Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Orleanlı Luiza Elizabet
Orleanlı Luiza Elizabet (fr. Louise-Élisabeth d'Orléans) (9 dekabr 1709, Paris – 16 iyun 1742, Paris) — İspaniya kralının xanımı. Atası Fransa kralı XIII Lüdovikin nəvəsi Orlean hersoqu II Filipp, anası isə XIV Lüdovikin qızı Burbonlu Fransiska Mariyadır. == Mənbə == Noel, Charles C. (2004). "'Barbara Succeeds Elizabeth…': The Feminisation and Domestication of Politics in the Spanish Monarchy, 1701–1759". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press. pp. 155–185.
Orleanlı Mariya Luiza
Mariya Luiza (isp. María Luisa de Orleans; fr. Marie-Louise d'Orléans) (26 mart 1662 – 12 fevral 1689[…], Madrid) — İspaniya kralının xanımı. Atası Fransa kralı XIII Lüdovikin oğlu Burbonlu Filipp, anası isə İngiltərə kralı I Karlın qızı Henretta Stüartdır. 16 yaşında ikən İspaniya kralı II Karlla evləndirilsə də, bu evlilikdən övladı olmadı. Gözlənilməz ölümünün ardında qaynanası Mariya Annanın olduğu deyilsə də, ölüm səbəbi olaraq appendisit partlaması göstərilir. == Mənbə == Barker, Nancy Nichols (1989). Brother to the Sun King, Philippe, Duke of Orléans. Johns Hopkins University Press. Campbell, Jodi (2017).
Orleanlı Mariya Mersedes
Orleanlı Mariya Mersedes (isp. María de las Mercedes de Orleans y Borbón) (24 iyun 1860[…], Madrid – 26 iyun 1878[…], Madrid) — İspaniya kralının xanımı. Atası Fransa kralı I Lui-Filippin oğlu Orleanlı Antuan, anası isə İspaniya kralı VII Ferdinandın qızı İnfanta Luiza Ferdinanda idi. == Mənbə == Willis, Daniel, The Descendants of Louis XIII, Clearfield Co., Inc., Baltimore, Maryland, 1999, p. 194; ISBN 0-8063-4942-5 Tejero Robledo, Eduardo (1998). "La tradición oral en la cadena etnográfica" Pallardó Pardo, Esther (2016). "La restauración bajo el reinado de Alfonso XII desde la perspectiva de lo audiovisual". Opción: Revista de Ciencias Humanas y Sociales (12): 120.
Orleanlı Luiza Yelizaveta
Orleanlı Luiza Elizabet (fr. Louise-Élisabeth d'Orléans) (9 dekabr 1709, Paris – 16 iyun 1742, Paris) — İspaniya kralının xanımı. Atası Fransa kralı XIII Lüdovikin nəvəsi Orlean hersoqu II Filipp, anası isə XIV Lüdovikin qızı Burbonlu Fransiska Mariyadır. == Mənbə == Noel, Charles C. (2004). "'Barbara Succeeds Elizabeth…': The Feminisation and Domestication of Politics in the Spanish Monarchy, 1701–1759". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press. pp. 155–185.
Orleanlı Mariya de las Mersedes
Orleanlı Mariya Mersedes (isp. María de las Mercedes de Orleans y Borbón) (24 iyun 1860[…], Madrid – 26 iyun 1878[…], Madrid) — İspaniya kralının xanımı. Atası Fransa kralı I Lui-Filippin oğlu Orleanlı Antuan, anası isə İspaniya kralı VII Ferdinandın qızı İnfanta Luiza Ferdinanda idi. == Mənbə == Willis, Daniel, The Descendants of Louis XIII, Clearfield Co., Inc., Baltimore, Maryland, 1999, p. 194; ISBN 0-8063-4942-5 Tejero Robledo, Eduardo (1998). "La tradición oral en la cadena etnográfica" Pallardó Pardo, Esther (2016). "La restauración bajo el reinado de Alfonso XII desde la perspectiva de lo audiovisual". Opción: Revista de Ciencias Humanas y Sociales (12): 120.
Orlean
Orlean — Fransada şəhər, Luar departamentinin inzibati mərkəzi. Əhalisi (1999): 113,126. Mühüm nəqliyyat qovşağı, iri sənaye mərkəzidir. Orlean qədimdə Senabum adlanmışdır. E.ə. I əsrdə Yuli Sezar dağıtdırmışdı. III əsrdə Roma imperatoru Avrelianın hakimiyyəti dövründə bərpa edilmiş və V əsrdən onun şərəfinə Avrelianum adlanmağa başlamışdır. 6 əsr-7 əsrin əvvəlində Orlean krallığının mərkəzi olmuş, X əsrdən mühüm qalaya çevrilmiş, XII əsrdə iri ticarət mərkəzi kimi formalaşmışdı. 1309-cu ildə universitetin əsası qoyuldu. Yüzillik müharibə dövründə 7 ay ingilislər tərəfindən mühasirədə olmuş, 1429-cu ilin mayında Janna d'Arkın başçılığı ilə fransız qoşunları azad etmişdi.
