Qonaqqıran, Şirak — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.[2][3]
Kənd | |
Qonaqqıran | |
---|---|
40°50′53″ şm. e. 43°55′17″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Şörəyel mahalı |
Rayon | Düzkənd rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.650 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 16 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qonaqqıran kimi[4], Qafqazın 5 verstlik xəritəsində Qonax Qran formasında[5] qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi qeyd olunur[6][7]
Toponim qədim türk dilində "dayanacaq", "istirahət yeri" mənasında işlənən qonaq sözü ilə[8], "düşərgə", "maldarların müvəqqəti dayanacaq yeri" mənasında işlənən kuren //kran sözünün[9] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2. III.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Şirak qoyulmuşdur. (erməni tarixçiləri Şirak adının qədim türk mənşəli etnonim olduğunu hələ bilmirlər). Türk dillərində kunak, konak "dayanacaq", "istirahət yeri"[10][11] və kuren "hərbi düşərgə" (bax: Itqİran) sözlərindən ibarətdir. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində Kunaq-Tau (dağ adı) və Kunak-təpə[12], Zaqatala dairəsində Kunax-Ay (dağ və çay adı), Batum əyalətinin Batum dairəsində Qonaq-Çir (çay adı) toponimlərilə mə'naca eynidir. Orta əsrlərdə Sürməlidən cənub-şərqdə Kunak qalası (İndi Türkiyədə "Qaraqala" adı ilə qalır) adlı qala vardı[13]
1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[14][15]