Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fərq operatoru
Fərq operatoru — riyaziyyatda bir ƒ(x) funksiyasını fərqli bir ƒ(x + b) - ƒ(x + a) funksiyasına bərabərləşdirən sxem. İrəli fərq operatoru Δ f ( x ) = f ( x + 1 ) − f ( x ) {\displaystyle \Delta f(x)=f(x+1)-f(x)\,} sonlu fərq hesablamalarında geniş istifadə olunur və törəmənin davamlı situasiyalar üçün götürdüyü vəzifəni keçici funksiyalar üçün yerinə yetirir. Geri fərq operatoru isə ∇ f ( x ) = f ( x ) − f ( x − 1 ) {\displaystyle \nabla f(x)=f(x)-f(x-1)\,} formasında təyin olunur. Çoxhədlilərlə müqayisə edildiyində irəli fərq əməliyyatı bir delta operatoru vəzifəsinə sahib olur.
Almaniya İmperatorluq Donanması
Almaniya İmperatorluq Donanması və ya sadəcə İmperatorluq Donanması (alm. Kaiserliche Marine‎) — Almaniya İmperiyasının formalaması ilə yaranan Almaniya silahlı qüvvələrinin xüsusi qoşun növü. Almaniya İmperatorluq Donanması 1871-ci və 1919-cu illər arasında mövcud olmuşdur və Prussiya donanmasından (1867-ci ildən bəri Şimali Almaniya Federal Donanması) ayrı olaraq böyüyürdü. İmperator II Vilhelm, Almaniya İmperatorluq Donanmasını genişlədərək, Almaniya İmperiyası və Britaniya İmperiyası arasında dənizdə bir silahlandırma yarışına səbəb oldu. Belə davam edərək, Almaniya İmperatorluq Donanması, II Vilhelm dövründə, dünyanın ən böyük donanmalarından biri olmaya davam etdi və Britaniya Krallıq Donanmasının ardından dünyanın ikinci ən böyük donanması olmuşdur. == Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması == Birinci Dünya Müharibəsinin əvvəllərində Almaniya İmperatorluq Donanmasının 22 drednout əvvəli döyüş gəmisi, 19 drednout döyüş gəmisi və 7 döyüş kreyseri var idi. Admiral Alfred von Tirpitz dəniz qüvvələrinin komandiri olmuşdu. Donanmanın ən mühüm döyüşçüləri Açıq Dəniz Flotu və U-Qayıq flotu idi. Kiçik donanmalar Almaniyanın xarici torpaqlarına yerləşdirilib və bu gün Çində yerləşən Sindao şəhərində Almaniyanın Şərqi Asiya Flotuna göndərilmişdi. == İstinadlar == == Xarici keçidlər == Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması Almaniya Donanma Tarixi Almaniya İmperatorluq Donanması 1914 Arxivləşdirilib 2009-01-30 at the Wayback Machine Almaniya İmperatorluq Donanmasının Yayılması 1914 Birinci Dünya Müharibəsində U-boat müharibəsi Hoch Deutschlands Flotte!
Kil İmperatorluq Tərsanəsi
Kil İmperatorluq Tərsanəsi (alm. Kaiserliche Werft Kiel‎) 1867-ci ildə Kil Krallıq Tərsanəsi (alm. Königliche Werft Kiel‎) adı ilə Kil şəhərində qurulan tərsanə. 1871-ci ildə tərsanənin adı dəyişdirildi. İlk olaraq Prussiyaya, daha sonra isə Almaniya imperiyasına xidmət edən tərsanə, 1918-ci ildə bağlanmışdır.
İmperatorluq Məscidi (Priştina)
İmperatorluq Məscidi (alb. Xhamia e Mbretit, serb-kiril. Царска џамија у Приштини)) — Kosovonun Priştina şəhərində yerləşən bir Osmanlı dövrünə aid Məsciddir. Fateh Sultan Mehmed tərəfindən 1461-ci ildə tikilmişdir. Məscid 1990-cı ildə Serbiya Respublikası tərəfindən "Müstəsna Əhəmiyyətə Sahib Mədəniyyət Abidəsi" elan edilmişdir. Avstriya-Türk müharibələri əsnasında, XVII əsrin sonunda, müvəqqəti olaraq bir Katolik kilsəsinə çevrilmişdir. Ən tanınmış Alban yazıçılardan biri olan Piyetro Boqdani, eyni zamanda Avstriyaya meyilli üsyançıların aktiv bir lideri də burada basdırılmışdır. Osmanlılar nəzarəti ələ keçirdikdən sonra, 1690-cı ildə Pyetro Boqdani'nin sümükləri Osmanlı əsgərləri tərəfindən məzardan çıxarılmış və küçəyə atılmışdır .
