Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ofiolitlər
Müxtəlif tərkibli maqmatik süxurların (diabaz və spilitlər, peridotit və serpentinitlər və b.) assosiasiyasıdır. Evgeosinklinalları, yaxud okean mənşəli strukturları səciyyələndirən əsas göstəricilərdən sayılır. Qırışıqlıq zonalarının, yaxud sistemlərinin ilkin mərhələlərində yaranır. Rus ədəbiyyatında bu termini işlətmək məsləhət görülməsə də (çünki assosiasiya müxtəlif mənşəli maqmatik formasiyalar daxildir), geniş (xüsusilə xarici ədəbiyyatda) istifadə olunur. Ofiolitlər kəsilişində, süxurların aşağıdakı əmələgəlmə və ya yaranma ardıcılığı müşahidə olunur (aşağıdan yuxarı): 1) serpentinləşmiş dunit və peridotitlər, yaxud hiperbazit və qabbro-amfibolit parçalarından ibarət olan tektonik melanj; 2) qabbro, qabbro-amfibolitlər, qabbro-miqmatitlər (bəzən diorit və plaqioqranit ilə); 3) çoxsaylı diabaz daykaları ilə yarılmış amfibolitlər; 4) diabaz və spilitlər, pillou lavalar və onlarla növbələşən kvarsit layları və b. İlk dəfə ofiolit süxur assosiasiya təsvir edən Lotti (1886) və b. hesab edirdi ki, onlar ultraəsasi və əsasi maqmanın qırışıqlıq zonalarının (geosinklinallar) orogendən əvvəlki etapında yer qabığının yuxarı təbəqələrinə soxulması nəticəsində yaranmışdır. De Rover (De Rover, 1956) hesab edir ki, mantiya mənşəli maqma, böyuk dərinliklərdə kristallaşaraq yer qabığının yuxarı təbəqələrinə süxur şəklində sıxışdırılmışdır, yəni protruziya olunmuşdur. Sonralar Hess (Hess, 1964), Peyve (1969) və b. ofiolit assosiasiya okean qabığı kimi qəbul etmiş və qitələrin qırışıqlıq zonalarının ofiolit assosiasiyanı qədim okean qalıqları hesab edərək onların müasir okean ofiolit assosiasiya ilə uyğun olduğunu göstərmişlər.
Onkolitlər
Onkolitlər (yun. onkos-jelvak, litos-daş) — adətən karbonat tərkibli oval formalı konsentrik təbəqəli jelvaklar. Mənşəyinə görə nüvəsiz hüceyrəli ibtidai orqanizmlər (Cyanobionta) və ya bakteriyaların fəaliyyətilə bağlıdır. Onkolitlər hövzəsinin dalğalı və ya axınlı dayaz zonalarında dibi örtürlər. Sinonim: Yosun jelvakları. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Hiolitlər
Hiolitlər (Hyolitha) - ikitərəfli — simmetrik, iki hissədən ibarət karbonat qabıqları olan fossil orqanizmlər. Qabıq konusvari əsas hissədən (qarın tərəfi yastılaşmış və bel qabarmış) və konusun ağız hissəni örtən qapaqdan ibarətdir. Hiolitlər halqəvi qurdlara, molluskalara (qanadayaqlı qastropaodlar, başıayaqlılar) aid edilir. Bəzən sərbəst heyvan tipi kimi ayrılır. Kembriy — perm. == Həmçinin bax == Molluskalar Başıayaqlılar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Oolitlər
Oolitlər — mərkəzi nüvənin ətrafında konsentrik-təbəqəli, bəzən radial-şüalı quruluşlu kürəvi və ya ellipsodial kalsium karbonat, Fe və Mn oksidləri, leptoxlorid əmələgəlmələri. Nüvə qum hissəcikləri, molluska qabıqlarının qırıntılarından ibarət ola bilər. Oolitlər çöküntüəmələgəlmə prosesində (suda asılı halda), diagenezdə, habelə çöküntülərin dəyişilmə prosesinin digər mərhələlərində də əmələ gəlirlər. Oolit quruluşu oolit və sementləyici maddədən ibarət olan süxur quruluşu. Karbonat (dolomit və əhəngdaşı) süxurlarda geniş yayılmışdır, bəzən silisiumlu süxurlarda, bəzi çökmə filizlərdə (dəmir və boksit) müşahidə olunur. Silisiumlu süxularda olan oolitlər gizli kristallik və ya aydın kristallik xalsedonla sementləşir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.