Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoyunçuluq
Qoyunçuluq — heyvandarlığın qoyun yetişdirmə sahəsi. == Ümumi məlumat == Bu heyvanlar cütdırnaqlıların buynuzlular fəsiləsinə daxildir. Qoyunçuluq məhsulları ət, yun, pendir, körpə quzu dərisi, qoyun dərisidir.
Azərbaycanda qoyunçuluq
Azərbaycanda qoyunçuluq — Azərbaycan Respublikası ərazisində qoyun cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. == Tarixi == Azərbaycanda qoyunçuluq qədim tarixə malikdir. Azərbaycan həm də ən qədim qoyunçuluq ölkələrindən biri kimi tanınır. Azərbaycanın təbii-coğrafi şəraiti bu ərazidə maldarlığın, xüsusilə qoyunçuluğun yaranmasına və inkişafına xüsusi təsir göstərmişdir. Həmin dövrdə Azərbaycanda yaşayan qəbilələrin əkinçilik və heyvandarlıqla məşğul olmaları onların məişətində böyük dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə insanlar kollektiv şəkildə güzəran keçirsələr də heyvandarlıqda, xüsusilə ona qulluq etməkdə, bəsləməkdə əsas yeri kişilər tutmuşdur. Minilliklər boyu Azərbaycan xalqı qoyunçuluqla məşğul olmuş və ondan bol məhsul götürmüşlər. Ona görə də qoyuna həmişə qulluq göstərmiş və onun sağlam olmasına çalışmışlar. Lakin hər bir canlıda olduğu kimi, qoyunlarda da bir sıra xəstəliklər olmuş və onlar xalq tərəfindən müalicə edilmişdir. Qoyun xəstəliklərindən ən çox yayılanı qılqurd, dalaq, köpmə, öfkə, qızdırma, dabaq, qotur, gözbozarma, zəhərlənmə və s.
Tək oyunçulu
Tək oyunçulu oyunlar (İngilis dilində: single-player) — videooyunlarda yalnız bir oyunçunun daxil ola bildiyi və daha çox oyunçunun girməsinə imkan vermədiyi vəziyyət tək oyunçulu oyun adlanır. “Tək oyunçulu oyun” oyunu yalnız bir adamın yönləndirə biləcəyini izah etmək üçün istifadə olunur; “Tək oyunçu formatı” oyun oynamanın multiplayer (ən azı iki oyunçu) olma seçimini gətirir. Tək oyunçu formatı ikiyə bölünür: Virtual rəqiblərə (botlar) qarşı tək oyunçu formatı. Virtual rəqiblər (botlar) və ya oyunçunun özündən başqa real oyunçu yoxdur.Videooyun tarixinin ilk mərhələlərində oyunlar tək oyunçulu idi. İki oyunçu oyunları əvvəlcə fərdi kompüterlərdə görülmüşdür. Beləliklə, çoxnəfərli oyunların da əsası qoyuldu. 1990-cı illərin əvvəllərində lokal şəbəkələr və sıfır modemlərlə real mənada çoxnəfərli oyunlar ilə qarşılaşdıq. Doom, bu tip oyunların ən yaxşı nümunələrindən biridir. Tək oyunçulu oyunların böyük satış rəqəmlərini tuta bilməsi, maraqlı hekayələrində, təsirli qrafikalarında və real personaj detallarında gizlədilmişdir. Bu vəziyyətə Half-Life nümunə göstərilə bilər.
Azərbaycanda qoyunçuluq (film, 1982)
Azərbaycanda qoyunçuluq qısametrajlı sənədli filmi rejissor Fikrət Əliyev tərəfindən 1982-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda qoyunçuluğun inkişafına diqqətin artırılmasından, bu sahədə görülən qabaqcıl iş üsullarından söhbət açılır. == Məzmun == Filmdə Azərbaycanda qoyunçuluğun inkişafına diqqətin artırılmasından, bu sahədə görülən qabaqcıl iş üsullarından söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Arif Mustafayev, Faiq Dərgahov Rejissor: Fikrət Əliyev Operator: Elxan Əliyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.