İnternet xidməti operatoru
İnternet xidmət provayderi (ing. Internet service provider, ISP) — internetə daxil olmaq, ondan istifadə və idarə etmək və ya orada iştirak etmək üçün xidmətlər göstərən təşkilat. ISP-lər müxtəlif formalarda təşkil edilə bilər. Məsələn, bu, kommersiya, icmaya məxsus, qeyri-kommersiya və ya başqa şəkildə özəl mülkiyyətə sahibdir. Adətən ISP-lər tərəfindən təmin edilən internet xidmətlərinə internetə çıxış, internet tranziti, domen adının qeydiyyatı, veb-hostinq, "Usenet" xidməti və kolokasiya daxil ola bilər. İnternet xidmət provayderi adətən istifadəçiyə internetdə mövcud olan hər şeyə çıxışı təmin edən giriş nöqtəsi və ya şlüz kimi xidmət edir. Belə bir şəbəkəni göz alma şəbəkəsi də adlandırmaq olar. İnternet (orijinal olaraq ARPAnet) dövlət tədqiqat laboratoriyaları və universitetlərin iştirakçı şöbələri arasında şəbəkə kimi hazırlanmışdır. Digər şirkətlər və təşkilatlar onurğa sütununa birbaşa əlaqə ilə, ya da digər əlaqəli şirkətlər vasitəsilə, bəzən UUCP kimi "dial-up" alətlərindən istifadə edərək qoşulurdular. 1980-ci illərin sonlarında internetdən kommersiya məqsədli istifadəsi baş tutmuşdur.
Azərbaycan operatorlar və provayderlərinin siyahısı
Azərbaycan operatorlar və provayderlər siyahısı — Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya operatorları və provayderlərin təsnifat və siyahısı bərəsində məlumatı əhatə edən siyahı. Məqalədə ölkədə mövcud olan əsas operator və təminatçıların adları, təklif etdiyi xidmətlər və şəbəkə əhatəsi kimi məlumatlar verilir. Bu siyahı telekommunikasiya sahəsindəki təzahür edən dinamikaya və ölkədəki operator və provider sahəsindəki inkişafa uyğun olaraq daim yenilənir. Təsdiq edilmiş 427 saylı Qərar əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təyin etdiyi tədbirlər çərçivəsində, internet telekommunikasiya xidməti təmin edən operatorlar və provayderlər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək uçot tətbiq etməlidirlər. Bu prosesi yerinə yetirmək üçün "Elektron Hökumət" portalından istifadə edilir. Həmçinin, operatorlar və provayderlər özlərini bu uçot tətbiqinə əlavə etmək və işlətmək üçün "Elektron Hökumət" portalına müraciət edə bilərlər. Bu, ölkədə elektron hökumət xidmətlərinin sürətli və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək məqsədilə təyin edilmişdir. Əməliyyatın rahat və sürətli aparılması üçün operatorlar və provayderlər bu prosesdə müvafiq sənədləri və təsdiq edilmiş məlumatları əks etdirməlidirlər. Bu, səlahiyyətli orqanlar və təşkilatlar üçün əhəmiyyətli məlumatları təmin edir və texnologiya sahəsində daha geniş inkişaf üçün əsaslı bir addım təşkil edir. == Terminlər == Operator, provayder, host provayderləri və internet provayderləri telekommunikasiya və informasiya texnologiyaları sahəsində müxtəlif rolları ifadə edən anlayışlardır.
Ailə TV kabel televiziyası operatoru
Ailə TV — Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Caspian Telecom MMC şirkətinin brendidir. 1997-ci ildən bu sahədə fəaliyyət göstərir.