin həyatı dəyişir. Baron von İnstetten onu İtaliyaya bal ayına aparır və sonra Kissinqə köçürlər. Yeni evində Effi sosial həyatına bağlana bilmir, çətinliklər yaşayır.
Bist körpüsü
Bist körpüsü I — Ordubad rayonunun Bist kəndinin qərb tərəfindən axan Ələhi çayı üzərində tarixi memarlıq abidəsi. Daş və kərpiclə tikilmişdir. İki tağlıdır. Qərb tağı böyük, şərq tağı kiçikdir. Uzunluğu təqribən 21, hündürlüyü 10, eni 3,8 m-dir. Körpünün yanları dəmirlərlə əhatə olunmuşdur. Körpünün salınmasında məqsəd kəndə gediş-gəlişi təmin etmək, həmçinin, Böyük İpək yolunun qolları ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək olmuşdur. Kənd sakinlərinin verdiyi məlumata görə əvvəllər körpünün yanları iri sal daşlarla möhkəmləndirilibmişdir. Körpünün I Şah Abbas dövründə inşa olunması haqqında fikirlər vardır. Körpü XVII əsrə aid edilir.
Bost (kommuna)
Bost (fr. Bost) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03033. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 179 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 111 nəfər (15-64 yaş) arasında 98 nəfər iqtisadi fəal, 13 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 88.3%, 1999-cu ildə 70.7%) idi. Fəal olan 98 nəfərdən 95 nəfər (48 kişi və 47 qadın) işləyir, 3 qadın işsizdir. Aktiv olmayan 13 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Erix Obst
Erix Obst (ing. Karl August Erich Obst; 13 sentyabr 1886 – 9 iyun 1981) — Almaniya geoloqu.
II Bist körpüsü
II Bist körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndinin şərq tərəfindən keçən Nəsirvazçayın üstündə körpü. Yuxarıdan çatma tağla tamamlanan formada inşa olunmuş körpünün tikilməsində əsasən dağ daşından istifadə olunmuşdur. Çatma hissəsi yonulmuş dağ daşı ilə işlənib. Cənub tərəfdəki həmin daşlardan birinin üzərində “1869”-cu il tarixi yazılmışdır. Fikrimizcə, Rusiyaya birləşdirildikdən sonra, qeyd olunan ildə körpü təmir edilmişdir. Yuxarıdan çatma bağla tamamlanan və “Qozbel körpü”lər qrupuna daxil olan II Bist körpüsü tikinti texnikasına və materialına görə birinci körpü ilə müəyyən oxşar cəhətlərə malikdir. Körpünün uzunluğu 23 metr, eni 10 metr, hündürlüyü 4 metrdir. Bu körpünün salınmasında məqsəd Böyük İpək yolunun bu ərazidən keçən yardımçı qolu ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək və kəndə gediş-gəlişi asanlaşdırmaq olmuşdur. Əlincə mahalı kəndlərindən gələn adamlar bu körpüdən yararlanır, Tiviyə, Parağaçaya, Ordubada və şərqdəki yaşayış məskənlərinə gedir və qayıdır, şərq tərəfdə yaşayanlar da eyni qayda ilə bu körpüdən istifadə edərək qərbə gedirdilər. Körpünün inşa tarixi XVII-XVIII yüzilliyə aid edilir.
I Bist körpüsü
Ordubad rayonunun ucqar, yüksək dağlıq ərazidə yerləşən yaşayış məskənlərindən olan Bist kəndində dövrümüzədək iki körpü qalmışdır. Şərti olaraq I Bist körpüsü adlandırılan körpü kəndin qərb tərəfindən keçən Ələhi çayının üzərində qaba şəkildə yonulmuş boz rəngli dağ daşından və bişmiş kərpicdən yarım dairə formasında inşa edilmişdir. == Memarlıq quruluşu == Körpü bir aşırımlı şəkildə inşa olunmuşdur. Yarım dairə hissəsinin kənarları yonulmuş dağ daşı ilə səliqəli şəkildə işlənmişdir. Uzunluğu 21 metr, eni 3,8 metr, hündürlüyü 10 metrdir. == Tarixi == Oxşar abidələrlə müqayisə edərək körpünü XVII əsrə aid etmək olar. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.