Almaniya İmperatorluq Donanması
Almaniya İmperatorluq Donanması və ya sadəcə İmperatorluq Donanması (alm. Kaiserliche Marine) — Almaniya İmperiyasının formalaması ilə yaranan Almaniya silahlı qüvvələrinin xüsusi qoşun növü. Almaniya İmperatorluq Donanması 1871-ci və 1919-cu illər arasında mövcud olmuşdur və Prussiya donanmasından (1867-ci ildən bəri Şimali Almaniya Federal Donanması) ayrı olaraq böyüyürdü. İmperator II Vilhelm, Almaniya İmperatorluq Donanmasını genişlədərək, Almaniya İmperiyası və Britaniya İmperiyası arasında dənizdə bir silahlandırma yarışına səbəb oldu. Belə davam edərək, Almaniya İmperatorluq Donanması, II Vilhelm dövründə, dünyanın ən böyük donanmalarından biri olmaya davam etdi və Britaniya Krallıq Donanmasının ardından dünyanın ikinci ən böyük donanması olmuşdur.
== Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması ==
Birinci Dünya Müharibəsinin əvvəllərində Almaniya İmperatorluq Donanmasının 22 drednout əvvəli döyüş gəmisi, 19 drednout döyüş gəmisi və 7 döyüş kreyseri var idi. Admiral Alfred von Tirpitz dəniz qüvvələrinin komandiri olmuşdu. Donanmanın ən mühüm döyüşçüləri Açıq Dəniz Flotu və U-Qayıq flotu idi. Kiçik donanmalar Almaniyanın xarici torpaqlarına yerləşdirilib və bu gün Çində yerləşən Sindao şəhərində Almaniyanın Şərqi Asiya Flotuna göndərilmişdi.
== İstinadlar ==
== Xarici keçidlər ==
Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması
Almaniya Donanma Tarixi
Almaniya İmperatorluq Donanması 1914 Arxivləşdirilib 2009-01-30 at the Wayback Machine
Almaniya İmperatorluq Donanmasının Yayılması 1914
Birinci Dünya Müharibəsində U-boat müharibəsi
Hoch Deutschlands Flotte!