Nyu-Orlean
Nyu Orlean (fr. La Nouvelle-Orléans)- Amerika Birləşmiş Ştatlarının əsas limanı və Luiziana əyalətinin ən iri şəhəri və metropolitan sahəsi.
Nyu Orlean
Nyu Orlean (fr. La Nouvelle-Orléans)- Amerika Birləşmiş Ştatlarının əsas limanı və Luiziana əyalətinin ən iri şəhəri və metropolitan sahəsi.
Orlean (rayon)
Orlean (fr. Orléans) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luare. Suprefektura — Orlean. Rayon əhalisi 2006-cı ildə 419 1166 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 142 nəf / km². Rayon ərazisi — 2946 km².
Orlean Universiteti
Orlean Universiteti (fr. Université d'Orléans) — Fransa Respublikasının Orlean şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == 1306-cı ildə yaradılmış Orlean Universiteti Fransanın və ümumiyyətlə Avropanın ən qədim universitetlərindən biridir.
Yeni Orlean
Nyu Orlean (fr. La Nouvelle-Orléans)- Amerika Birləşmiş Ştatlarının əsas limanı və Luiziana əyalətinin ən iri şəhəri və metropolitan sahəsi.
Nyu-Orlean Pelikans
Nyu-Orlean Pelikans — Luiziana ştatının Nyu-Orlean şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Blanş (Orlean hersoqinası)
Orleanlı Blanş (fr. Blanche d'Orléans; 1 aprel 1328 – 8 fevral 1393, Vensen) — Fransa kralı IV Çarlzın qızı, ilk Orlean hersoqinası. Eyni zamanda o, Kapetinqlər sülaləsinin son nümayəndəsidir. Blanş, Fransa kralı IV Çarlzın yetkinlik yaşına çatan yeganə qızı və varisi olaraq 1328-ci ildə dünyaya gəldi. Ancaq dünyaya gələndə artıq atası vəfat etmiş, səltənət parçalanmışdı. Belə ki, Navarra taxt-tacına əmisi X Lüdovikin qızı Janna, Fransa taxt-tacına isə atasının əmisi oğlu Valualı Filipp sahiblənmişdi. Beləcə, Kapetinqlər sülaləsinin kişi şəcərəsi sonlanmış, Fransa taxt-tacı onun alt-qolu olan Valua sülaləsinin əlinə keçmişdi. Ancaq Valua sülaləsinin hakimiyyətə gəlməsi bəzi yerli əsilzadələri narazı salmışdı. Bu səbəblə, mərhum kralın yeganə varisi olan qızı Blanşın evliliyi mühüm məsələ idi. Yeni kral VI Filipp 8 yanvar 1345-ci ildə onu öz kiçik oğlu Orlean hersoqu Filipplə evləndirdi.
Filipp (Orlean hersoqu)
Orleanlı Filipp (fr. Philippe d'Orléans; 1 iyul 1336, Vensen, Fransa krallığı – 1 sentyabr 1375, Orlean, Fransa krallığı) — Fransa kralı VI Filippin oğlu, ilk Orlean hersoqu.8 yanvar 1345-ci ildə Filipp keçmiş Fransa kralı IV Çarlzın qızı Blanşla evləndirildi. Bu evlilik olduqca mühüm idi. Belə ki, Blanş Kapetinqlər sülaləsinin son nümayəndəsi idi. Hersoqun evlilikdən kənar övladları olsa da, bu evlilikdən cütlüyün övladı olmadı. Buna görə də 1376-cı ildə vəfat edən Orleanlı Filippin bütün mülk və ünvanları səltənətə tərəfindən müsadirə edildi. == Mənbə == Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20 d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600. Cambridge University Press Woodacre, Elena (2013).
