Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xucbala
Xucbala — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Ərazi vahidliyinə Xucbala, Çartəpə, Ağağı-Xuc və Digah kəndləri daxildir. == Toponimikası == Xucbala oyk, mür. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Keçmiş adı Yuxarı Xuc olmuşdur. Oykonim Xuc (qıpçaqların kuç tayfa adını əks etdirən etnotoponim) və bala (kiçik) komponentlərindən düzəlib, "kiçik Xuc kəndi" mənasındadır. Buradakı bala komponenti yaşayış məntəqəsini Orta Xuc və Aşağı Xuc kəndlərindən fərqləndirməyə xidmət edir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Xucbala kənd cəmiyyəti tərkibinə daxil olan Xucbala kəndində 56 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 495 nəfər (248 nəfəri kişilər, 247 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1480 nəfər əhali yaşayır.
Digah-Xucbala bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.