Oktanol-1
Oktanol-1 – üzvi maddə olub, yağ spirtlərinin sinfinə aiddir. Sitrus efir yağlarının tərkibində (qreypfrut yağında, apelsin yağında) olur. Spirtdə, petroleyn efirində yaxşı, suda isə pis həll olur. Tünd yağlı-sitrus iylidir.
== Alınması ==
Sənayedə oktanol Tsiqler üsulu ilə etilen və trietilalüminumdan əmələ gələn spirtlərin rektifikasiyası ilə alınır:
Al(C2H5)3 + 9 C2H4 → Al(C8H17)3 + 3O + 3H2O → 3 C8H17OH + Al(OH)3Oktanolu həmçinin oktan tuşusu və onun efirlərinin, eləcə də, kokos yağından alınan yağ turşularının oktil efirlərinin hidrogenləşməsindən alırlar.
== Tətbiqi ==
Parfüm kompozisiyalarının, ətirlərin və qida esensiyalarının tərkib hissəsi kimi tətbiq olunur. n-Oktanol – su binar sistemi famakoloji kimyada tətbiq olunur, belə ki, bir çox birləşmələrin lipofilliyini qiymətləndirmək üçün əlverişli modeldir. C.Hansh oktanolu lipidlərlə formal oxşar olduğuna görə (uzun alkil zənciri və həm protondonor, həm də akseptor xassələr göstərən funksional qruplar) lgP-ni təyin etmək üçün standart həlledici kimi qəbul etmişdir.
== Təhlükəsizliyi ==
Selikli qişanı qıcıqlandırır, görmə və parenximal orqanlara (qaraciyər, dalaq, mədəaltı vəz və s. ) təsir göstərir.