Nyu-Orlean baltalı qatili
Nyu-Orlean baltalı qatili (ing. Axeman of New Orleans) - Amerika Birləşmiş Ştatlarının Luiziana ştatının Nyu-Orlean şəhərində 1918-1919-cu il tarixlərində balta ilə silsilə cinayətlər törətmiş naməlum şəxs. Dövrün mətbuat oraqanlarında və başda qəzetlərdə baş vermiş cinayətlər haqqında ardıcıl yazılar çıxmışdır və Nyu-Orlean baltalı qatili başda Luiziana ştatı olmaqla, ətraf ərazilərdə yaşayan əhalinin ciddi narahatçılığına səbəb olmuşdur. Aparılan bütün araşdırmalara baxmayaraq, cinayətləri törədən şəxs heç bir zaman həbs oluna bilməmişdir.
Yeni Orlean uğrunda döyüş
Yeni Orlean uğrunda döyüş (ing. Battle of New Orleans) — 1814-cü il dekabrın 24-də (köhnə təqvimlə) və ya 1815-ci il yanvarın 8-də Luiziana ştatı, Yeni Orlean yaxınlığında baş verən döyüş. Bu 1812-ci il İngilis-Amerika müharibəsinin son böyük döyüşü idi. Endrü Ceksonun komandanlığı altında olan ABŞ qoşunları İngiltərə ordusunu məğlub etdi. Müharibəyə son qoyan Gent müqaviləsi 24 dekabr 1814-cü ildə imzalanmışdı, ancaq sülh xəbərləri Yeni Orlean döyüşünün iştirakçılarına yalnız 1815-ci ilin fevralında çatdı. Yeni Orlean uğrunda döyüş amerikalıların bu müharibədə quruda qazandığı ən böyük qələbə sayılır. == Borqn gölü üzərində döyüş == 1814-cü il dekabrın 12-də admiral ser Aleksandr Kokranın komandanlığı ilə 14.450 dənizçi və əsgərdən ibarət altmış İngilis gəmisi Ponçartreyn və Borqn göllərindən şərqdə Meksika körfəzində lövbər saldılar. Göllərə giriş leytenant Tomas ap Ketsbi Consun rəhbərliyi altında beş silah gəmisi ilə Amerika donanması tərəfindən qorunurdu. Dekabrın 14-də kapitan Nikolas Lokerin komandanlığı altında təxminən karronada ilə silahlanmış 1200 ingilis dənizçisi və dəniz piyadası 42 uzun qayıqla amerikalıların üzərinə istiqamət aldılar. Qısa müddətli bir döyüşdən sonra amerikalıların gəmiləri ələ keçirildi.
Luis Filip Qaston di Orleans
Qaston Orleanski (fr. Gaston d'Orléans; 28 aprel 1842[…], Nöyi-sür-Sen – 28 avqust 1922[…], Rio-de-Janeyro) — == Həyatı == 28 aprel 1842- ci ildə Neyi syor-Sendə anadan olmuşdur. 28 avqust 1922-ci ildə vəfat etmişdir. O fransız şahzadəsi Lui Orleanın övladı, Hersoq de Nemurun və fransız kralı Lui Filipin nəvəsi idi.Braziliya şahzadəsi İzabellanın əsri idi. Onun İzabelladan dörd övladı olmuşdur. == Paraqvay müharibəsində iştirakı == Paraqvay müharibəsində Braziliya ordusuna komandanlıq etmiş və cəsurluğu ilə seçilmişdir.Ömrünün sonuna yaxın marşal rütbəsi alır. Müasir araşdımaçı - tarixçilər onu hərbi çinayyətlərdə itdiham edilsədə hec biri təstiqini tapmır. Parqvay müharibəsinin son bir ilində partizan dəstələrinə qarşı vuruşan 21,000-lik müttəfiqlər ordusuna rəhbərlik etmişdir. == Ailə həyatı == O İzabella ilə nigahdan 10-il sonra onların övladı doğulur amma ölür. Sonradan onların üçəm əkiz övladları olur.XIX əsrə xas varlı ailələrdən fərqli olaraq onlar sevgi əsasında ailə qurmuşdular.Braziliyanın demək olar ki, bütün vilayyətlərinə səfər etmişdir.Əsasən ordu arasında böyük nüfüza malik olmuşdur.1889-cu il noyabrda baş vermiş hərbi çevrilişin qarşısını ala bilmir.
Qaston Orleanski
Qaston Orleanski (1608-1660)
Qaston Orleanski (1608-1660)
Qaston Orleanski (25 aprel 1608[…], Fontenblo – 2 fevral 1660[…]) — == Həyatı == == Ailə həyatı == == Ədəbiyyat == Таллеман де Рео. Герцог Орлеанский // Занимательные истории / пер. с фр. А. А. Энгельке. — Л.: Наука. Ленинградское отделение, 1974. — С. 127—132. — (Литературные памятники). — 50 000 экз.
Qaston Orleanski (1842-1922)