Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oktapodlar
Səkkizayaqlılar (Oktapodlar) (lat. Octopoda; q.yun. ὀϰτώ "səkkiz" və πούς "ayaq") — Molyusklar tipinin başıayaqlılar sinfinə aid dəstə. == Maraqlı məlumatlar == Ən iri gözlü heyvan səkkizayaqlıdır. Onun gözünün diametri 40–50 sm-dir.
Oktanol-1
Oktanol-1 – üzvi maddə olub, yağ spirtlərinin sinfinə aiddir. Sitrus efir yağlarının tərkibində (qreypfrut yağında, apelsin yağında) olur. Spirtdə, petroleyn efirində yaxşı, suda isə pis həll olur. Tünd yağlı-sitrus iylidir. == Alınması == Sənayedə oktanol Tsiqler üsulu ilə etilen və trietilalüminumdan əmələ gələn spirtlərin rektifikasiyası ilə alınır: Al(C2H5)3 + 9 C2H4 → Al(C8H17)3 + 3O + 3H2O → 3 C8H17OH + Al(OH)3Oktanolu həmçinin oktan tuşusu və onun efirlərinin, eləcə də, kokos yağından alınan yağ turşularının oktil efirlərinin hidrogenləşməsindən alırlar. == Tətbiqi == Parfüm kompozisiyalarının, ətirlərin və qida esensiyalarının tərkib hissəsi kimi tətbiq olunur. n-Oktanol – su binar sistemi famakoloji kimyada tətbiq olunur, belə ki, bir çox birləşmələrin lipofilliyini qiymətləndirmək üçün əlverişli modeldir. C.Hansh oktanolu lipidlərlə formal oxşar olduğuna görə (uzun alkil zənciri və həm protondonor, həm də akseptor xassələr göstərən funksional qruplar) lgP-ni təyin etmək üçün standart həlledici kimi qəbul etmişdir. == Təhlükəsizliyi == Selikli qişanı qıcıqlandırır, görmə və parenximal orqanlara (qaraciyər, dalaq, mədəaltı vəz və s. ) təsir göstərir.
Oktaqon (film, 1980)
Oktaqon – 1980-cı ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. == Məzmun == Varlı qadın Castin bandanın təhdidlərinə məruz qalır. Bu səbəbdən özünə ən yaxşı cangüdən tapmaq istəyir. Castin karate üzrə keçmiş dünya çempionu Skott Ceymsi onu qoruması üçün təyin etmək istəyir. Amma Skott Ceyms əvəlcə onunla razılaşmaq istəmir. Bir müddətdən sonra Skott öyrənir ki, həmin nindza bandanın başçısı Seykuradır. Skott uşaqlıq vaxtlarında onunla birlikdə döyüş sənətini bir müəllimdən öyrənmişdir. Skott həmin müddətdə döyüş qabiliyyətinə görə Seykuradan fərqlənirdi. Bu isə Seykuranın ona paxıllıq etməsinə gətirib çıxarırdı. Bir neçə müddət keçdikdən sonra Castin gecə vaxtı yolda gedərkən ona atəş açılır və Castin ölür.