Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biogenez
Biogenez — canlının canlıdan əmələ gəlməsi. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Ontogenez
Ontogenez (yun. οντογένεση: ον – varlıq + γένεση) — yaranma, doğulma. == Ümumi məlumat == Hər bir canlının dünyaya gəldiyi vaxtdan ölənə qədər keçirdiyi dövr postnatal ontogenez adlanır. Ontogenezin mənası fərdi inkişaf deməkdir. Cinsiyyətli çoxalan orqanizmlərdə fərdi inkişaf-ontogenez mayalanmış yumurta hüceyrəsindən-ziqotdan başlayır. Bu insanda yumurta hüceyrəsinin mayalandığı andan başlayaraq orqanizm ölənədək davam edir. Ontogenezi 2 dövrə bölmək olar:bətndaxili dövr və bətnxarici dövr-postembrional inkişaf. Orqanizm nəsillərinin əmələ gəlməsində iştirak edən cinsi hüceyrələrdir. Bunlar kişi cinsiyyət hüceyrəsi spermatozoid və qadın cinsiyyət hüceyrəsi yumurtahüceyrədən ibarətdir. Kişi və qadın cinsiyyət hüceyrələri mənsub olduğu orqanizmin bütün irsi əlamətlərini özündə gəzdirən hüceyrələrdir.
Ortogenez
Ortogenez (yun. ortos – istiqamətlənmiş, genezis – doğuluş, doğulma) — istiqamətlənmiş təkamül haqqında metafizik nəzəriyyə. Bu nəzəriyyəyə görə, hər bir orqanizm qrupunun təkamülü müəyyən istiqamətdə gedir. Termini təklif etmiş Haake və Eimer hesab edirdilər ki, təkamülün istiqaməti xarici amillərin orqanizmə bilavasitə təsiriylə müəyyən edilir, lakin orqanizmin özunə xas olan daxili səbəblərdən asılı olaraq yalnız müəyyən istiqamətlərdə dəyişə bilər. Digər alimlər (Lull və b.) hesab edirlər ki, ortogenetik təkamülün istiqaməti bütövlükdə daxili amillərlə müəyyən edilir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.