Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Optimizm
Optimizm — Pessimizm anlayışını əksi. Optimizm hər hansısa xüsusiyyətə daim müsbət baxmaqla yaranan düşüncə tərzidir. Optimist insanlar həyatda yaşanan problemlərə baxmayaraq, ruhdan düşmür və sarsıntı keçirmirlər. Əsas prinsipləri: nikbinlik: həyata, gələcəyə inam; dünyanı həyatsevərliklə, gələcəyə inamla dolu dərk etmə, hər şeyin yaxşı tərəflərini görməyə meyllilik. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Optimum qanunu
Optimum qanunu — hər-hansı ekoloji amilin orqanizmlərə müsbət təsir göstərdiyi bir hədd. == Ümumi məlumat == Optimum — ekoloji amilin müsbət təsir gücü verilmiş orqanizmdir. Ekoloji amilin çatışmazlığı kimi izafi təsiri də fərdlərin həyatında mənfi nəticələrə səbəb olur. Belə ki, ekoloji amilin maksimal və minimal qiymətləri böhran nöqtələri adlanır. Böhran hədlərindən kənarda orqanizmlər mövcud olmayıb, hətta məhv olur. Ekoloji amilin böhran həddinə yaxın qiymətləri isə pessimum adlanır. Böhran nöqtələri arasındakı dözümlülük həddinə konkret ekoloji amilə görə orqanizmin valentliyi deyilir. Növün mühit amillərinin dəyişkənliyinə uyğunlaşma dərəcəsi orqanizmlərin plastikliyi və ya ekoloji valentliyi adlanır. Ekoloji valentlik ekoloji amillərin elə bir diapazonu ilə ifadə olunur ki, bu diapazonda verilmiş növ normal həyat fəaliyyətini saxlaya bilir. Bu diapazon nə qədər geniş olarsa, ekoloji valentlik də bir o qədər yüksək olar.
Optimus Praym
Optimus Praym (ing. Optimus Prime) — Transformers dünyasında insanyönümlü olan avtobotların lideri. Transformers dünyasında pis tərəf olan deseptikonlarla olan müharibədə məhv olan Sibertrondan sonra mübarizə dünyaya daşınmışdır. Optimus Praym burada da lider olaraq qalmaqdadır.
Optimus Prime
Optimus Praym (ing. Optimus Prime) — Transformers dünyasında insanyönümlü olan avtobotların lideri. Transformers dünyasında pis tərəf olan deseptikonlarla olan müharibədə məhv olan Sibertrondan sonra mübarizə dünyaya daşınmışdır. Optimus Praym burada da lider olaraq qalmaqdadır.