Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oğlaqqıran
Oğlaqqıran — Novruzda, baharın əvvəllərində qəfildən başlanan küləkli, soyuq günlərə verilən ad; baharın ilk ayı. Oxlaqqıran//oğlaqqıran Zəngibasar, Borçalı və Qazax şivələrində baharın ilk ayı mənasında işlənir. Novruzda, baharın əvvəllərində qəfildən başlanan küləkli, soyuq günlərə Oğlaqqıran adı veriblər. Bu müddətdə qışdan zəif çıxan heyvanlar, ilk növbədə, oğlaqlar – keçi-çəpiş, qoyun-quzu soyuğa davam gətirmir, tələf olurlar. Bu müddət bir çox yerlərdə "danaqıran” adı ilə də tanınır. Elat camaatı həmin dövr üçün "davar doymaz, yatar durmaz, gedər gəlməz” - deyir. Odur ki, bu zaman üçün mərəkdə (samanlıqda) yem ehtiyatı saxlanılır. Oğlaqqıran ayı ilə bağlı fərqli fikirlər də var. Sentyabr ayının ilk günlərinin "oğlaqqıran dövrü" adlandırılmasına da təsadüf edilir. Buna səbəb isə həmin vaxt oğlaqların daha çox kəsilməsidir.
Qonaqqıran
Qonaqqıran, Şirak — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qonaqqıran kimi, Qafqazın 5 verstlik xəritəsində Qonax Qran formasında qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi qeyd olunur Toponim qədim türk dilində "dayanacaq", "istirahət yeri" mənasında işlənən qonaq sözü ilə, "düşərgə", "maldarların müvəqqəti dayanacaq yeri" mənasında işlənən kuren //kran sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2. III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Şirak qoyulmuşdur. (erməni tarixçiləri Şirak adının qədim türk mənşəli etnonim olduğunu hələ bilmirlər). Türk dillərində kunak, konak "dayanacaq", "istirahət yeri" və kuren "hərbi düşərgə" (bax: Itqİran) sözlərindən ibarətdir. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində Kunaq-Tau (dağ adı) və Kunak-təpə, Zaqatala dairəsində Kunax-Ay (dağ və çay adı), Batum əyalətinin Batum dairəsində Qonaq-Çir (çay adı) toponimlərilə mə'naca eynidir.