Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biogenez
Biogenez — canlının canlıdan əmələ gəlməsi. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Ontogenez
Ontogenez (yun. οντογένεση: ον – varlıq + γένεση) — yaranma, doğulma. Hər bir canlının dünyaya gəldiyi vaxtdan ölənə qədər keçirdiyi dövr postnatal ontogenez adlanır. Ontogenezin mənası fərdi inkişaf deməkdir. Cinsiyyətli çoxalan orqanizmlərdə fərdi inkişaf-ontogenez mayalanmış yumurta hüceyrəsindən-ziqotdan başlayır. Bu insanda yumurta hüceyrəsinin mayalandığı andan başlayaraq orqanizm ölənədək davam edir. Ontogenezi 2 dövrə bölmək olar:bətndaxili dövr və bətnxarici dövr-postembrional inkişaf. Orqanizm nəsillərinin əmələ gəlməsində iştirak edən cinsi hüceyrələrdir. Bunlar kişi cinsiyyət hüceyrəsi spermatozoid və qadın cinsiyyət hüceyrəsi yumurtahüceyrədən ibarətdir. Kişi və qadın cinsiyyət hüceyrələri mənsub olduğu orqanizmin bütün irsi əlamətlərini özündə gəzdirən hüceyrələrdir.
Ortogenez
Ortogenez (yun. ortos – istiqamətlənmiş, genezis – doğuluş, doğulma) — istiqamətlənmiş təkamül haqqında metafizik nəzəriyyə. Bu nəzəriyyəyə görə, hər bir orqanizm qrupunun təkamülü müəyyən istiqamətdə gedir. Termini təklif etmiş Haake və Eimer hesab edirdilər ki, təkamülün istiqaməti xarici amillərin orqanizmə bilavasitə təsiriylə müəyyən edilir, lakin orqanizmin özunə xas olan daxili səbəblərdən asılı olaraq yalnız müəyyən istiqamətlərdə dəyişə bilər. Digər alimlər (Lull və b.) hesab edirlər ki, ortogenetik təkamülün istiqaməti bütövlükdə daxili amillərlə müəyyən edilir. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Arogenez
Arogenez (yun. aϊρω – qaldırmaq və genez) Strukturun ümumi səviyyəsinin yüksəldilməsi (morfofizioloji tərəqqi) istiqamətində orqanizmlərin təkamülü; aromorfozların inkişafı əsasında baş verir. Sinonim kimi "anaqenez" termini də işlədilir.
Xədicə Özgener
Xədicə Özgener (1865, Saloniki, Osmanlı imperiyası – 21 fevral 1940, İzmit) ― türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisi ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci palamentində Çankırı seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Xədicə Özgener 1865-ci ildə Osmanlı Yunanıstanının Saloniki sancağında, Şeyx Mustafa və həyat yoldaşı Fatmanın ailəsində anadan olub. O, "Qırmızı məktəb"də təhsil alıb, daha sonra isə Salonikidə yeni açılmış Qız Orta Məktəbində oxuyub. Yunan dilini bilirdi. Özgener, Cəmal bəy ilə evlənmiş və bu evlilikdən 4 uşağı olmuşdur. Xədicə Özgener 21 fevral 1940-cı ildə İzmitdə vəfat etmişdir. O, Kocaeli Şəhər Qəbiristanlığında, ərinin yanında dəfn edilmiş, daha sonralar onların məzarları İzmit Bağçeşmə qəbiristanlığına daşınmışdır. Özgener 1878-ci ilin oktyabrından 1885-ci ilin sentyabrına qədər Salonikidəki Qız Orta Məktəbində köməkçi müəllim olmuşdur. 1894-cü ilin sentyabrında o, bu vəzifəsindən istefa vermiş və 1900-cü ilin avqustunda eyni məktəbə müəllim kimi qayıtmışdır.